Yazar
Kamil Həmidov
Bütün yazılar
kse
3846
11 Mar 2015 | 14:47

Kişi Adam!

Sabah tanınmış ictimai-siyasi xadim Eldar İbrahimovun 70 yaşı tamam olur

İnsanlar cinsiyyətinə görə iki yerə bölünürlər-qadın və kişiyə. Bu, hər kəsə məlum olan həqiqətdir, sözüm bunda yox. Sözümün canı- Kişilik  yaraşıqlı, boylu-buxunlu, əzələli, varlı-karlı və sairə olmaq deyil...Kişilik heç də bunlarla ölçülmür...Kişilik ərdəmlikdir, mərdlikdir, comərdlikdir, dürüst, təmənnasız , arxasıza arxa olmaqdır, kimsəsizə dayaq durmaqdır, sağ əli ilə verdiyini sola ələ bildirməməkdədir, Haqqın, haqlının yanında durmaqdır...Düzdür, çox təəssüflər olsun ki, son illər zəmanəmizdə əsl Kişilərin sayı azalmaqdadır, amma Kişilər hər zaman- dünən də olublar, bu gün də vardırlar, heç şübhəsiz,  sabah da olacaqlar... Belə Kişilərdən, əsl Azərbaycan-Türk Kişilərindən biri də çox dəyərli İnsan, millət vəkili Eldar İbrahimovdur.

Bir dəfə  qeyd etmişdim, indi də qeyd etmək istəyirəm ki, Eldar müəllimi tanıyanı haradasa 25 il olar...Təbii ki, böyük əksəriyyət kimi mən də Eldar müəllimi 1990-cu ildə sonuncu çağırış Ali Sovetə ( adı dəyişdirilərək əvvəlcə Milli Şura, sonra isə Milli Məclis oldu) Naxçıvan Muxtar Respublikasından deputat seçilməsindən, xüsusilə, məlum ağır, həyəcanlı,  gərgin illərdə - 1991-1993-cü illərdə  bir parlamentari kimi heç kimdən və heç nədən çəkinmədən ardıcıl,  mübariz fəaliyyətindən sonra tanıdım... Zamanında mərhum dövlət başçısı Heydər Əliyevin birbaşa dəstəyi, köməyi ilə  yüksək vəzifələrə irəli çəkilən, ad-san sahibi olan bəzi partokratlardan, siyasi və ziyalı elita nümayəndələri sayılanlardan fərqli olaraq, Eldar müəllim qısa zaman kəsiyində bir daha təmənnasız, səmimi, sədaqətli Heydər Əliyeçvi olması ilə tanındı,  yüksəldi...Həmin illərdə yüksək vəzifə(lər)də çalışmasına rəğmən nə o zamankı  Muxtar Respublika rəhbərliyinin (bəzilərinin), nə də ölkə rəhbərliyinin apardığı  anti-Əliyev kampaniyasına qoşulmadı... Nəinki qoşulmadı, əksinə,  həyatını risqə, təhlükəyə ataraq həmin kampaniyaya qoşulanlarla, “asta qaçan namərddir”x9d deyib qaçanlarla açıq-aşkar mübarizə, savaşa atıldı...Bu yolda da onu heç kim, heç bir qüvvə, hətta, canından çox istədiyi ailəsi belə çəkindirə, durdura bilmədi. Daha doğrusu, bu ağrılı-acılı, lakin şərəfli yolda ona ən böyük dəstək ailəsi oldu...  
Eldar müəllim Heydər Əliyevin istər Naxçıvanda yaşadığı, fəaliyyət göstərdiyi illərdə, istərsə də 1993-cü ilin məlum iyun hadisələrindən sonra ikinci dəfə hakimiyyətə qayıtdığı dövrlərdə  qatı və sədaqətli Heydər Əliyeçi olması ilə qəlblərdə özünə dərin və əbədi yer saldı, qazandı... Yəqin ki, 1992-ci ilin məlum may hadisələri, canlı yayımla efirə verilən  keçmiş Ali Sovetin iclas(lar)ı əksəriyyətin xatirindədir...Həmin vaxt, yəni,  eks-prezident Ayaz Mütəllibovun AXC tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə bir müddət hakimiyyət böhranı, hakimiyyətsizlik yaranmışdı... Prezident  ölkədən çıxıb getmiş, Ali Sovetin sədri (və sair) istefa vermişdi... Bu zaman həm Ali Sovetin (Milli Şuranın) sədrinin, həm də yeni prezident seçilənədək ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək şəxsin müəyyənləşdirilməsi, seçilməsi lazım idi... Yenə də böyük cəsarət nümunəsi nümayiş etdirən Eldar müəllim bu posta Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevin namizədliyini irəli sürdü...Hansı ki, sonradan Eldar müəllimin yaxından  iştirakı, təşəbbüsü  ilə yaradılacaq Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında yer alacaq (yer alan) o zamankı  bəzi deputatlardan fəqrli olaraq,  o, Heydər Əliyevin namizədliyini irəli sürməklə bu məsələdə axıracan israr və təkid etdi...Heydər Əliyevlə, Naxçıvanla əlaqə yaratmaq üçün bütün risqlərə gedərək  o zaman birinci vitse-spiker olan akademik Ziyad Səmədzadənin kabinetində hakimiyyəti ələ almış qüvvə(lərin)nin nümayəndələri ilə hətta, əlbəyaxa olmaqdan belə  çəkinmədi...

Düzdür, o zaman məlum səbəblərdən  Eldar müəllimin israrları, təkidləri baş tutmadı, Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi məsələsi alınmadı, amma Eldar müəllim yenə də sadiq və sədaqətli Heydər Əliyevçi kimi fəaliyyətinə bir an olsun ara vermədi...Heydər Əliyevin ətrafında birləşən insanları bir siyasi təşkilatda toparlamaq üçün mərhum dövlət başçısının rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılması təşəbbüsündə bulundu və eks-prezidentin razılığını ala bildi...Məşhur “91-lər”x9din ilklərindən oldu...Çox qısa müddətdən sonra -1992-ci ilin  soyuq-sazaqlı payız günlərində də Naxçıvanda  Heydər Əliyevin sədrliyi ilə YAP-ın ilk təsis konfransının keçirilməsinə nail oldu, konfransa gələn - Azərbaycanın digər bölgələrindən olan onlarla insanın, YAP-çının otellə, yeyib-içməklə təmin olunması məsələsini heç bir təmənna güdmədən, canla-başla yerinə  yetirdi, bütün əsl Heydər Əliyevsevərlərin, səmimi YAP-çıların sevimlisinə çevrildi...Bunun üstündən də  az keçməmiş, daha doğrusu, yolunda həyatını təhlükələrə atmaqdan çəkinmədiyi Heydər Əliyevin hakimiyyətə dönüşü istiqamətində fəaliyyətini yenə davam etdirdi və nəhayət ki, istəyinə nail ola bildi...
Bir sıra yüksək vəzifə təklifləri almasına baxmayaraq, parlamentdə qalıb fəaliyyət göstərmək, burada daha çox Heydər Əliyev siyasətinə, Azərbaycanın inkişafına xidmət yolunu seçdi... Həmin vaxtdan bu günə kimi də - son 20  il ərzində hakim partiya tərəfindən namizədliyi irəli sürülərək, doğma ata-baba yurdu Naxçıvandan 4 çağırış Milli Məclisin üzvü seçildi...Həm də Milli Məclisin Aqrar siyasət komitəsinə (komissiyasına) sədrlik etdi və bu gün də etməkdədir...Tam mübaliğəsiz söyləmək olar ki, bu illər ərzində də parlamentin ən işgüzar, ən fəal 3-4 komitə sədrindən biri və bəlkə də birincisi oldu... Belə ki onu hər gün, hər an parlamentdə, qanun yaradıcılığı ilə məşğul olarkən görmək mümkündür...Eldar müəllim, ümumiyyətlə,  ötən illər ərzində Azərbaycan iqtisadiyyatının ən mühüm qolunu təşkil edən aqrar sektorun inkişafı istiqamətində qanunvericilik bazasının yaradılmasında və təkmilləşdirilməsində ən çox və ən mühüm rolu olan bir insandır. Aqrar  sektorla bağlı elə bir qanunveriçilk aktı yoxdur ki,  onun əlinin altından keçməsin...O, həm də iqtisad elmləri üzrə namizədlik və doktorluq dissertasiyalarını çox uğurla müdafiə edərək bir alim, bir müəllim kimi Azərbaycanın  kənd təsərrüfatının inkişafına töhfələrini verməkdə davam etməkdədir... Onun bu illər ərzində xeyli sayda elmi monoqrafiyaları, kitabları işıq üzü görüb və görməkdədir...
Eldar müəllim özü də nəinki tək bu sahə ilə bağlı məsələlərə geniş diqqət ayırmaqdadır, həm də Azərbaycan xalqı və dövlətini maraqlandıran  digər bütün məsələlərə nəzər yetirməkdə, onların parlament müstəvisində və digər müstəvilərdə həllinə canı-dildən yardım, kömək etməkdədir...Heç təsadüfi deyil ki, Azərbaycanı-Milli Məclisi 1996-cı ildən bu yana ATƏT Parlament Assambleyasında digər həmkarları kimi çox uğurla və layiqincə təmsil etməkdədir... Bununla yanaşı,- 10 il rəhbərlik etdiyi Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi - 20-ci əsrin ən böyük faciəsi olan Xocalı  qətliamının soyqırımı aktı kimi Pakistan ali qanunverici orqanı tərəfindən tanınmasında onun rolu, fəaliyyəti əvəzsizdir. Həmçinin, ATƏT Parlament Assambleyası kimi nüfuzlu qurumun 2014-cü il illik yay sessiyasının Bakıda keçirilməsində,  onun təşkilində böyük xidmətləri var...

Təmənnasız, sadiq və sədaqətli Heydər Əliyevçi kim tanınan Eldar müəllim həm də sabiq dövlət başçısının siyasətini uğurla davam etdirən ölkə Prezidenti, YAP sədri İlham Əliyevin ən qatı, ən qızğın və ən alovlu tərəfdarlarından, təbliğatçılarındandır.  Təsadüfi deyil ki, onun bu xidmətləri də  qarşılıqsız qalmayıb, Azərbaycan dövləti və rəhbərliyi tərəfindən daim yüksək qiymətləbndirilib, düz on il öncə - 60 illik yubiley doğum  günündə ölkə Prezidentinin sərəncamı  ilə “Şöhrət”x9d Ordeninə layiq görülüb...Bununla yanaşı, hakim partiyanın son qurultayında  YAP-ın İdarə Heyətinin üzvü seçilib...

Yuxarı da qeyd etdiyim ki, Eldar müəllimi tanıyanı 25 ol olar, ancaq onun əyani şəkildə, daha yaxından tanıyanı haradasa 12-13 il olar...Eldar müəllimlə - ilini və günü tam dəqiq xatırlamıram - haradasa 2002-2003-cü illərdən tanışam...Ötən bu illər ərzində də bu tanışlığımız sıradan bir tanışlıq olmayıb, aramızda xeyli yaş fərqi olmasına baxmayaraq,  bu münasibətlər dostluq, hətta, ata-bala münasibətlərinə qədər yüksəlib. Heç şübhəsiz ki, münasibətlərin bu səviyyəyə gəlib çatmasında da  əsas  pay məhz  Eldar müəllimə məxsusdur...Eldar müəllim əvvəllər çoxları kimi mənə də kənardan zəhmli, sərt insan təsiri bağışlasa da, ancaq onunla ilk tanışlıqdan, ilk təmasdan sonra  haqqındakı  fikirlərim, qənaətlərim,  mövqeyim 180 dərəcədə dəyişdi, dəyişib...O,  çox sadə, çox mehriban, heç zaman heç kimdən yaxşılığını əsirgəməyən, yaxşılıq edərkən  heç bir təmənna güdməyən,  həm də çox kövrək qəlbli  bir İnsandır...Ondan kiməsə zərər-xətər dəyəcəyini düşünmək, ağla gətirmək  belə günah olardı...O, sözün əsl və həqiqi mənasında Şəxsiyyət zirvəsinə ucalmış bir İnsandır, Kişi Adamdır!

Eldar müəllimin sabah-martın 12-si 70 yaşı tamam olur, sabah onun yubiley doğum günüdür (hərçənd ki, ona buna  yaşı vermək olmur, qəlbinin gözəlliyindəndir ki, yaşından xeyli cavan və gümrah görünür). Bu əlamətdar doğum günü münasibəti ilə Eldar müəllimi öz adımdan, ailəm adından təbrik edir, ona can sağlığı, uzun ömür, ictimai-siyasi fəaliyyətində, ailə-şəxsi həyatında növbəti uğurlar, zəfərlər arzulayıram. Böyük Yaradan  haqq etdiyi bütün gözəllikləri Ona nəsib etsin, Uca Rəbbimiz onu canından çox sevdiyi ailəsinə, əzizlərinə, Eldar İbrahimovsevərlərə, bizlərə,  Azərbaycan dövlətinə və xalqına çox görməsin. Bir daha doğum gününüz mübarək olsun, əzizim Eldar müəllim. Amin!
Kamil Həmzəoğlu (Həmidov)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər