Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2126
04 Aug 2026 | 08:38

“Sovet bayrağı qaldıranlar və milli bayraq altında talayanlar...-Kimlər daha təhlükəlidir?..”

 
“Yazını oxuyan istər sadəcə vətəndaş, istərsə də dövlət məmuru-filan olan şəxs özü düşünüb nəticə çıxarsın...”
 
- 3 CÜMLƏ İLƏ BİR BAXIŞ...-
 
Ötən il Bakıda SSRİ bayrağı qaldırmış üç vətəndaşın ictimai qaydanı pozma ittihamı ilə 2 ilədək azadlıqdan məhrum edilməsi, dövlətçiliyə yönələn əsl təhdidlərin miqyası barədə ciddi suallar doğurur (Onlardan öncə bir neçə tip də İmişlidə keçmiş imperiya bayrağı qaldırıb və həbs edilib digər maddələrlə də cəzalarına çatıblar).
 
Bu kontekstdə qeyri-adi bir sual ortaya çıxır: Azərbaycan(ümumiyyətlə, digər postsovet respublikaları, hətta Rusiyanın özü üçün də) üçün bir neçə nəfərin dağılmış Sovet imperiyası üçün ideoloji nostaljisi daha təhlükəlidir, yoxsa on illərlə üçrəngli milli bayraq altında yüksək vəzifələrdə dövlətin sərvətlərini talayan, korrupsiya, kütləvi saxtakarlıq, işgıncələr və  digər qanunsuzluqlarla məşğul olan şəbəkə, rəhmətlik Hacı Şahin demiş, günah, cinayət bayraqdarları?.. 
 
Sovet bayrağı qaldıranlar sadəcə keçmiş sovet imperiyası haqda anlıq, uzaqbaşı günlük nostalji hisslərə toxunursa, bir qərində milli rəmzlər arxasında gizlənən hazırda həbsdə, villa dustaqlığında olan, yaxud hələ həbs edilməmiş talançılar ölkə iqtisadiyyatını sarsıdır, xalqın gün-güzaranını ağırlaşdırır və nəticədə dolayısı ilə insanları keçmiş imperiya dövrünün "yaxşı olduğu" fikrinə sürükləyərək xarici qüvvələrin maraqlarına zəmin hazırlayır,  o cümlədən beyinlərə “sovet dövrü bundan yaxşı idi” fikrini aşılamaqla vətəndaşları Moskvadakı putinist və kommunistlərin başçılığıyla Sovet, yaxud Çar Rusiyası formatında imperiyanı Azərbaycan da daxil olmaqla öncəki sərhədlərinə qaytarmaq üçün səfərbər etməyə çalışır...
 
P.S. Yazını oxuyan istər sadəcə vətəndaş, istərsə də dövlət məmuru olan şəxs özü düşünüb nəticə çıxarsın...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər