ABŞ təxribat texnologiyalarını yeniləyir, yığcam, çevik dəstələr formalaşdırılır - ARAŞDIRMA

ABŞ özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan faydalanır. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bunun üçün həm hüquqi əsas, həm də icra mexanizmi formalaşdırılıb. Çoxsaylı donor institutlar, yardım fondları yaradılıb. USAID, NED, Marşal Fondu, IREX və digər onlarla “beynəlxalq institutlar” məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıblar. Onlar zahirən “demokratik inkişafa dəstək vermək” adı altında fəaliyyət göstərirlər, bu məqsədlə “qrantlar verirlər”. Reallıq isə budur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa sövq edirlər.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin oktyabr ayında açıqladığı son məlumat bu mənada örnək nümunələrdən biridir. Bəlli oldu ki, USAID Tbilisidə “yerli QHT-lərlə birgə” “xəstələrə humanitar yardım göstərilməsi” mövzusunda təlimlər keçirib. Amma təlim iştirakçılarına “dövlət çevrilişi hazırlamağın metodları” öyrədilib.
“USAID-in dəstəklədiyi müxalifət qrupları” deyəndə, təkcə müxalifətdə olan siyasi partiyalar nəzərdə tutulmur. Düzdür, əvvəllər metodologiya fərqli olub. Ayrı-ayrı ölkələrdə təxribatçı əməllər törədilməsi üçün konkret siyasi təşkilatlarla əməkdaşlıq edilib. Siyasi partiyalara kənardan maddi vəsait göstərilməsi qanunla qadağan edildiyi üçün onların ətrafında yedək “QHT və KİV-lər” cəmləşdirilib. Həmin “QHT” və “KİV-lər”ə külli miqdarda “qrant vəsaiti” ayırmaqla, mərkəzdə dayanan siyasi partiyanın maliyyələşdirilməsi həyata keçirilib. 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində AXCP və Müsavat Partiyasının ətrafında dolaşan QHT və KİV-ləri hər kəs xatırlayır.
Son illərdə variant dəyişir. ABŞ-nin təxribat institutları öz metodlarını yeniləyirlər. İndi təkcə siyasi partiyaların və siyasi fiqurların üzərində fokuslaşmır, “QHT” və “KİV-ləri” hansısa siyasi partiyanın ətrafında cəmləyib onun vasitəsilə koordinasiya etmirlər. Həm də onlar Milli düşüncəyə zidd olan, cəmiyyətin harmoniyasını pozan bütün marginal qrupları dəstəkləyirlər. Məsələn, Azərbaycanda “radikal feminizm”in təşkilatlandırılıb aktivləşdirilməsində birbaşa iştirak edirlər.
Radikal feministlər ailə institutuna qarşı çıxırlar, qeyri-ənənəvi münasibətləri təbliğ edirlər, milli mənlik şüurunu “geri zehniyyət” adlandırırlar. Qərb institutları radikal feministləri dəstəkləməklə, əxlaqdan, ənənədən kənar, milli mənliyini unutmuş cəmiyyət formalaşdırırlar. “Milli feministlər”in 8 mart 2020-ci ildə Bakıda keçirdikləri aksiya zamanı hansı rüsvayçılıqlara yol verdiklərini hər kəs xatırlayır.
“Feminist lider”lərdən olan Nərmin Şahmarzadənin 2019-cu ildə qəfildən gündəmə çıxıb Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi göstərdi ki, bu çevrədə olanlar bir deyil, bir neçə istiqamətdən sifarişlər alırlar, cəmiyyəti çaşdırmaq üçün müxtəlif təyinatlı təxribatlar törədirlər.
Bu yöndə ən heyrətləndirici nümunələrdən biri də 44 günlük Vətən müharibəsi ərəfəsində üzə çıxdı. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hələ 2018-ci ildən başlatdığı “anaların sülh uğrunda imzası” kampaniyasını yenidən aktivləşdirdi. Guya Ermənistanın sülh istədiyini, Azərbaycanın isə qarşı çıxdığını sərgiləməyə çalışdı. Məsələ ondadır ki, Anna Akopyanın bu avanturist fəaliyyətini dəstəkləyənlər sırasında “azərbaycanlılar”ın da adı göründü. Kampaniyanı imzalayanlar sırasında 74 nəfər “azərbaycanlı”nın imzası ortaya çıxdı. Onların əksəriyyəti radikal feminizmin təmsilçiləri idilər.
Nəticə belə alınır ki, Qərb institutları radikal feminizmi dəstəkləyib təşkilatlandırmaqla, ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək üçün yeni mexanizm hazırlayırlar.
2022-ci ildə Azərbaycanda “Media haqqında qanun” qəbul edilərkən Milli Məclis qarşısında “etiraz aksiyası” keçirildi. Bəlli oldu ki, həmin piket “jurnalistlərin etiraz aksiyası kimi” qələmə verilsə də, orada yalnız 2 nəfər “jurnalist” iştirak edib. Qalanları “feminist fəallar” olublar.
Bir sözlə, “milli feministlər” adı altında elə “çevik və işgüzar qrup” formalaşdırılıb ki, anti-Azərbaycan təyinatlı istənilən məsələdə istifadə olunub effekt verə bilsinlər. İndi eyni modelin digər sahələrdə də tətbiq edildiyi müşahidə olunur.

“Radikal feminizm” modeli KİV və QHT sektorunda tətbiq edilir
Sevinc Vaqifqızı “milli feministlər”in liderləri sırasındadır, radikal feminizmin təşkilatlandırılıb işlək hala gətirilməsində rol alıb. Amma o, paralel olaraq, Abzas.net xəbər portalının baş redaktorudur. Bu portal istisnasız olaraq anti-Azərbaycan məzmunlu dezinfomasiyaların tirajlanmasını həyata keçirir. Məsələn, 22 iyun 2023-cü ildə Ermənistan KİV-ləri (news.am) və beynəlxalq KİV-lər (JAM) məlumat yaydılar ki, “Abzas.net-in əməkdaşı Gədəbəy hadisələrini işıqlandıran zaman polisin ciddi zorakılığı ilə qarşılaşıb”. Yəni Abzas.net-in təmsilçiləri xarici mediaya fakt ötürdülər ki, “Gədəbəydə gərginlik var. Həmin hadisələri işıqlandırmaq istəyən jurnalistlərə təzyiqlər göstərilir”. Xarici KİV-lərdə həvəslə tirajlanan, “Gədəbəy hadisələrini işıqlandıran jurnalistlərə qarşı zorakılıq edilib” başlıqlı məqalə “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova və “Amerikanın Səsi”nin jurnalisti Nigar Mübarizə istinadla qurulmuşdu.
Abzas.net saytının baş direktoru Ülvi Həsənlidir. “Feminist qrup” ABŞ səfirliyində aksiya keçirib “Gədəbəy hadisələri zamanı zərər çəkmişlərin hüquqlarını müdafiə edəndə” Ülvi Həsənli də onların cərgəsində göründü. Onun da “radikal feministlərlə” əlaqəli işlədiyi üzə çıxdı.
Ülvi Həsənlinin bu qrupda görünməsi təsadüfi deyil. O, müxalifətçi gənclərin birliyi olan NİDA vətəndaş hərəkatının qurucularındadır. 2016-cı ildə “Gül bayramı” ifadəsini “Qul bayramı” ifadəsinə çevirib kampaniya aparanlardan biri olub. Bu hərəkətinə görə “təxribatçı şəbəkə”nin diqqətini çəkib - əlaqələr qurulub, yeni platformalara gətirilib.
İndi onun vasitəsilə radikal feministləri qrupundan uzanan xətt “KİV sektoruna” ötürülür, buradan da QHT sektoruna çatdırılır. Amma proses bununla tamamlanmır.
Radikal feministlərin digər bir təmsilçisi - Xədicə İsmayıl “Toplum TV”-nin baş redaktorudur. Bu TV-nin rəsmi təsisçisi isə özünü media üzrə hüquqşünas ekspert kimi təqdim edən Ələsgər Məmmədlidir. “Arqument.az” saytı da onun kurasiyasındadır. “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa paralel şəkildə “Toplum TV”nin redaktorudur.
“Toplum TV”nin redaksiyası “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) ofisində yerləşdirilib. Beləliklə, “Toplum TV”nin DTİ-i ilə koordinasiyası təmin edilib.
“Demokratik Təşəbbüslər İnstitutu”nun təsisçisi Akif Qurbanovdur. Bu təşkilat 406331063 identifikasiya kodu ilə “müstəqil qeyri-hökumət təşkilatı” qismində Gürcüstanda da qeydiyyatdan keçirilib.
Demokratik Təşəbbüslər İnstitutu beynəlxalq layihə olan “Fakt yoxla”nın Azərbaycan təmsilçisidir. Rəsmi məramnaməsində göstərilir ki, “Fakt Yoxla” (“Fact Check”) layihəsi ictimaiyyətin informasiya manipulyasiyasına məruz qalmasının qarşısının alınması məqsədilə yaradılıb, ictimai-siyasi fiqurların səsləndirdikləri ifadələrin həqiqətə uyğun olub-olmadığını, siyasətçilərin vədlərinə əməl edib-etmədiklərini yoxlayır. Həmçinin, ölkələr üzrə qanunvericiliyi monitorinq edir, qanunların praktikada nə dərəcədə səmərəli tətbiq edildiyinə ictimai nəzarəti həyata keçirir və sair. Amma rəsmi elandan fərqli olaraq, sayt adətən özü balans prinsipini pozur, informasiya manipulyasiyasına yol verir. Ümumilikdə ictimai-siyasi fiqurların ifadələrini yoxlamalı olsa da, Azərbaycanda daha çox iqtidar mənsublarının və iqtidaryönlü şəxslərin çıxışlarını araşdırır, sonda onların “yalan danışdıqlarını” bildirir. Müxalifət təmsilçilərini araşdırmır, araşdıranda da, onların “doğru danışdıqlarını” bildirir. Beləliklə, o, siyasi müxalifətin ruporuna çevrilir.

Göründüyü kimi, Abzas.net şəbəkəsinə bənzər olan daha bir çevik şəbəkə “Toplum TV” redaksiyasının ətrafında, digəri isə “Demokratik Təşəbbüslər İnstitutu”nun çevrəsində qurulub. Abzas.net-in baş direktoru Ülvi Həsənli həm KİV, həm QHT təmsilçisi olduğu kimi, Akif Qurbanov da həm KİV, həm də QHT sektorunda təmsil olunur.
Bu şəbəkələr ayrı-ayrılıqda qurulmuş kimi görünsələr də, sonda eyni nöqtədən idarə olunduqları üzə çıxır. Ən maraqlı nüans da ayrı-ayrı göründüyü ehtimal edilən bu şəbəkələr arasında əlaqələndirici bağların necə qurulmasıdır. Həmin bağlar nəzərdən keçiriləndə, bu şəbəkələrin nə məqsədlə yaradıldığı və haradan idarə edildiyi bəlli olur.
Akif Qurbanovun (DTİ) rəsmi təmsilçi olduğu beynəlxalq “Fact Checking”/ Fakt yoxla saytının baş redaktoru Leyla Mustafayevadır. O, bir zamanlar Gürcüstandan Azərbaycana qanunsuz qrant vəsaiti keçirdiyinə görə həbs edilmiş Əfqan Muxtarlının həyat yoldaşıdır. Leyla Mustafayevanın adı paralel şəkildə Abzas.net saytının adminləri sırasındadır. Bu kontekstdə yanaşsaq, Leyla Mustafayeva “Abzas.net” şəbəkəsi ilə “Toplum TV” şəbəkəsi, o cümlədən, “Demokratik Təşəbbüslər İnstitutu” arasında əlaqələndirici şəxslərdən biri kimi görünür. Amma o, bu yöndə yalnız və qərarverici şəxs deyil. Koordinasiyaedici mərkəzin kökü daha dərindədir.
Təlimatçı mərkəzlərin kökü ABŞ və Avropa İttifaqına bağlanır
Məsələ ondadır ki, “Fakt yoxla” layihəsinin Azərbaycan seqmenti OCCRP-nin (Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsi) bir qolu kimi fəaliyyət göstərir. Leyla Mustafayevanın Linkedin şəbəkəsində yerləşdirilmiş CV-sində görünür ki, o,
Fakt Yoxla-nın baş redaktoru olmaqla yanaşı, həm də Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsinin (OCCRP) Cənubi Qafqaz ofisində çalışır. İCİJ ( Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsi/Konsorsiumu), “Meydan TV”, Müharibə və Sülh İcmalları İnstitutu ilə əməkdaşlıq edir.
Mustafayeva Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA), eyni zamanda, “OCCRP”in Riqadakı Media Tədqiqiatları Mərkəzi ilə birgə təşkil etdiyi “araşdırma jurnalistikası” proqramının məzunudur. Faktları uzlaşdıranda belə görünür ki, Leyla Mustafayeva Abzas.net şəbəkəsi, Toplum TV şəbəkəsi, “Demokratik Təşəbbüslər İnstitutu” ilə OCCRP-nin, İCİJ-nin, Fact Checking-in koordinasiyasını həyata keçirir. Nəzərə alaq ki, Toplum TV-nin hazırki baş redaktoru Xədicə İsmayıl da OCCRP ilə sıx əməkdaşlıq edən şəxslərdən biridir. Beləliklə, çevrə tamamlanır. Bəlli olur ki, Abzas.net şəbəkəsi, Toplum TV şəbəkəsi, “Demokratik Təşəbbüslər İnstitutu” və onların ətrafında olanlar OCCRP-nin, İCİJ-nin Azərbaycan üzrə yerli seqmenti qismində fəaliyyət göstərirlər. Fərq ondadır ki, bu qurumlar təkcə informasiya platformalarında çalışmırlar. Zərurət olanda, radikal feministləri qismində küçələrə çıxıb etiraz aksiyaları keçirirlər, siyasi tələblərə qoşulurlar.

OCCRP-in Azərbaycana qarşı necə münasibət bəslədiyi hər kəsə bəllidir. "Azərbaycan landromatı", “Pandora sənədləri” kimi təxribatçı və yalançı hesabatlar hazırlatdırıb ölkəmizin adını beynəlxalq skandallara qatan bu qurumdur. OCCRP-nin özü isə USAID və Soros Fondunun “müştərək layihəsi” kimi ortaya çıxıb. ABŞ 2016, 2018 və 2021-ci illərdə OCCRP- İCİJ - “Transparency İnternational” üçlüyü vasitəsilə Azərbaycana qarşı “uğurlu qarayaxma kampaniyası” apara bilib. 2016-cı ildə bu üçlük müştərək şəkildə TANAP və TAP layihələrini, “Cənub Qaz Dəhlizi”ni vurublar. Azərbaycanın “Cənub Qaz Dəhlizi”ni reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoymağa çalışıblar, Azərbaycanla MSŞT-nin (Mədən Sənayesində Şəffaflıq Təşkilatı) arasında münasibətləri gərginləşdiriblər. Azərbaycanın “radikal müxalifət” düşərgəsi də prosesin içində olub. “Milli Şura” - AXCP cütlüyü Avropa Şurasına müraciət edərək, “Transparency İnternational” – OCCRP - İCİJ üçlüyü tərəfindən hazırlanmış hesabatların ciddiyə alınmasını, Azərbaycan üzrə araşdırmalar aparılmasını tələb ediblər. 2016-cı ildə gerçəkləşdirilən kampaniya bənzər şəkildə, fərqli mövzular üzrə 2018-ci ildə və 2021-ci ildə təkrar olunub.
Göründüyü kimi, ABŞ-nin təxribat maşını indi təkcə siyasi partiyalar, siyasi fiqurlar üzərində iş qurub qondarma KİV və QHT-ləri onlara yedək vermir. Əksinə, qondarma QHT və KİV-lərdən ibarət yığcam, çevik dəstələr formalaşdırır, bu qrupların ipini öz əlində saxlayır. Zərurət yarananda, onları bir araya gətirir, əksi lazım olanda, müstəqil şəbəkələr kimi aktivləşdirir. Bu qrupları həm informasiya savaşında, həm də siyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə edir.
ABŞ bu təxribatçı kampaniyaların uğurlarından ruhlanıb, USAID-in direktoru Samanta Pauerin dili ilə 2022-ci ilin iyun ayında “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlayıb. Bildirilib ki, yenilənmiş “Demokratiya doktrinası” imkan yaradır ki, ABŞ “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın, yerli təşəbbüsləri dəstəkləsin. “Demokratiyanın işartıları” deyəndə S.Pauer 4 mühüm əlamətin adını çəkib. Buraya “demokratik üsyanlar”, “perspektivli avtokratik varislər”, “bloklanmış hakimiyyətin ələ keçirilməsi” və “həlledici seçkilər” daxildir.

Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAID vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. Samanta Pauer tərəfindən elan edilmiş bu proqram əslində ABŞ-nin yeni “məxməri inqilablar” strategiyası kimi də xarakterizə oluna bilər. Deməli, qarşıdakı illərdə dünyanı yeni təlatümlər gözləyir.
ABŞ-nin yenilənmiş “Demokratiya doktrinası” və “anti-korrupsiya srategiyası”nda USAID, jurnalistlər və QHT-lər üçün yeni imkanlar yaradılır. “Korrupsiyaya qarşı mübarizə”də fəallq göstərən “jurnalist” və “QHT-lər” üçün “Çempionlar Mükafatı” hazırlanır. Həmçinin, onların ehtiyaclarını ödəmək üçün yeni fond təqdim edilir. USAID-in koordinasiyası ilə qurulan “Korrupsiyaya Qarşı Mübarizə Fondu” KİV və QHT-lərə, araşdırmaçı agentlərə yardım göstərir. Fondun ilkin maliyyəsi 424 milyon dollardır.
Bu məqalədə USAID üzərində diqqətlə dayanmağımızın səbəbi təkcə onun güclü imkanları, ABŞ-nin vuran əli olması ilə bağlı deyil. Əlbəttə, bu özü də mühüm faktordur. USAID təqribən 27 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük “yardım” təşkilatıdır. Təkcə 2023-2025-ci illər üzrə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək üçün” 9 milyard dollarlıq büdcə nəzərdə tutub. USAID fəaliyyətini “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında pərdələyir. Reallıqda isə siyasi proseslərə müdaxilə edir, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışır.
Məsələ odur ki, qurumun rəhbəri olan Samanta Pauer qatı ermənipərəstdir. Övladının adını “erməni soyqırımı”nın şərəfinə adlandırıb, Ruben Vardanyanla yaxın dostluq münasibətində olub, onun tədbirlərində çıxış edib. Ruben Vardanyan Qarabağda həbs edilib Bakıya gətiriləndən sonra Samanta Pauer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb. Samanta Pauerin sifariş verdiyi “Demokratiya doktrinası”nı hazırlayan işçi qrupun rəhbəri də ermənidir.

USAID Azərbaycanda milyonlarla dollar məbləğində layihələr həyata keçirib. Onun layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olunan layihələrlə sinxronluq təşkil edir. Belə layihələrdən biri də “Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır”. Layihənin rəsmi məqsədi “13-18 yaş arası yeniyetmələrin media savadlılığının artırılması, məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir”. Diqqət yetirəndə görürük ki, bu layihə çərçivəsində uşaqların mobilizasiyası cəhdləri, gələcəkdə xüsusi maraqları çərçivəsində tərbiyə edilmələri istəyi vardır. Maraqlıdır ki, II Qarabağ savaşının gedişində Gəncənin, Tərtərin, Bərdənin və digər şəhər və kəndlərimizin mülki əhalisi raket atəşinə tutulanda nə USAID-dən səs çıxdı, nə də Qərbdən bir dəstək gəldi. Qərbin indiki məqamda Qarabağətrafı rayonlarda “13-18 yaş arası yeniyetmələri təlimatlandırmasında” məqsədi nədir? Fikrimizcə, təlimlərin məxsusi olaraq Qarabağətrafı rayonların gəncləri üçün nəzərdə tutulması özü-özlüyündə layihə müəlliflərinin əsas məramını ortaya çıxarır.
Belə görünür ki, USAID təkcə KİV, QHT sektoruna, müxalifət partiyaları platformalarına müdaxilə etməklə kifayətlənmir. “Feministlər”, “gənclər” və digər bu kimi sosial zümrələr üzərindən cəmiyyətə birbaşa çıxış əldə edir.
Maraqlı nüanslardan biri də bu məqamda ortaya çıxır. Azərbaycan 2014-cü ildən etibarən “Qrant haqqında qanunu” sərtləşdirib, milli maraqlarla uzlaşmayan xarici qrantların ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün mexanizmlər tətbiq edib. İndi bəlli olur ki, milli maraqlarla ziddiyyət təşkil edən qrant vəsaitləri nəinki məhdudlaşdırılmayıb, əksinə, cəmiyyətin daha dərin qatlarına işləyib. Görünən budur ki, Qərb institutları qanunsuz qrantların ölkəyə gətirilib realizə olunması üçün variantları yeniləyiblər. Qanunsuz qrantların ölkədə reallaşdırılması üçün hansı metodlardan istifadə edilir?
Növbəti yazımız bu mövzuda olacaq...
“Report”un Analitik Qrupu

16:36, Bu gün
"Biz 300 nəfər çılpaq, alt paltarda başıaşağı dayanmağa məcbur edilmişdik..."

16:30, Bu gün
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlandı

16:25, Bu gün
Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında 5 minədək eksponat yer alır

16:20, Bu gün
Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?

16:18, Bu gün
Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib

16:15, Bu gün
Adil Kərimli tanınmış kinorejissoru evində ziyarət etdi - FOTO

16:10, Bu gün
Arif Alışanova qarşı sui-qəsd cəhdi ilə bağlı yeni xəbər

16:05, Bu gün
Uşaq musiqi məktəblərinə direktor vəzifəsinə qəbulun nəticəsi açıqlandı

16:00, Bu gün
BSU-da “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda master klass keçirilib - FOTO

15:55, Bu gün
"Kanal13"ün aparıcısı Rüfət Muradlı da saxlanıldı

15:52, Bu gün
“Milan”ın əfsanəsi klubdan ayrılmasından danışdı: “Mənə dedilər ki…”

15:47, Bu gün
Umayra Tağıyeva: “İqtisadiyyatı sürətlə inkişaf edən ölkələr emissiyaların əhəmiyyətli hissəsini təşkil edir”

15:44, Bu gün
Deputat: “Turan adı bəzən kimlərisə qorxudur, amma bu, millətçilik deyil”

15:37, Bu gün
Orduda hərbi texnikaların vəziyyəti yoxlanıldı - FOTO/VİDEO

15:33, Bu gün
Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yandı - FOTO

15:29, Bu gün
Xankəndidəki Qarabağ Universiteti Bakının tələbə yükünü azaldacaq - ŞƏRH + FOTO

15:23, Bu gün
Qəzza bölgəsinin cənubunda ağır döyüşlər gedir

15:19, Bu gün
İnsanlar niyə tez qocalır və ölürlər? – Səbəb dinozavrlarla bağlı imiş

15:16, Bu gün
Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar

15:14, Bu gün
“Türkiyə və Rusiya öz münasibətlərində Atatürk-Lenin doktrinasını həyata keçirir...”

15:12, Bu gün
Əli Əsədov BƏƏ-nin Vitse-prezidentini təbrik edib

15:07, Bu gün
Kamçatkadan qorxunc görüntülər: Avtomobil hərbçilərin kolonuna çırpıldı - VİDEO

15:02, Bu gün
Həndbol üzrə Azərbaycan çempionatı: "Qarabağ" inamlı qələbə qazanıb

14:58, Bu gün
Ülvi Qılınc: “Aygün Kazımovanı diva hesab etməyə məcburam?”

14:56, Bu gün
Təranə Qumralın qızı: "Həyat yoldaşım bacımın..." - VİDEO

14:55, Bu gün
Pakistanın Baş naziri: “Biz regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyirik”

14:48, Bu gün
Bakı məktəblərində dezinfeksiya işlərinə BAŞLANILDI - FOTO

14:41, Bu gün
Olaf Şolts: “2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialı 3 dəfə artırmalıdır”

14:36, Bu gün
Ərdoğan ABŞ-ni ittiham edib

14:36, Bu gün
85 yaşlı Hollivud ulduzu 20 yaşlı sevgili arzusundadır
16:36, Bu gün
"Biz 300 nəfər çılpaq, alt paltarda başıaşağı dayanmağa məcbur edilmişdik..."
16:30, Bu gün
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlandı
16:25, Bu gün
Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında 5 minədək eksponat yer alır
16:20, Bu gün
Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?
16:18, Bu gün
Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib
16:15, Bu gün
Adil Kərimli tanınmış kinorejissoru evində ziyarət etdi - FOTO
16:10, Bu gün
Arif Alışanova qarşı sui-qəsd cəhdi ilə bağlı yeni xəbər
16:05, Bu gün
Uşaq musiqi məktəblərinə direktor vəzifəsinə qəbulun nəticəsi açıqlandı
16:00, Bu gün
BSU-da “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda master klass keçirilib - FOTO
15:55, Bu gün
"Kanal13"ün aparıcısı Rüfət Muradlı da saxlanıldı
15:52, Bu gün
“Milan”ın əfsanəsi klubdan ayrılmasından danışdı: “Mənə dedilər ki…”
15:47, Bu gün
Umayra Tağıyeva: “İqtisadiyyatı sürətlə inkişaf edən ölkələr emissiyaların əhəmiyyətli hissəsini təşkil edir”
15:44, Bu gün
Deputat: “Turan adı bəzən kimlərisə qorxudur, amma bu, millətçilik deyil”
15:37, Bu gün
Orduda hərbi texnikaların vəziyyəti yoxlanıldı - FOTO/VİDEO
15:33, Bu gün
Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yandı - FOTO
15:29, Bu gün
Xankəndidəki Qarabağ Universiteti Bakının tələbə yükünü azaldacaq - ŞƏRH + FOTO
15:23, Bu gün
Qəzza bölgəsinin cənubunda ağır döyüşlər gedir
15:19, Bu gün
İnsanlar niyə tez qocalır və ölürlər? – Səbəb dinozavrlarla bağlı imiş
15:16, Bu gün
Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar
15:14, Bu gün
“Türkiyə və Rusiya öz münasibətlərində Atatürk-Lenin doktrinasını həyata keçirir...”
15:12, Bu gün
Əli Əsədov BƏƏ-nin Vitse-prezidentini təbrik edib
15:07, Bu gün
Kamçatkadan qorxunc görüntülər: Avtomobil hərbçilərin kolonuna çırpıldı - VİDEO
15:02, Bu gün
Həndbol üzrə Azərbaycan çempionatı: "Qarabağ" inamlı qələbə qazanıb
14:58, Bu gün
Ülvi Qılınc: “Aygün Kazımovanı diva hesab etməyə məcburam?”
14:56, Bu gün
Təranə Qumralın qızı: "Həyat yoldaşım bacımın..." - VİDEO
14:55, Bu gün
Pakistanın Baş naziri: “Biz regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyirik”
14:48, Bu gün
Bakı məktəblərində dezinfeksiya işlərinə BAŞLANILDI - FOTO
14:41, Bu gün
Olaf Şolts: “2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialı 3 dəfə artırmalıdır”
14:36, Bu gün
Ərdoğan ABŞ-ni ittiham edib
14:36, Bu gün
85 yaşlı Hollivud ulduzu 20 yaşlı sevgili arzusundadır
14:32, Bu gün
Sahibə Qafarova sülh sazişinə mane olanlara çağırış etdi
14:28, Bu gün
“Bavariya”nın bugünkü oyunu təxirə salınıb
14:24, Bu gün
Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib - FOTO
14:20, Bu gün
Astronomlar böyük ulduz kütləsi olan planet kəşf ediblər
14:15, Bu gün
Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək
14:10, Bu gün
Əldə etdiyi “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanıldı - FOTO
14:07, Bu gün
Putin Rusiya ordusu hərbi qulluqçularının sayını 1, 32 milyon nəfər artırıb
14:05, Bu gün
UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb - FOTO
14:04, Bu gün
SENSASİYA: Paşinyanın ən yaxın adamı Rusiya AGENTİ çıxdı - proses BAŞLADI- Elçin Alıoğlu ilə CANLIda
14:00, Bu gün
“BMT artıq faktiki olaraq yoxdur, bu qurum zibil qutusuna atılıb” - Numan Kurtulmuş
13:55, Bu gün
İranda məhkəmə binası ətrafında partlayış olub - VİDEO
13:50, Bu gün
Hadise “Kızılcık Şerbeti”ndən danışdı: “Daha bu qədər də yox!” - VİDEO
13:47, Bu gün
Azərbaycan XİN BƏƏ-ni təbrik etdi - FOTO
13:42, Bu gün
İtaliya XİN başçısının müavini: “Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”
13:37, Bu gün
Sahibə Qafarova Çexiya Senatının sədrini Ermənistanın hərbi-siyasi təxribatları barədə məlumatlandırıb - FOTO
13:32, Bu gün
Salyan məktəblisinin böyük uğuru: Yeni riyazi düstur kəşf etdi - VİDEO
13:27, Bu gün
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 11-ci oldu - FOTO
13:22, Bu gün
Amerikalı senator qalmaqallı Bob Menendesin senatdan getməsinə çağırış etdi: “O, əslində, Nyu-Cersidən deyil”
13:17, Bu gün
Marneulidə “Heydər Əliyev və müasir Gürcüstan” adlı konfrans təşkil olunub - FOTO
13:12, Bu gün
Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi qardaş ölkənin mediasında
13:08, Bu gün
Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb
13:05, Bu gün
Almaniya Fransanın “bazar”ına girir - TƏHLİL
13:04, Bu gün
Model Səmra: "Çılpaq olaraq qapalı biriyəm, ruhum erotikaya ziddir, mən paklığı göstərirəm" - VİDEO
13:01, Bu gün
Günel Səfərovaya AĞIR İTKİ
13:00, Bu gün
Sabah Bakıda 22 dərəcə isti olacaq
12:57, Bu gün
"2024-cü il üçün bizim özümüzün Ukrayna ssenarimiz olmalıdır" - Zelenski
12:52, Bu gün
“Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq” - RƏY + FOTO
12:47, Bu gün
Esma Özdaşlı: “Ermənistan dövlətinin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub”
12:42, Bu gün
Ağdərə rayonunun yaradılması Milli Məclisdə müzakirə ediləcək
12:38, Bu gün
Kərim Vəliyev Ermənistanla sərhəddəki hərbi hissələrdə olub, göstərişlər verib - FOTO/VİDEO
12:34, Bu gün
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
12:30, Bu gün
Bakıda məhkum cəzaçəkmə müəssisəsində öldü - SƏBƏB
12:27, Bu gün
"Azərişıq"ın işçisi faciəvi şəkildə öldü
12:24, Bu gün
Rusiya Ermənistanın DƏRSİNİ VERƏCƏK - Bəs Kreml niyə bu qədər səbr edir?
12:19, Bu gün
"Qərbin Cənubi Qafqaza gəlməsinin qarşısını almaq lazımdır" - Türkiyəli ekspert
12:15, Bu gün
Bakı-Vaşinqton münasibətlərinin normallaşması kimləri və niyə rahatsız edir - fərqli rəylər
12:12, Bu gün
Təhsil ocağında biabırçı kadrlar - FOTO/VİDEO
12:10, Bu gün
Dekabr ayı üçün ulduz falı
12:10, Bu gün
ABŞ, Britaniya və Avstraliya birgə dəniz təlimləri keçirəcək
12:08, Bu gün
"Xəzri"nin basketbolçusu: "Əbəs yerə lider olmadığımızı göstərdik"
12:07, Bu gün
Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb - VİDEO
12:06, Bu gün
KİV: "X" sosial şəbəkəsi kiçik və orta biznesləri cəlb etmək niyyətindədir
12:06, Bu gün
Deputat: "Ermənistan yenə nələrəsə hazırlaşır, ona görə də biz daha güclü olmalıyıq"
12:05, Bu gün
İsrail ordusu Livanın ərazisinə cavab zərbələri endirib
12:04, Bu gün
Fransalı jurnalist: "Bu gün Fransada anti-Azərbaycan və anti-türk ab-havası hökm sürür"
12:03, Bu gün
Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”
12:00, Bu gün
İsrail ordusu Qəzza bölgəsində 400-dən artıq hədəfə zərbələr endirib
12:00, Bu gün
Azərbaycanda distant təhsilə keçilməlidir? - AÇIQLAMA
11:51, Bu gün
Sahibə Qafarova çexiyali deputatları Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb
11:42, Bu gün
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB
11:18, Bu gün
Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb
11:10, Bu gün
Prezident İlham Əliyev Laos Prezidentini təbrik edib
11:07, Bu gün
Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
11:05, Bu gün
Şəhid valideynləri Naxçıvandan Şuşaya yola düşüb
11:00, Bu gün
Ermənistanda "artsax"ın birləşdirilməsi tələbi ilə keçirilən mitinqə cəmi 50 hay qatıldı...
11:00, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın XİN başçısına cavab verib
10:50, Bu gün
Leyla Əliyeva oğullarını belə TƏBRİK ETDİ - FOTO
10:45, Bu gün
Kenan İmirzalıoğlu ilk dəfə xəyanət xəbərlərindən danışdı: Həyat yoldaşı Sinem Kobalı aldadıb? - FOTO
10:40, Bu gün
Bakıdakı mundialın sonuncu günündə Azərbaycanın beş güləşçisi mübarizə aparacaq
10:37, Bu gün
Sahibə Qafarova Çexiya Parlamentinin Deputatlar Palatasının sədrini Azərbaycanın sülh səyləri barədə məlumatlandırıb
10:30, Bu gün
Rusiya Aİ-nin taxıl tədarükçülərinin ilk beşliyinə qayıdıb
10:29, Bu gün
Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ - FOTO
10:25, Bu gün
DTX-nin Akademiyasının yaranmasının 25 illiyi qeyd olunub
10:20, Bu gün
Ermənistan Türkiyə ilə sərhəddəki keçid məntəqəsinin istismara hazır olduğunu bildirdi...
10:15, Bu gün
Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb
10:10, Bu gün
AQTA tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib
10:05, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Tarixi gün idi"
10:00, Bu gün
Gəncədə qəza zamanı piyada xəsarət alıb
09:55, Bu gün
İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib
09:52, Bu gün
Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq
01 Dec 2023 | 18:50
“Cənab nazir, Rusiyanın Azərbaycandakı hərbi mövcudluğu qanunidirmi?..”
01 Dec 2023 | 16:46
“Şəhidim bunu mənə yuxuda bildirmişdi..” – Şəhid Kapitan Fəzail Əliyevin ailəsinə ev verildi
01 Dec 2023 | 20:53
O, hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu? – Məmməd Araz haqqında
01 Dec 2023 | 21:39
“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”
01 Dec 2023 | 20:34
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib
01 Dec 2023 | 16:46
Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB + VİDEO
01 Dec 2023 | 23:57
Yaxın günlərdə 8 kənd qaytarılmasa ORDUMUZ hərəkətə keçəcək!" - Rauf Arifoğludan SENSASİON MƏLUMAT - VİDEO
01 Dec 2023 | 17:46
"Mən cəfəngiyyat teatrına məftunam, amma bu, axmaq lətifəyə bənzəyir..."
01 Dec 2023 | 17:00
"Rusiya öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd göstərir" - fon der Leyen
01 Dec 2023 | 17:05
“Gecələr yata bilmirdim, elə bilirdim ki, yatsam, oyananda Laçında olmayacağam” - FOTOREPORTAJ
25 Nov 2023 | 16:45
“Deyim ki, yox, sənə ev vermirəm?” – Anar sürücüsü və katibəsinə ev verdiyini təsdiqlədi
27 Nov 2023 | 12:50
“Kinostudiya rəhmətə gedib, mən də ölümümü gözləyirəm, üzdəniraqlar televiziyadan millətə dərs keçir”
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 22:32
Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar” - ÖZƏL
26 Nov 2023 | 13:27
“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO
26 Nov 2023 | 12:23
Kəlbəcərdə möcuzəvi tikili: Dünyanın ən böyük tunellərindən birinin görüntüləri (VİDEO)
26 Nov 2023 | 19:39
"Nə zamansa biz rus qızları ilə evlənmişik, həyat yoldaşlarımız bizimlədir..."
30 Nov 2023 | 09:56
Erməni aktyor Azərbaycan ziyalılarıyla görüşə hazır olduğunu bəyan etdi... Amma vasitəçisiz...
26 Nov 2023 | 15:27
"Belə bir təxribata əl atarlarsa Zəngəzura qoşun yeridilməli və..." - Qüdrət Həsənquliyev
01 Dec 2023 | 00:00
Laçının işğaldan azad edilməsindən üç il ötür
01 Dec 2023 | 18:50
“Cənab nazir, Rusiyanın Azərbaycandakı hərbi mövcudluğu qanunidirmi?..”
01 Dec 2023 | 16:46
“Şəhidim bunu mənə yuxuda bildirmişdi..” – Şəhid Kapitan Fəzail Əliyevin ailəsinə ev verildi
01 Dec 2023 | 20:53
O, hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu? – Məmməd Araz haqqında
01 Dec 2023 | 21:39
“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”
01 Dec 2023 | 20:34
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib
01 Dec 2023 | 16:46
Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB + VİDEO
01 Dec 2023 | 23:57
Yaxın günlərdə 8 kənd qaytarılmasa ORDUMUZ hərəkətə keçəcək!" - Rauf Arifoğludan SENSASİON MƏLUMAT - VİDEO
01 Dec 2023 | 17:46
"Mən cəfəngiyyat teatrına məftunam, amma bu, axmaq lətifəyə bənzəyir..."
01 Dec 2023 | 17:00
"Rusiya öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd göstərir" - fon der Leyen
01 Dec 2023 | 17:05
“Gecələr yata bilmirdim, elə bilirdim ki, yatsam, oyananda Laçında olmayacağam” - FOTOREPORTAJ