Yazar
Seymur Əliyev
Bütün yazılar
kse
3597
14 Nov 2020 | 09:13

“Məzlum” faşizm, “diplomatiya cəngavəri” və sadədən sadə sual...

Ermənilərin bütün tarixi dövrlərdə özlərini bəşəriyyətə dünyanın ən məzlum, əzabkeş xalqı obrazında təqdim etdiyi, yalançı göz yaşları, saxta ahu-zar, qondarma “fakt”lar və saysız-hesabsız riyakarlıqlarla dünyanı bu yalana inandırmağa çalışdığı şübhəsizdir. Bütün Qarabağı qan gölünə döndərən, bu torpaqları 30 ilə yaxın müddətdə işğalda saxlayan, Xocalıda faşizm ideologiyasının banisi və ilhamvericilərini belə dəhşətə gətirəcək soyqırımına imza atan Ermənistanın, bir əli qanda olduğu halda, digər əli ilə simasına məzlum maskası taxması ikiqat ikrahedici təsir bağışlayır. Bu baxımdan Hitler Almaniyası və Mussolini İtaliyasından fərqli olaraq, erməni faşizmini “məzlum” faşizm kimi xarakterizə etmək mümkündür.xa0

Çünki erməni faşizmi özünün bütün cinayətlərini məhz məzlum maskası altında – özünün əzildiyini, qırıldığını, zorakılığa məruz qaldığını car çəkə-çəkə, qurbanının başına gətirdiklərini sanki öz başına gəlibmiş kimi göstərərək törədib. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Azərbaycan ordusuna məğlub olan Ermənistanın Gəncə, Bərdə, Mingəçevir və s. şəhərləri raket zərbələrinə məruz qoyması, onlarla mülki şəxsin ölümünə imza atması faktının arxasında da məhz məzlum donunda zühur edən erməni faşizmi dayanır. Hansı ki, istər prezident İlham Əliyevin, istər Azərbaycan mediasının, istərsə də ölkə diplomatiyasının erməni faşizminin Vətən Müharibəsindəki cinayətlərini uğurla ifşa etdiyi birmənalıdır.

xa0

Diplomatik cəbhədən açılan “atəş”: Ermənistanı gözləyən ədalət divanı...

xa0

44 günlük Vətən Müharibəsi ilə bağlı başlıca məqamlardan biri də savaş dönəmində Azərbaycanın sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə ciddi aktivlik sərgiləməsi, böyük uğurlara nail olması oldu. Müharibə zamanı diplomatiyamızın ən mühüm xidmətlərindən biri Ermənistanın mülki insanlara, dinc sakinlərə qarşı həyata keçirdiyi qətliyamları, terror aktlarını çevik şəkildə ifşa etməsi, bunu operativ şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırması idi. Bu məsələdə ən böyük iş yenə də ölkə başçısının üzərinə düşdü. Məhz prezident İlham Əliyevin müharibə ərzində xarici mediaya verdiyi çoxsaylı müsahibələr Ermənistanın terrorçu mahiyyətini ifşa etdi, onun bütün iyrəncliklərini bəşəriyyətə ən xırda çılpaqlığı ilə göstərdi.

xa0

Ölkəmizin diplomatiya cəbhəsində yer alan, öz mübarizliyi, fədakarlığı ilə diqqət çəkən, erməni yalanlarını öz dəmir məntiqi ilə ifşa edən simalardan biri də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oldu. Ermənistanın işlətdiyi hərbi cinayətləri konkret faktlarxa0 əsasında ifşa edən, Azərbaycanda fəaliyyət göstərən bütün səfirlik və diplomatik korpusların əməkdaşlarını bu barədə bilavasitə məlumatlandıran Hikmət Hacıyev, Vətən Müharibəsindəki fədakarlığı, məhsuldar fəaliyyəti ilə xa0“diplomatiya cəngavəri” statusuna layiqliyini sübut etdi. Habelə, o, öz əməyi, sadəliyi və peşəkarlığı ilə hər kəsə sübut etdi ki, bütün bu keyfiyyətlər sayəsində dövlətə layiqincə xidmət etmək, xalq üçün faydalı olmaq, millətin sevimlisinə çevrilmək mümkündür.

xa0

Bundan başqa, Hikmət Hacıyev işğalçı ölkənin terrorçu siyasətini ifşa etməklə yanaşı, həm də Ermənistanı gözləyən ədalət divanının uzaqda olmadığını göstərdi. Hikmət Hacıyevin açıqlama və bəyanatları bir kəs daha sübut etdi ki, Ermənistan xalqımıza qarşı yol verdiyi cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında da cavab verəcək, bir kəs daha dünya ictimaiyyəti qarşısında ifşa olunacaq.

xa0

Sadədən sadə sual, yaxud matla nəticələnən gediş...

xa0

Hikmət Hacıyevin düşmənin terrorçuluq siyasətini ifşa etmək yönündə atdığı ən effektiv addımlardan biri, xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin Ermənistandan atılan raketlərlə dağıdılan şəhərlərə səfərlərini təşkil etməsi oldu. Məhz bu səfərlər sayəsində əcnəbi diplomatların baş vermiş dağıntı və tələfatı bilavasitə müşahidə etməsi, öz gözləri ilə görməsi təmin edildi ki, bu da həm erməni cinayətlərinin ifşası, həm də onların fakt qarşısıdna qoyulması baxımından son dərəcədə əhəmiyyətli idi.

xa0

Bu səfərlər əsnasında Hikmət Hacıyevin əcnəbi diplomatlarla rəfdarı, onlara verdiyi sual və izahlar da Ermənistanın dinc insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərin ifşasında mühüm rol oynadı, xarici diplomatları erməni cinayətlərini görmək və etiraf etmək məcburiyyəti qarşısında qoydu. Millət vəkili Naqif Həmzəyev oktyabrın 15-də saytımıza verdiyi açıqlamada Hikmət Hacıyevin əcnəbi diplomatları öz sadə və məntiqli sualları ilə fakt qarşısında qoyduğuna diqqət çəkərək deyib:

xa0

“Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatların, səfir və atteşələrin Gəncəyə və Mingəçevirə səfəri təşkil edildi. Bu, çox gözəl bir addım oldu. Çünki həmin diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə prosesi izlədilər. Gəncə sakinləri ilə ünsiyyətdə oldular. Onlar özləri də inana bilmirdilər ki, necə olur ki, uzaqmənzilli raket dinc əhalinin yaşadığı bir yerə atılır. Onlara hörmətli Hikmət Hacıyev dəfələrlə sual verdi ki, burada hansısa hərbi obyekt görürsünüzmü?

xa0

Diplomatlar özləri də şoka düşmüşdü ki, hərbi obyektlərin olmadığı bir yerə, dinc əhalinin yaşadığı bir yer necə, hansı məntiqlə raket zərbəsi endirilə bilər? Burada hər yer məktəblər, xəstəxanalar, yaşayış obyektləri, ticarət mərkəzləridir”.

xa0

Bu açıqlamadan da məlum olduğu kimi, Hikmət Hacıyev əcnəbi diplomatları “burada hansısa hərbi obyekt görürsünüzmü” kimi sadədən sadə bir sualla fakt qarşısında qoyur, onları üz-üzə dayandıqları reallığı görməyə, həqiqəti etiraf etməyə vadar edirdi. Bu, Hikmət Hacıyev tərəfindən həyaqta keçirilən və mahiyyət etibari ilə matla nəticələnən bir gediş idi. Çünki gördükləri mənzərə qarşısında heç bir əcnəbi diplomatın bu suala “xeyr”dən başqa veriləcək bir cavabı yox idi. Və bu “xeyr” sözü Ermənistanın hərbi cinayətinin etirafı idi. Hansı ki, indiki məqamda ehtiyac duyulan yeganə şey Ermənistanınxa0 etdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsi, Azərbaycana kompensasiya ödəməsi və hərbi müstəvidə aldığı məğlubiyyətin acısını bütün sferalarda yaşamasıdır. Bunun üçün isə dünyanın erməni cinayətlərindən xəbərdar olması, haqqın Azərbaycanın yanında olduğunu etiraf etməsi və xa0ölkəmizi dəstəkləməsi vacibdir.

xa0

Seymur ƏLİYEV

e-mail: [email protected]

Link kopyalandı!
Son xəbərlər