Yazar
Seymur Əliyev
Bütün yazılar
kse
4123
06 Oct 2020 | 10:22

O raket zərərsizləşdirilməli, erməni vəhşiliyinin lal şahidi kimi oradaca saxlanılmalıdır

Məlum olduğu kimi, 4 oktyabr axşam saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri  Azərbyacanın Mingəçevir şəhərini raket atəşinə tutub. Şəhər atılan raketlərdən biri Mingəçevir İstelik Elektrik Stansiyasının qarşısına düşsə də, xoşbəxtlikdən partlamayıb. 7 metr uzunluğunda olan, 5 metri yerin altında qalan raketin zərərsizləşdirilməsi istiqamətində iş aparılır.

 

Məlumat üçün qeyd edək ki, Ermənistan uzun illərdir ki, müharibə başlayacağı təqdirdə Mingəçevirə raket zərbələri endirəcəyi, buradakı strateji obyektləri sıradan çıxaracağı ilə bağlı bəyanatlar verirdi. Düşmənin 4 oktyabr tarixli təxribatı onun öz çirkin niyyətini həyata keçirmək üçün konkret cəhdlər etdiyini, mülki insanlar və mülki obyektlər üçün real təhdid mənbəyinə çevrildiyini göstərir.

 

Heç şübhə yoxdur ki, Azərbaycan ordusu düşmənin bu təxribatına da layiqli cavab verəcək və onu tam neytrallaşdırana qədər öz həmlələrini davam etdirəcəkdir.

 

Mingəçevir İES qarşısında erməni terrorunun bariz nümunəsi olaraq sancılıb qalan raketə gəlincə, bu raketin tam zərərsizəşdiriləndən sonra erməni vəhşiliyinin lal şahidi, tarixi yaddaş nümunəsi kimi oradaca saxlanılması məqsədəuyğun olardı. Ermənilərin Azərbaycan xalqına qarşı əsirlər uzunu törətdiyi terror və təxribatların yeni nümunəsi olan bu raketin gələcək illərdə məktəblilər, yeniyetmələr, habelə ölkəmizə gələn əcnəbilər, o cümlədən xarici jurnalistlər, media nümayəndələri tərəfindən ziyarət olunması, həm gənclərimizin, həm də dünya ictimaiyyətinin erməni vəhşiliyi haqqında məlumatlandırılması baxımından olduqca faydalı ola bilər. Odur ki, tam zərərsizləşdirildikdən sonra bu raketin, yaxud onun maketinin düşdüyü yerdə saxlanılması milli tarixi yaddaş baxımından əhəmiyyətlidir. Gənclərimiz bu raketə baxaraq qonşumuzun kim olduğunu, xalqımızın başına hansı bəlalar gətirdiyini xatırlamalı, bir an belə olsun sayıqlıqlarını itirməməlidirlər.

Onu da unutmaq olmaz ki, bəzən bir real, canlı nümunə təbliğati məsələdə cild-cild kitablardan, milyonlarla sözdən daha effektiv olur, yaddaşlarda həmişəlik iz buraxır. Bu səbəbdən də sadəcə Mingəçevir İES-in önünə düşən raketin deyil, müxtəlif bölgələrdə vurulan bəzi düşmən texnikasının da məhv edildiyi yerdəcə ermənilərin terrorçu xislətini ifşa edən tarixi nümunələr kimi qorunub saxlanılması effektiv ola bilər. Istənilən halda bu məsələ haqqında daha ciddi düşünməyə, bu yöndə konkret addımlar atmağa ehtiyac var.

 

Seymur ƏLİYEV

e-mail: [email protected]

 

Link kopyalandı!
Son xəbərlər