Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı açıqladığı yeni faktlar
Araşdırma
Oxunub: 3770
30 Nov 2023 | 11:24
Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı açıqladığı yeni faktlar

Xalqımızın Ümummilli lideri Heydər Əliyev özünün bütün ictimai-siyasi fəaliyyəti dönəmində Azərbaycanın dövlətçilik tarixinin təbliğinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə misilsiz işlər görmüş, böyük əməllərə imza atmışdır. Dövlətçilik tarixini milli yaddaş və özünütəsdiqin əsas vasitəsi hesab edən Ulu öndər, sadəcə bu tarixi təbliğ etmir, həm də bununla bağlı ciddi araşdırmalar aparır, heç kimə məlum olmayan həqiqətləri üzə çıxırdırdı. Heydər Əliyevin üzə çıxardığı, ictimai müzakirəyə təqdim etdiyi bu cür faktlardan biri Azərbaycan Demokratik Respublikasının müstəqillik aktı ilə bağlıdır.

 

Azərbaycan xalqının konstitusiya tarixinin də onun özü kimi böyük olduğunu bildirən Heydər Əliyev hesab edirdi ki, xalqımız ilk konstitusiyanı 1919-cu ildə - Azərbaycan Demokratik Respublikasının mövcudluğu dönəmində qəbul edib. Ulu öndərin qənaətincə, 1919-cu ildə qəbul edilən qanun layihəsi dövlət müstəqilliyi haqqındakı akt kimi elan edilsə də, əslində bu akt həm də konstitusiya mahiyyəti daşımışdır. Bu baxımdan da Heydər Əliyev Azərbaycanda ilk konstitusiyanın məhz 1919-cu ildə qəbul olunduğunu iddia edir, bu iddianı konkret fakt və arqumentlərlə əsaslandırırdı.

 

Ulu öndərin fikrincə, konstitusiya xarakteri daşıyan müstəqillik haqqındakı akt sonrakı dönəmlərdə konstitusiyanın hazırlanması üçün əsas meyar olmuş, bu prosesə böyük dəstək vermişdir. 1921-ci ildə qəbul edilən Azərbaycanın ilk konstitusiyasının 1919-cu ilin müstəqillik haqqındakı aktından kifayət qədər qaynaqlandığını bildirən Ulu öndər, sonrakı dönəmlərdə bu konstitusiyaya xeyli sayda əlavə və dəyişikliklər edildiyinə diqqət çəkirdi:

 

“Birinci, onu xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının konstitusiya tarixi böyükdür. Azərbaycan Respublikasının ilk konstitusiyası, demək olar ki, 1919-cu ildə qəbul edilibdir. Ancaq bu, konstitusiya olmayıbdır. Müstəqillik haqqında akt qəbul olunubdur. 1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikası dövlət müstəqilliyi haqqında akt qəbul edibdir.

 

Bu akt konstitusiya xarakteri daşıdığına görə biz onu Azərbaycan dövlətçiliyində konstitusiyanın başlanğıcı kimi, konstitusiya yaratmaq işinin başlanğıcı kimi qəbul edə bilərik.

 

Sonra bildiyiniz kimi, 1920-ci ildə Azərbaycanda Sovet Sosialist Respublikası yaranıbdır. Bu respublika 1921-ci ildə Azərbaycanın ilk konstitusiyasını qəbul edibdir. O vaxt hələ Sovetlər İttifaqı yox idi. Yaranmış və şübhəsiz ki, Kommunist hakimiyyəti altında olan respublikalar müstəqil idilər. Bu konstitusiya müəyyən dəyişikliklərlə 1937-ci ilə qədər davam edibdir. Baxmayaraq ki, Sovetlər İttifaqı yaranandan sonra, 1924-cü ildə, onun Konstitusiyası da yaranmışdı, amma Azərbaycanda 1921-ci ildə qəbul edilmiş konstitusiya davam edirdi. Ancaq şübhəsiz ki, ona dəyişikliklər, əlavələr olunmuşdur.

 

1936-cı ildə Sovetlər İttifaqının yeni konstitusiyası qəbul edildikdən sonra - 1937-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni konstitusiyası qəbul olunub. Bu konstitusiya 1978-ci ilə qədər yaşayıbdır. 1977-ci ildə Sovetlər İttiraqının yeni konstitusiyası qəbul olunub və ondan bir il sonra, 1978-ci ilin aprelində Azərbaycan Respublikasının yeni konstitusiyası yaranıbdır”. (//anl.az/el/alf7/he_me4.pdf Səh-317).

 

Yuxarıdakı faktdan göründüyü kimi, Heydər Əliyev dövlətçilik tariximizlə bağlı bugünə qədər səslənməyən, üzə çıxarılmayan ciddi tarixi faktları üzə çıxardır, xalqımızın hüquq-konstitusiya tarixinin qədimliyini konkret faktlar və özünəməxsus təhlili yanaşma ilə sübut edirdi. Heydər Əliyev bununla iki mühüm missiyanı uğurla həyata keçirirdi. Ulu öndər ilk öncə milli tariximizin, müstəqillik tariximizin bugünə kimi bilinməyən, aşkara çıxarılmayan gerçəkliklərini gün işığına çıxarır, bu tarixin görünməyən həqiqətlərini aydınladırdı. Heydər Əliyev istəyirdi ki, xalqımız, xüsusilə də gənc nəsil milli tariximizin hər bir anından, hər bir gerçəkliyindən xəbərdar olsun.

 

Ümummilli liderin bu araşdırmalarda ikinci məqsədi Azərbaycanın dövlətçilik tarixinin qədimliyi ilə yanaşı, onun hərtərəfli zənginliyini həm daxili, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi. Heydər Əliyev istəyirdi ki, özlərinin konstitusiya və demokratiya tarixləri ilə fəxr edən dövlətlər – xüsuslə də Qərb ölkələri Azərbaycanın onlardan heç nə ilə geri qalmadığını, əksinə, bir çox nüanslarda onları üstələdiyini görsün. Özünü dünyanın “demokratiya beşiyi” hesab edən dövlətləri görsün ki, Azərbaycan da dünya demokratiyasının ilk yaradıcılarından biridir və bu ənənəni günümüzdə də müvəffəqiyyətlə davam etdirir.  

 

Müstəqil Azərbaycanın ilk konstitusiyası...

 

Heydər Əliyev 1919-cu ildə Azərbaycan Demokratik Respublikası dönəmində qəbul edilən müstəqilik haqqında aktı konstitusiya səviyyəli sənəd hesab edir, bu sənədin əhəmiyyətini çox yüksək qiymətləndirirdi. Ancaq bununla yanaşı Ulu öndər hesab edirdi ki, 1995-ci ildə hazırlanan konstitusiya bütün dönəmlərin, eləcə də müasir dövrün demokratik dəyərlərini özündə əks etdirməklə yanaşı, həm də müstəqil Azərbaycanın dövlətçilik tarixində konstitusiya adı ilə qəbul edilən ilk sənəddir və bu mənada çox böyük önəm kəsb edir.

 

Ulu öndər sovet dönəmində də Azərbaycanda bir neçə dəfə konstitusiyanın qəbul edildiyini bildirsə də, bu konstitusiyalarda kommunist ideologiyasının, sovet prinsiplərinin yer aldığını xatırladır, bu baxımdan da həmin konstitusiyaların Azərbaycan xalqının milli maraqlarına o qədər də cavab vermədiyini vurğlayırdı. Məhz 1995-ci ilin 12 noyabr tarixində Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən konstitusiya müstəqil Azərbaycanın dövlətçilik tarixində ilk hadisə olmuş, bütün azadlıqları və demokaratik dəyərləri özündə əxz etmişdir:

 

“Beləliklə, mən Azərbaycanın konstitusiya yaradıcılığı tarixi haqqında muəyyən qədər, kiçik məlumat verərək, indi qarşıda duran işlərimiz haqqında danışmaq istəyirəm. Biz müstəqil Azərbaycan Respublikasının demək olar, ilk konstitusiyasını yaradırıq. Çünki 1919-cu ildə qəbul olunmuş müstəqillik haqqında Akt, - əgər biz onu konstitusiya xarakterli bir sənəd kimi qəbul ediriksə, - o, konstitusiya olmayıbdır. Ondan sonra - 1921-ci ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunan konstitusiyalar da şübhəsiz ki, sovet hakimiyyəti dövründə qəbul edilən konstitusiyalardır. O vaxtlar Azərbaycan Respublikası müstəqil dövlət olmamışdır və şübhəsiz, bu konstitusiyalarda kommunist ideologiyası, sovet hakimiyyətinin prinsipləri öz əksini tapmışdı.

 

İndi biz müstəqil Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin ilk konstitusiyasını qəbul edirik. Bu, çox məsuliyyətli və eyni zamanda çox şərəfli vəzifədir. Bu, bizə nəsib olubdur və güman edirəm ki, biz, yəni indiki nəsil həmin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə qadirik və yerinə yetirə biləcəyik”. (//anl.az/el/alf7/he_me4.pdf Səh-319).

 

Heydər Əliyev 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyasının referendum yolu ilə qəbul edilməsinə nail olmaqla dövlətçilik tariximizi hüquqi aspektdən də zənginləşdirmiş, onun demokratik ənənələrini uğurla inkişaf etdirmişdir. Ulu öndərin bilavasitə iştirakı ilə hazırlanan bu konstitusiya ilə müstəqil Azərbaycan dövləti bütün bəşəriyyətə sübut etmişdir ki, o, tarixi ənənəsinə uyğun olaraq demokratik prinsiplərə sadiqdir və bu prinsiplərin inkişaf etdirilməsi istiqamətindəki səylərini ardıcıl olaraq davam etdirir.

 

Konstitusiya insan haqları və dövlətçiliyin hüquqi təminatçısı kimi...

 

Heydər Əliyevin müdriklik və uzaqgörənliyinin digər bir nümunəsi ondan ibarət idi ki, Ulu öndər insan haqları və dövlətçiliyə bir-birindən ayrı meyarlar kimi yanaşmır, əksinə, onları bir bütöv halında təhlil edir, onlara bir-birini tamamlayan komponentlər kimi baxırdı. Ümummilli lider hesab edirdi ki, insan haqları və dövlətçiliyə bir-biribni təkzib edən, bi-biri ilə ziddiyyət təşkil edən anlayışlar kimi deyil, bir-birini tamamlayan amillər kimi baxmaq lazımdır.

 

Dövlətçiliyə xalqın müstəqilliyini qoruyub saxlayan, habelə insan hüquqlarının əsas təminatçısı kimi yanaşan Heydər Əliyev, demokratiyanın inkişafı üçün dövlətçiliyi, dövlətçiliyin inkişafı üçün demokratiyanı zəruri hesab edirdi. Heydər Əliyev deyirdi:

 

“Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, huquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək üçün bütün şərtləri, müddəaları konstitusiya özündə əks etdirməlidir.

 

Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır.

 

Demokratiyanın bir tərəfi insan hüquqları, vətəndaşların hüquqları, ikinci tərəfi isə dövlət quruculuğu və həm müstəqil dövləti yaşadıb, qoruyub saxlamaq üçün, həm də insanların hüquqlarını qoruyub saxlamaq üçün dövlət hakimiyyətinin təmin olunmasıdır”. (//anl.az/el/alf7/he_me4.pdf Səh-319-320).

 

Yuxarıdakı sitatdan da məlum olduğu kimi, Ulu öndər milli dövlətçiliyi insan hüquqlarının keşiyində dayanan əsas təsisat hesab edirdi. Heydər Əiyevin qənaətincə, bu təsisat nə qədər güclü və sağlamdırsa, insan haqları, demokratiya və digər bəşəri dəyərlər də bir o qədər güclü inkişaf edəcək, insan hüquqları bir o qədər etibarlı şəkildə qorunacaq. Buna görə də Ümummilli lider bütün vətəndaşları müstəqil dövlətçiliyin inkişafına töhfə verməyə çağırır, bunun nəticə etibarı ilə onların öz yaşamını yaxşılaşdıracağını, gözəlləşdirəcəyini bildirirdi. Və həm dünya təcrübəsi, həm də tarix sübut etdi ki, Heydər Əliyev bütün digər məsələlərdə olduğu kimi, bu yanaşmasında da haqlıdır.

 

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.8. istiqaməti üzrə (Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ) hazırlanmışdır. 

 

Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO