“Heydər Əliyevin cangüdəni diksinib əlini tapançasına atdı…”
Araşdırma
23693
16 Jun 2020 | 15:00

“Heydər Əliyevin cangüdəni diksinib əlini tapançasına atdı…”

Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar.


"...Heydər Əliyev adi vətəndaş kimi ölkənin həqiqətən hansı problemlərlə üzləşdiyini öyrənmək istəyirdi. Odur ki, o, Bakının göbəyində, Elmlər Akademiyası yerləşən şahanə bir binada öz idarəsini yaratdı. Səfirlər, neft adamları, həmçinin ona vaxtilə sədaqətlə xidmət etmiş insanlar və müxalifət partilarının nümayəndələrindən ibarət “məhkəmə” düzəltdi. Amma onlar gəlməmişdən və sorğu-sual olunmamışdan öncə məni çağırdı...

Hadisə belə oldu.  Mən elə yenicə Gəncədən qayıtmışdım ki,  telefon zəng etdi. Xəttin o başında çox uzun müddət Heydər Əliyevə sədaqətlə xidmət etmiş adamlardan biri idi və onun mənim üçün təcili ismarışı vardı: şəhərə qayıtmağımdan bir sutkadan da az keçməsinə baxmayaraq “Rəhbər” məni görmək istəyirdi- özü də təxirə salınmadan...

Bu, məndə  bir az gərginlik yaratdı. Londonun “Tayms” qəzetinin müxbiri Anatoli Livin də gecəni mənimlə qalmışdı və mən bu görüş barədə mümkün qədər diplomatik olmağı qərara aldım. 

“Əliyev məni görmək istəyir”, - mən dəstəyi asıb Anatola deidm. “Sən də yanımda gedə bilərsən, amma gördün ki, sənin oarda qalmağın məqsədəuyun deyil, aradan çıxarsan, mən sonra  şeyi sənə danışaram”-dedim.

“Çox yaxşı”- cavab verdi Anatol.

Biz Akademiyanın binasına tərəf tələsdik. Burada bizi təhlükəsizlik xidmətinin işçisi qarşıladı. Mən onu Naxçıvandan tanıyırdım və yuxarı eşeleonlarla tanışlığım hesabına Anatolun da mənimlə birgə keçməsinə nail oldum...

İkinci keçid qapısında cangüdənlərin sayı daha çox idi. Amma mənim əlaqələrim bizi bu qapıdan da keçirdi.  Pilləkənlərlə yuxarı çıxdıq; aman Allah, az qala, gecikmişdim! Və sonuncu təhülkəsizlik yoxlamasındakı Heydər Əliyevin şəxsi cangüdəni kimi tanıdığım adam idi.  O, mənə göz vurdu və zalın qapısını açdı. Mən, Anatol da arxamca irəli addımladıq və gördük ki,  otaq Bakının yaltaq jurnalistləri ilə doludur...

“Həqiqətən bu müsahibə böyük ekzklüziv şansdır- Anatol rişxəndlə gülümsəyərək dedi,- Doğrudanmı müsahibəni mənimlə şərikli götürmək istəyirsən?”

... Qarşımızdakı qapılar taybatay açıldı və mətbuat nümayəndələri içəri doluşdu. Orada otağın ortasında qoyulmuş masanın başında  tək oturmuş adam kişinin özü idi – Heydər Əliyev. Biz içəri girəndə o, heç gözlərinin ucu ilə də bizə tərəf baxmadı - çox etinasız görünürdü. Heç kim cınqırını çıxarmırdı.  Bu zaman mən qarşımdakıları aralayıb Naxçıvandan gəlmiş köhnə dostuma tərəf addımladım.  Bakının cızma-qara ilə məşğul olan media yığını nəfəsini  də çəkmirdi. Paytaxtda belə şeylər, ümumiyyətlə, yolverilməz idi,  o ki qalsın Ulu ilə...

“Heydər bəy, necəsiniz” – dedim.

“Yaxşı,yaxşı” – cavab verdi və təəccübləndi ki,  mən yeni protokol qaydalarını bilmirəm.

Mən sizin üçün hədiyyə gətirmişəm” – deyərək əlimi çantama atdım. Divarın yanında dayanan cangüdən diksindi və əlini paltosunun altındakı revolverinə atdı.

“Nədir o elə?”- Heydər Əliyev çaşmış kimi oldu.
“Budur”- mən Gəncədə qiyam zamanı çəkdiyim şəkli ona təqdim etdim; bu, qəzəblə baxan donuq üzlü cavan bir kişinin şəkli idi. O, bir əlini üzərinə fil sümüyü çəkilmiş revolverinin üstünə basmışdı, o biri əlini isə Bakı istiqamətində irəli uzatmışdı...

“Kimdir bu?” –deyə Heydər Əliyev üzündə saxta təbəssümlə soruşdu.

“Surət Hüseynov”- cavab verdim.

Heydər Əliyev bir müddət gözlərini şəkilə zillədi. Bunu gözləmirdi... 

“İnanın mənə,- deyə o, səhnədə rol oynayırmış kimi dedi, - birinci dəfədir ki, bu adamı görürəm...”

“Siz onunla nə etmək fikrindəsiniz?”- deyə  Heydər Əliyevdn soruşdum.

Mənə elə gəldi ki, Heydər Əliyev mühüm nəsə demək istəyirdi. Lakin bu vaxt mənim  cəsarətimdən ruhlanan digər müxbirlər bizə yaxınlaşdılar və həmin o məqam 
itirildi. Və bundan yararlanan Heydər Əliyev  gülümsəyə-gülümsəyə, əfsunlaya-əfsunlaya  nəzərə çarpmadan özünümüdafiə vəziyyətinə keçdi:

“Mən böyük məmnuniyyətlə sizin suallarınıza cavab vermək istrərdim və bunu edəcəyəm də, - deyib gülümsədi - Lakin indi mən bura iş üçün gəlmişəm – Fransanın səfiri məni görmək üçün gözləyir...”

Əlbəttə, həmin an çöl qapı açıldı və Heydər Əiyevin qonağı peyda oldu...”

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər