Yazar
Seymur Verdizadə
Bütün yazılar
kse
5699
22 Oct 2020 | 13:30

Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...

Bu savaşda Ermənistanın məğlub olacağına ağlı başında olan heç kim şübhə etmir. Artıq havadarları da İrəvanı başlı-başına buraxıblar. Ermənilərin başına hansı müsibətlərin gələcəyini tezliklə hamımız görəcəyik...

Hakimiyyətə küçədən gələn və hələ də özünü küçə uşağı kimi aparan Nikol Paşinyan erməni xalqının qəsdinə durub. Anlaşılan odur ki, bu adam ermənilərin kökünü kəsməsə, rahatlıq tapmayacaq. Müzəffər Azərbaycan Ordusu aclıq və səfalətin girdabında çapalayan erməni əsgərini qarışqa kimi əzib keçir. Dərələr təcavüzkar ordunun ölmüş əsgərlərinin cəsədləriylə doludur. Ermənilər özgə torpağına göz dikməyin bədəlini canlarıyla ödəyirlər.

Paşinyanın bütün cəhdləri uğursuzluğa düçar olub. Onun perspektivinin olmadığını artıq öz ailə üzvləri də anlayırlar. Nikolun özü kimi kəmsavad qızı belə müharibəni uduzduqlarını etiraf edərək, bütün xəyallarının puç olduğunu dilə gətirib. Bir müddət sonra bu barədə nəsə danışmağa lüzum qalmayacaq. Çünki tezliklə Paşinyan təkcə öz ailəsinin deyil, həm də bədbəxt erməni xalqının arzularını puç etmiş olacaq.

Paşinyan müharibə ritorikasından əl çəkmir. Dünənə kimi böyük dövlətlərin başçılarının baş-beynini ağrıdan Nikol yenidən öz xalqını silaha sarılmağa səsləyib.  O, ötən gün deyib ki, əslən Qarabağdan olan iş adamları və tələbələr könüllü ordu sıralarına yazılmalıdır. İş adamlarıyla işimiz yoxdur. Onların “işinə” cəbhədə əsgərlərimiz baxacaq. Bəs Paşik tələbələri niyə Azərbaycan adlı Əjdahanın ağzına atır? Müharibədən sonra o xarabaya müəllim, həkim, mühəndis lazım olmayacaq? Özü yüz faiz olmayacaq, ölkəsinin olub-olmayacağı isə yaxın günlərdə məlum olacaq...

Paşinyanın siyasi karyerası çoxdan başa çatıb. O, Ermənistan üçün artıq tarixə çevrilib. Bədbəxt erməni xalqı bu tarixi həmişə lənətlə xatırlayacaq. Paşinyanın fiziki mövcudluğunu davam etdirib-etdirməyəcəyi isə sual altındadır. Əminəm ki, ermənilər bu məğlubiyyəti ona bağışlamayacaqlar. Əli yüzlərlə gühahsız azərbaycanlının qanına batmış bu cəlladı bizdən əvvəl ermənilər dar ağacından asacaqlar. Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...

Ermənilərə Paşinyandan çox pislik edən ikinci adam tanımıram. O, sülh danışıqlarından imtina etməklə ölkəsini dərin bir uçuruma yuvarlamış oldu. Belə getsə, müharibə başa çatandan sonra Ermənistanda əlinə silah götürüb Gürcüstanla sərhəddə dayanmağa adam tapılmayacaq...

Seymur VERDİZADƏ
Link kopyalandı!
Son xəbərlər