Dünən çəkilən şəkillərinə diqqətlə baxdım; əvvəlki təkəbbürdən əsər-əlamət qalmayıb. Cəbhədə düçar olduğu məğlubiyyət Paşinyanın qəddini əyib. Əmin ola bilərsiniz, danışıqlar masasına əyilə-əyilə gələcək...
Bugünkü müharibənin memarı Paşinyandır. O, sülhsevər Azərbaycan xalqının səbr kasasını daşırdı. Xüsusilə son bir ildə dediyi sözləri ona bağışlamaq olmaz. O, həmişə danışanda məşhur filmdəki fraza yadıma düşürdü: "Əlimdə imkan olsaydı, sənin dilini boğazından çıxarardım". İndi o imkan əlimizə düşüb. Bunun və itlərinin dilini elə kəsmək lazımdır ki, bir də bizə hürməsinlər...
Quyruğu qapı arxasında qalandan sonra sülh danışıqlarından dəm vurmağa başlayıb. Hələ bir minnətə bax: "Ermənistan Azərbaycanın getməyə hazır olduğu güzəştlərə hazırdır ".
Bax, erməni budaq cümləsi buna deyilir. Ay debil, biz niyə güzəştə getməliyik? Biz nəyi güzəştə getməliyik? Bu günə kimi nəfəs alırsansa, bu, ən böyük güzəşt deyilmi?
Bəs dünənə kimi niyə danışıqlardan yayınırdın? Göydən boş başına od ələnməsəydi, ağılllanmayacaqdın?
Nə tez aradan çıxmaq istəyirsən? Tərtərdə qətlə yetirdiyin 14 yaşlı uşağa görə kim cavab verəcək? Axı müharibənin ilk günündə sənə deyilmişdi ki, gücünü arvad-uşağa göstərmə, kişi ol! Sənin üzündən cəbhədə hər gün şəhid veririk. Sinəsini erməni gülləsinə sipər edən qəhrəman oğullarımızın çölə atılan dırnağı sənin iki qəpiklik qiyməti olmayan mənasız vücudundan qat-qat qiymətlidir.
Hakimiyyətə gəldiyin gündən təxribatla məşğulsan. Elə həftə olmurdu ki, özünə oxşayan cəlladlarının əli Azərbaycan əsgərinin qanına bulaşmasın. Sənin üzündən iyulda 12 hərbçimizi itirdik. Tovuz döyüşlərində 18 yaşlı balamız şəhid oldu. Sənin oğlundan da balacaydı. Həyatdan kam ala bilmədi, dünyadan nakam köçdü. Onunla birlikdə bütün arzularını da dəfn etdik. Bircə arzusunun cücərməsinə, çiçək açmasına imkan vermədin. O qədər məsum, o qədər həyalı idi ki, sevdiyi qızın adını belə dilinə gətirməmişdi. Elə bilirsən, bunu sənə bağışlayacağıq? Bu günə kimi neçə-neçə ananı gözüyaşlı qoymusan. Aradan çıxa bilməzsın, ananı ağladacağıq...
Hə, sonda lap əvvəldə deməli olduğum sözü də yazım, bu mövzuya nöqtə qoyaq: güzəştə getmə, Qarabağdan get!