Bakıda Dəniz Taksiləri: Bulvardan Əhmədliyə cəmi 5 dəqiqəyə!
Araşdırma
Oxunub: 18396
02 Apr 2024 | 12:27
Bakıda Dəniz Taksiləri: Bulvardan Əhmədliyə cəmi 5 dəqiqəyə!

Dəniz taksiləri müasir dünyanın bir sıra ölkələrində geniş istifadə edilən nəqliyyat növlərindən biridir. Bu nəqliyyat vasitəsi ənənəvi tıxaclardan səmərəli çıxış yolu sayılmaqla yanaşı, ekzotikliyi və  özünəməxsusluğu ilə də diqqət çəkir.

 

Məlumat üçün qeyd edək ki, dəniz taksiləri qardaş Türkiyədə də xeyli dərəcədə populyardır. 2021-ci ilin sentyabrından etibarən Türkiyədə ilk dəniz taksiləri vətəndaşların istifadəsinə verilmiş, bu nəqliyyat vasitələrinə sayının yaxın gələcəkdə daha da artırılması nəzərdə tutulmuşdur. Avropanın bir sıra ölkələrində, eləcə də bəzi Şərqi Asiya ölkələrində dəniz taksilərindən kifayət qədər geniş istifadə olunur.

 

Ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi...

 

Dəniz taksiləri üçün səciyyəfi xüsusiyyətlərin biri bu nəqliyyat vasitələrinin ekoloji baxımdan təmiz olmasıdır. Hansı ki, bir tək bu amilin özü sözügedən nəqliyyat vasitəsindən istifadəni kifayət qədər cazibədar hala gətirir.

 

Xatırladaq ki, müasir dəniz taksiləri elektriklə çalışır ki, bu da onları ətraf mühit üçün tamamilə zərərsiz edir. Müasir dünyamızda ekologiyanın qorunması zərurətinin hər ötən gün daha da artdığını nəzərə alsaq, o zaman dəniz taksilərindən istifadənin sağlam həyat-sağlam gələcək baxımından xüsusilə mühüm önəm kəsb etdiyi aydın olar.

Əslində ölkəmizdə dəniz taksilərindən istifadə dövlətimizin həyata keçirdiyi beynəlxalq miyaslı ekoloji siyasət baxımından da məqsədəuyğundur. Yada salaq ki, bu il beynəlxalq əhəmiyyətli COP29 konfransı məhz   Azərbaycanda keçiriləcək. Bundan başqa, 2024-cü il Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib ki, bu da dövlətimizin ekologiyaya verdiyi önəmi göstərir. Məhz belə bir zamanda dəniz taksilərinin istifadəyə verilməsi dövlətimizin beynəlxalq aləmdə yürütdüyü ekoloji siyasətin nüfuzetmə qabiliyyətinin bir qədər də güclənməsini, daha effektiv hala gəlməsini təmin edə bilər.

 

“Həlledilməz” tıxac probleminin sadə və ekzotik həlli...

 

Dəniz taksilərindən istifadəni zəruri edən ən mühüm amil isə heç şübhəsiz həlli dalana dirənən tıxac problemidir.

 

Bakı və Bakıətrafı ərazilərdəki tıxac probleminin həlli üçün dövlət tərəfindən son 20 ildə bir sıra mühüm addımların atılmasına, yeni yol və körpülərin inşasına baxmayaraq, tıxac probleminin öz aktuallığını sürətlə artırdığı heç kimə sirr deyil. Bu da sirr deyil ki, artıq ictimai rəy bu problemə “həlledilməz və əbədi problem” kimi yanaşır. Hətta bəzi ekspertlər, o cümlədən millət vəkilləri, ictimai xadimlər də problemin “həlledilməzliyi” ilə barışmış kimi görünür. Məhz bu cür ümidsiz əhval-ruhiyyənin nəticəsidir ki, bəzi hallarda tıxac probleminin həlli üçün qeyri-real və qeyri-səmərəli mübarizə üsulları təklif edilir. Sumqayıtdan Bakıya gələn şəxsi avtomobillərin paytaxta buraxılmaması, paytaxtda şəxsi avtomobillərdən istifadənin qismən, bəzi saatlarla isə tamamilə məhdudlaşdırılması və s. kimi təkliflər bu qəbildəndir. Məhz belə bir vəziyyətdə dəniz taksilərinin istifadəyə verilməsi “həlledilməz” tıxac probleminin sadə və ekzotik həlli vasitəsi kimi görünür. Vətəndaşların bir qismi hesab edir ki, dəmir yolu nəqliyyatı ilə dəniz taksilərinin səmərəli fəaliyyəti paytaxtın tıxac probleminin həllinə daha ciddi töhfə verə, bu problemi önəmli miqyasda həll edə bilər.

Yeni turizm potensialı və iqtisadi inkişafa töhfə

 

Dəniz taksilərindən istifadənin ciddi turizm potensialına malik olduğu, qısa zamanda böyük marağa səbəb olacağı da əsas ehtimalardan biridir. Bəzi mütəxəssislər hesab edir ki, dəniz taksilərindən istifadə paytaxtın turizm potensialını daha da inkişaf etdirə, bu potensiala əlavə rəng qata bilər.

 

Dəniz taksilərindən istifadənin ölkə iqtisadiyyatının canlanmasına da töhfə verəcəyi ehtimal edilir. Sərnişin və yüngül yüklərin dəniz vasitəsilə sürətli və intensiv daşınması, bu daşınmanın o qədər də böyük vəsait tələb etməməsi insanların dəniz taksilərinə böyük maraq göstərəcəyini düşünməyə əsas verir. Dəniz taksilərinə artan tələbat isə öz növbəsində nəqliyyat sektorunun canlnaması, ümumi iqtisadi inkişafın yeni nəfəs qazanması deməkdir.  

 

Təbii, indiki halda bütün bunlar sadəcə ehtimal və mülahizələrdir. Bəs əslində vəziyyət necədir? Bakıda dəniz taksilərindan istifadə məsələsi nə dərəcədə realdır?

 

10 il əvvəl verilən və bu gün də havadan asılı qalan söz...

 

Bakıda dəniz taksilərinin fəaliyyət göstərəcəyi ilə bağlı ilk rəsmi məlumata  2014-cü il tarixində rast gəlinir. O vaxt Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov paytaxtda dəniz taksilərinin fəaliyət göstərəcəyini vurğulamış, hətta onların hərəkət istiqaməti haqqında da məlumat vermişdi.  Dövlət Dəniz Administrasiyasının rəhbəri qeyd etmişdi ki,  “dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək”.

 

Taksilərin Bakı buxtası ilə Nargin adasını birləşdirəcəyini söyləyən Qüdrət Qurbanov Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlərin istehsal edildiyini söyləmişdir: “Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək.


...Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək”.

 

2014-cü il tarixli bu açıqlamanın üstündən 10 illik bir zaman keçsə də, dəniz taksilərinin fəaliyyəti ilə bağlı heç bir əməli addım atılmamışdır. Başqa sözlə desək, Azərbaycan dəniz taksiləri ilə bağlı məsələdə 10 il öncə olduğu kimi, bu gün də sıfır nöqtəsindədir. Ən təəssüfedici məqam isə ondan ibarətdir ki, əlaqədar dövlət qurumlarının fəaliyyətində dəniz taksiləri ilə bağlı hətta  gələcəyə yönəlik belə heç bir hərəkətlilik müşahidə edilmir. Bunun isə ən başlıca səbəbi dəniz taksilərinin iqtisadi səmərəlilyinə inamın elə də böyük olmamasıdır.

Ekspert rəyi: “Dəniz taksilərindən istifadə səmərəsizdir, səbəb...”

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən nəqliyyat məsələlri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, Azərbaycan reallığında dəniz taksilərinin özünü doğrultması ehtimalı azdır. Mütəxəssis hesab edir ki, dəniz taksiləri daha çox ada dövlətlərdə istifadə edilir ki, bu da anlaşılandır:

 

“Dünya təcrübəsinə nəzər salsaq görərik ki, dəniz taksilərindən daha çox ada dövlətlərində istifadə edilir. Buna səbəb adalar arasında, yaxud adalarla “böyük vətən” arasında avtomobil və ya dəmir yolunun olmamasıdır. Başqa sözlə desək, bu ortamda dəniz taksiləri yeganə əlaqə vasitəsi kimi aktuallıq əldə edir ki, bu da təbiidir.

 

Azərbaycanda, Bakıda isə mənzərə tamamilə fərqlidir. Bizdə belə bir zəurət yoxdur. Coğrafi relyef baxımından dəniz taksilərindən istifadəni şərtləndirən ciddi bir amil mövcud deyil. Məhz buna görə də dəniz taksilərinin Azərbaycan şəraitində ona olan ümidləri doğruldacağı inandırıcı görünmür. Buna görə də ölkəmizdə dəniz taksilərindən istifadəni real hesab etmirəm”.

“Bizim reallıqda tıxacda yol getmək dəniz taksisindən daha sərfəli hesab oluna bilər”

 

Ərşad Hüseynov bildirir ki, dəniz taksilərindən Bakının bir ucundan digər ucuna getməkdə istifadə oluna bilər ki, bu da sadəcə iqtisadi baxımdan deyil, həm də zaman baxımından sərfedici deyil:

 

“Bakı ətrafında bir neçə kiçik ada olsa da, bütövlükdə Azərbaycan özü ada ölkəsi deyil. Qeyd etdiyimiz kimi, bizdə dəniz taksisindən ada dövlətlərində olduğu kimi istifadə tələbatı yoxdur. Dəniz taksisindən ən yaxşı halda Bakının bir ucundan digər ucuna getmək üçün istifadə edilə bilər ki, bu da iqtisadi baxımdan səmərəli olmayacaq.

 

Bundan başqa, bu, zaman baxımından da sərfəli deyil. Bizim reallıqda tıxacda yol getmək dəniz taksisindən daha sərfəli hesab oluna bilər. Biz tıcaxlı yollarla belə mənzilbaşına dəniz taksisindən daha tez çatarıq. Bütün bunlar dəniz taksisinə marağı azaldan, onu arxa plana keçirən amillərdir”.

 

Daim arzu olaraq qalacaq arzu:  “Bu, yaxın gələcəkdə də reallaşmayacaq”

 

Ekspert qənaətincə, mövcud reallıqlar onu göstərir ki, dəniz taksilərindən yaxın gələcəkdə istifadə yalnız bu gün üçün deyil, yaxın gələcək üçün də aktual görünmür:

 

“Dəniz taksiləri ilə bağlı müzakirələrin zaman-zaman gündəmə gəlməyinə baxmayaraq, qeyd etdiyimiz kimi, onların ölkəmizdə tətbiqi aktual deyil. Biz dəniz taksilərindən istifadə üçün zəruri amilləri ölkəmizin reallıqları ilə müayisə etsək, görərik ki, bu taksilərdən istifadə yaxın gələcəkdə də reallaşmayacaq. Biz bu gerçəkliyi qəbul etməliyik!”

 

Seymur ƏLİYEV  

 

Oxşar xəbərlər
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək