Yazar
Seymur Əliyev
Bütün yazılar
kse
4874
07 Sep 2020 | 08:50

Bir sima, bir millət, bir mövqe!

Məlum olduğu kimi, prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Azərbaycana yeni təyin edilən fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. Qəbul zamanı prezident İlham Əliyev ölkəmizi narahat edən bir sıra məqamlara diqqət çəkməklə yanaşı, Azərbaycan və Türkiyənin maraqlarını təhdid edən güclərə də açıq mesaj verib, ciddi bəyanatlar səsləndirib.

İlham Əliyevin yerə düşməyə qoymadığı üç alma: Yarıda nöqtələnən “rus nağılı”

 

Prezident İlham Əliyevin 2 sentyabr tarixli açıqlamasında diqqət çəkən ən başlıca məqam ölkə başçısının hər zaman olduğu kimi, bu dəfə də müxtəlif məsələlərlə bağlı konkret mövqe sərgiləməsi, öz fikrini aydın, birmənalı şəkildə ortaya qoyması oldu.

 

Rusiyanın işğalçı Ermənistanı silahlandırmaqda davam etdiyini bildirən prezident İlham Əliyev, bununla ikinci kəs Kremlin ermənipərəst siyasətini beynəlxalq müstəvidə ifşa etdi ki, bu,

özlüyündə böyük cəsarət nümunəsi kimi qiymətləndirilə bilər. Ölkə başçısının bu açıqlaması Rusiyanın müdafiə nazirinin ölkəmizə səfəri zamanı Ermənistana silah deyil, tikinti materialları göndərilməsi ilə bağlı danışdığı nağıla rəsmi Bakının inanmadığı bir kəs daha sübut etdi. Həmçinin, ölkə başçısının Rusiya ilə bağlı səsləndirdiyi bu fikir, Bakının əlində Rusiyanın Ermənistanla bağlı addımlarını dəqiqliklə izləyə biləcək mühüm kəşfiyyat imkanları və informasiya kanalları olduğunu da isbat etmiş oldu.

 

Xatırladaq ki, Şoyqunun Rusiyadan Ermənistana silah deyil, tikinti materialları daşınması ilə bağlı səsləndirdiyi gülünc fikrə prezidentin köməkçisi Hikmət Hacıyev də çevik reaksiya vermiş, Rusiya müdafiə nazirinin açıqlamasını qənaətbəxş hesab etmədiklərini bildirmişdi.

 

Qardaş təəssübü və ya iki dövlət - bir mövqe!

 

Prezident İlham Əliyevin 2 sentyabr tarixli çıxışda diqqət çəkən digər bir məqam ölkə başçısının Türkiyə-Yunanıstan gərginliyi fonunda qardaş Türkiyəni tam və açıq şəkildə dəstəkləməsi oldu. Aralıq dənizində Yunanıstan və digər Qərb ölkələri ilə faktiki olaraq üz-üzə gələn, hərbi qarşıdurmanın astanasında qərarlaşan Türkiyənin Yunanıstan dövlətinin rəsmi təmsilçisi qarşısında bu şəkildə müdafiə edilməsi, Azərbaycanın istənilən situasiyada Türkiyəni dəstələməkdə davam edəcəyi mesajının verilməsi, president İlham Əliyevin bir sima, bir mövqeyə malik siyasətçi olduğunu bir kəs daha təsdiq etmiş oldu.

 

Bu, həmçinin, Azərbaycan və Türkiyənin xarici siyasət məsələlərində bir millət olaraq vahid mövqedən çıxış etdiyini, regional və qlobal maraqların birgə müdafiə olunduğunu göstərmiş oldu. 2 sentyabr çıxışı göstərdi ki, Azərbaycan və Türkiyə bir-birlərinin maraqlarını müdafiə etmək üçün qlobal güclərə qarşı belə cəbhə almağa, onların təzyq və basqılarına layiqli müqavimət göstərməyə qadirdir.

 

Yunanıstanın işğalçı Ermənistanla hərbi əməkdaşlığına da toxunan İlham Əliyev, bununla bağlı narahatlığını da məhz yunan səfirin üzünə söylədi ki, bu da ölkə başçısının cəsarət və dürüstlüyündən, ikili, üstüörtülü davranış və ünsiyyətdən uzaq olduğundan xəbər verir.

 

Öyrənmək heç vaxt gec deyil, hətta 40-da belə…

 

Bu baxımdan prezident İlham Əliyevin 2 sentyabr tarixli çıxışı iki baxımdan xarakterizə edilə bilər.

 

Birincisi, bu çıxış Azərbaycan və Türkiyə arasındakı əlaqələrin bütün digər maraqların fövqündə dayandığı, hər iki dövlətin beynəlxalq müstəvidə vahid dövlət kimi çıxış etdiyini göstərdi.

 

Ikinci mühüm məqam isə, bu çıxışın prezident İlham Əliyevin bacarıqlı lider və peşəkar siyasi xadim kimi şəxsi keyfiyyətlərinin bir kəs daha özünü büruzə verməsi ilə bağlıdır. Bu çıxış bir daha sübut etdi ki, İlham Əliyev Azərbaycan və Türkiyənin maraqlarını müdafiə etmək üçün sadəcə region ölkələrinə deyil, dünyanın ən böyük güclərinə, ən qüdrətli dövlətlərinə belə söz deməyə, onlardan hesab sormağa, hətta meydan oxumağa qadirdir. Bu çıxış sübut etdi ki, İlham Əliyev hər zaman hər yerdə “bir sima, bir millət, bir mövqe” prinsipindən çıxış edib. Hansısa problemə ikili yanaşmaq, hansısa məsələ ilə bağlı anlaşılmaz, müəmmalı, ziddiyyətli mövqe ortaya qoymaq İlham Əliyevin təbiətinə, prinsip və xarakterinə ziddir. Bu baxımdan istər Minsk qrupuna həmsədr dövlətlərin rəhbərliyinin, istər işğalçı Ermənistanın siyasi liderləri və onlara havadarlıq edən qüvvələrin, istərsə də digər beynəlxalq qurumların təmsilçilərinin bu məsələdə Azərbaycan prezidentindən öyrənməli olduğu çox şey var. Cəsarət, şərəf və dürüstlük bu məziyyətlərdən ən başlıcasıdır. Və ümid edək ki, İlham Əliyevin 2 sentyabr tarixli çıxışından sonra, onlar gec də olsa bu məziyyətlərə sahib olmaq səadətinə nail olmağa cəhd edəcəklər…

 

Seymur ƏLİYEV

E-mail: [email protected]

Link kopyalandı!
Son xəbərlər