Yazar
Sultan Laçın
Yazarlar
ekskluziv
4211
14 Jul 2024 | 08:41

"Vəssalam, Tramp oldu əsil qəhrəman(?)...- Güllələnmədən sağ çıxmış bəziləri  kimi..."

“Çünki belələri düşünməyəcək ki, prezidentliyə namizəd niyə sui-qəsdə məruz qaldı, bu, kimə sərfəli idi, əksinə, tərəddüd etmədən inanacaq ki, bunu demokratlar, yəni Bayden təşkil edib...”
 
-3 CÜMLƏ İLƏ BİR ŞƏRH...-
 
ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada seçkiqabağı çıxışı zamanı – 14 iyul- Bastiliyanın Alınması günü ərəfəsində sui-qəsdə məruz qaldı; ona tərəf snayper güllələri atıldı və o yalnız qulağının sivrilib qanamasıyla qurtuldu...
 
Vəssalam, bundan sonra Amerikada Trampı dəstəkləyən və analitik düşüncə tərzinə malik olmayan nadanlar toplusunun - kütlənin gözündə o, əsil qəhrəmana çevriləcək, çünki belələri düşünməyəcək ki, prezidentliyə namizəd niyə sui-qəsdə məruz qaldı, bu, kimə sərfəli idi, əksinə, tərəddüd etmədən inanacaq ki, bunu demokratlar, yəni Bayden təşkil edib...
 
Çoxlarının bunu Trampın hakimiyyətə qayıtmasına çalışan bəzi beynəlxalq mərkəzlər, o cümlədən Putin "FSB"-si, hətta ABŞ daxilində bəzi güclərin də təşkil edə biləcəyini düşünmədiyindən onun tarixdə ya süni, ya doğrudan da təşkil olunmuş sui-qəsd cəhdlərindən, güllələnmələrdən sağ qalmış bəziləri, məsələn, bir qadının güllələməsindən sonra ölməmiş və nəhəng kommunist-bolşevik, Sovet diktaturasını -imperiyasını qurmuş Lenin kimi kütlənin gözündə “canını öz ölkəsi, xalqı yolunda qurban verməyə hazır olan” bir qəhrəman olaraq seçkiləri udub hakimiyyətə gəlmək şansı xeyli artacaq...
 
P.S. Son aylar dünya boyu müxtəlif ölkə liderlərinə qarşı sui-qəsdlər eyni güc mərkəzindən də təşkil edilə bilər...
 
P.P.S. Sui-zənnə qapılıb səhv edirəmsə, Allah Özü aciz bəndəsini bağışlasın...
 
Sultan Laçın
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər