Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
3798
13 Oct 2024 | 14:01

Putin niyə nüvə silahından istifadə etməyəcək: politoloq üç səbəbi sadaladı...

"Nüvə silahının istifadəsi çoxlu sayda qurumu əhatə edən olduqca mürəkkəb prosesdir..."
 
Politoloq Andrey Piontkovski hesab edir ki, Kreml rəhbəri Vladimir Putin nüvə silahından istifadə etməyəcək. Bunun üç səbəbi var.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu fikirləri “Studio West” verilişinin aparıcısı Anton Borkovskiyə müsahibəsində bildirib.
 
"İndi Putin bundan yenidən son vasitə kimi istifadə edir. Mən əminəm ki, bu baş verməyəcək. Moskvanın nüvə silahından istifadə etməməsinin üç səbəbi var. Birincisi, bu müharibənin mahiyyətini dəyişməyəcək. Tutaq ki, o, bu cinayəti törətdi və Ukrayna şəhərlərindən birini dağıtd. Bundan sonra müharibə dayanacaqmı?.-Yox" -deyə politoloq cavab verib.
 
"İkincisi, nüvə silahından istifadə çoxlu sayda qurumun iştirak etdiyi olduqca mürəkkəb prosesdir.  Üçüncüsü, həmin prosesə daxil olan Müdafiə Nazirliyinin bütün nüvə ehtiyatlarına malik 12-ci İdarəsi Amerika kəşfiyyatı tərəfindən izləynilir və o daim vurğulayır ki, nə taktiki, nə də strateji nüvə silahının hərəkəti yoxdur. Ona görə də bu, şantajdır”, - deyə politoloq vurğulayıb.
 
Onun fikrincə, Qərb bu şantajdan “özünə gəlir”.
 
Xatırladılır ki, Şimali Koreya lideri Kim Çen In “nüvə supergücü” olmaq üçün sürətləndirilmiş addımları elan edib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər