Yazar
Seymur Əliyev
Bütün yazılar
kse
4576
05 Oct 2020 | 23:17

İnsan dilənçiliyi: Bağışlayın, sizdə ölməyə artıq adam olmaz?

Sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatı müvəffəqiyyətlə davam etməkdədir. Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə çoxlu sayda hərbi texnika itirən Ermənistan, canlı qüvvə baxımından da böyük itkilərlə üz-üzə qalıb. Müharibədən öncə belə insan resursu baxımından böyük çatışmazlıqlarla üzləşən, səngərləri polis qüvvələri, yanğınsöndürənlər, habelə muzdlular hesabına doldurmağa çalışan Ermənistan, hərbi əməliyyatların davam etdiyi indiki şəraitdə kütləvi canlı qüvvə itkiləri səbəbi ilə çıxılmaz vəziyyətə düşüb. Azərbaycan ordusunun dağıdıcı hücumlarının qarşısını almaq üçün müdafiə mövqeyini qorumağa əsgər tapmayan işğalçı ölkədə qocaların, yeniyetməlrəin ordu sırlarına çağırılmaları ilə bağlı xəbərlər mövcuddur. Vətəndaşlarını məcburi şəkildə döyüşlərdə iştirak etməyə məcbur edən Ermənistan, bu yolla müvəqqəti də olsa Azərbaycan ordusunun hücumunun qarşısını almağa çalışır. Lakin insan resursuna duyduğu ehtiyacın böyüklüyü Ermənistanı, həm də sözün həqiqi mənasında insan dilənçiliyi həyata keçirməyə, digər ölkələrdən Qarabağa muzdlu qüvvələr gətirməyə sövq edir. 

 

Terrrorçu dövlətin terrorçu ümidinə qalmasından daha məntiqli heç nə yoxdur!

 

Məlumat üçün qeyd edək ki, muzdlu qüvvələrdən istifadəyə aid dünya hərb tarixində çoxsaylı nümunələr olsa da, insan dilənçiliyi ilk dəfə Ermənistan tərəfindən həyata keçirilib. Çoxsaylı muzdlu döyüşçülər tutmaq üçün gərəkli maddi imkana malik olmayan işğalçı, indiki şəraitdə daha çox dünyadakı çoxsaylı erməni terror təşkilatlarından Qarabağa terrorçular cəlb etmək yolu ilə əsgər çatışmazlığını ortadan qaldırmağa çalışır. Mahiyyət etibari ilə terrorçu olan, terroru hər zaman dövlət səviyyəsində dəstəkləyən Ermənistanın bu gün də məhz terrorçulardan asılı hala düşməsi, onların dəstəyinə ümid etməsi bəlkə də tarixin ən böyük istehzası kimi dəyərləndirilməlidir. Əslində, terrrorçu dövlətin terrorçu ümidinə qalmasından daha məntiqli heç nə yoxdur və Ermənistanla bağlı yaşananlar da bu gerçəyi sübut edir.

 

Xatırladaq ki, hələ 12 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Suriya və Livan ərazisindən işğaldakı Azərbaycan torpaqlarına köçürülən adamlardan muzdlular kimi istifadə etdiyini bildirmişdir. Qeyd etmişdir ki, qanunsuz məskunlaşma 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Hansı ki,  müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. 

Ancaq hər zaman olduğu kimi bu gün də Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığı göz önündədir.

 

Bağışlayın, sizdə ölməyə artıq adam olmaz?

 

Ermənistanın insan dilənçiliyi siyasətinin əsas ana xətlərindən birini isə özünü məzlum, təcavüzə məruz qalan kiçik dövlət obrazında təqdim etməklə, dünyanın müxtəlif xalqlarından könülüllər cəlb etmək, öz məkirli niyyətini digər xalqların nümayəndələrinin əli və qanı bahasına həyata keçirməkdir.

 

Maraqlıdır ki, Ermənistanın muzdlu qüvvələrdən istifadə etdiyi işğalçı dövlətin siyasi liderləri tərəfindən də etiraf edilməkdədir.  Nümunə üçün qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalına müsahibəsində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib: “Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".

 

Ermənistan prezidenti bu şəxslərin vətəndaşı olduğu dövlətlərin adlarını da çəkib və bildirib ki, bunlar ABŞ, Fransa, Ukrayna və Rusiyadır. 

Ermənistanın muzdlu diləndiyi dövlətlərdən biri də Yunanıstandır. Hansı ki, bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev də 2 oktyabr tarixində mətbuat konfransında məlumat verib.  Azərbaycana qarşı kiberhücumlar həyata keçirənlərin arasında ermənilərlə yanaşı, bəzi yunan hakerlərinin də olduğu vurğulanır.

 

Hikmət Hacıyev 3 oktyabr tarixli çıxşında bir daha Ermənistana gələn muzdlularla bağlı məsələyə toxunub, dünya dövlətlrinə öz vətəndaşlarına sahib çıxmaqla bağlı xəbərdarlıq edib:

 

 “Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular və muzdlu şəxslər iştirak edir. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu, təkcə bu gün deyil. Həmişə Ermənistan tərəfindən Azərbaycana qarşı terrorçulardan istifadə olunub. Hətta son dövrlər, bir sıra Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azərbaycana qarşı gəlib döyüşlərdə iştirak etməsi barədə faktlar var. Biz də kanallardan istifadə edərək aidiyyatı ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar, onları bu kimi əməllərdən çəkindirsinlər. Xüsusən, Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Bir məqamı diqqətinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal olunmuş ərazilərinə gələrsə, Azərbaycanın mülki əhalisinə, Azərbaycan hərbçilərinə qarşı silahdan istifadə edərlərsə, beynəlxalq hüquqa əsasən kombotant (silah yoldaşı - red.) anlayışını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”. 

 

Göründüyü kimi, törətdiyi saysız-hesabsız təxribatlara cavab olaraq Azərbaycan ordusunun sarsıdıcı zərbələrinə məruz qalan Ermənistan, bütün dünyada insan dilənçiliyi həyata keçirəklə Qarabağda ölməyə adam axtarır. Yəqin ki, ki, rəsmi İrəvan təslimiyyət bayrağı qaldırana qədər  Ermənistanın dünya dövlətlərinə ünvanlayacağı ən aktual sual məhz bu olacaq: “Bağışlayın, sizdə ölməyə artıq adam olmaz?”

 

Azərbaycan ordusu Qarabağı işğalçıya köməyə gələn hər kəs üçün məzara çevirəcək

 

Yuxarıdakı faktlardan da məlum olduğu kimi, Ermənistan Yaxın Şərq ölkələrindən, eləcə də müxtəlif dövlətlərdən terrorçuları Qarabağa cəlb etmək, o cümlədən bəzi şəxsləri müxtəlif şirnikləndirici vədlər verərək hərbi əməliyyatlarda iştirakını təmin etməyə çalışır. Işğalçı dövlət bununla öz labüd aqibətini uzatmağa, son və qəti məğlubiyyətdən qaçmağa cəhd edir. Halbuki, Azərbaycan ordusunu əks-hücum əməliyyatının elə ilk günündə düşmənə vurduğu zərbə ilə Qarabağı işğalçıya köməyə gələn hər kəs üçün məzara çevirəcəyinin mesajını verdi. Və bu mesaj bu gün də qüvvədədir. Bundan sonra da Azərbaycan ordusu Qarabağı işğalçıya köməyə gələn hər kəs üçün məzara çevirəcək, bu torpaqlar üzərində nəzarəti tam bərpa edəcəkdir. Ordumuzun döyüş hazırlığı, maddi-texnii təminatı buna imkan verir. Odur ki, Ermənistanın Qarabağa hansı dövlətdən nə qədər muzdlu cəlb etməsinin, hansı terror təşkilatları ilə ittifaqa girməsinin heç bir önəmi yoxdur. Heç kim Ermənistanı Azərbaycan ordusunun ölümcül zərbələrindən xilas edə bilməyəcək. Necə ki, prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində dedi:

 

“Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır”. 

 

Ölkə başçısının qeyd etdiyi kimi, işğalçıya köməyə gələn şəxslərin erməni, yaxud qeyri-erməni olmasının heç bir fərqi yoxdur. Necə ki, kəsiləcək qoyun üçün toyda, yoxsa yasda kəsilməsi heç bir önəm daşımır. Ordumuza qarşı gələn hər kəsi eyni sonluq, eyni aqibət gözləyir və sonluğun bir adı var: Ölüm!

 

Seymur ƏLİYEV

E-mail: seymur_dq04@mail.ru  

 

 

Link kopyalandı!
Son xəbərlər