Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimixa0 arayarkən gözüməxa0 yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabınxa0 siqnal nüsxəsi sataşdı.xa0 Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatıxa0 2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altındaxa0 keçirilib.xa0 1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindənxa0 0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞxa0 jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyətxa0 göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizinxa0 formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...

Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik...xa0
Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəkixa0 gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,xa0 Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistinxa0 Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçünxa0 maraqlı olar.
"Bu, inanılmaz idi: 30 nəfər (yaxudxa0 lap 100 nəfər)xa0 7 milyon əhalini təmsil edən rejimi devirməkdən ötrü çılpaq çölün düzü ilə irəliləməkdəxa0 və istədiklərinə nail olmaqda idi..."
“...Surət Hüseynov Bakıya doğru irəliləməkdə idi... 709-cu alaydan balaca bir dəstə(deyilənə görə, 30 nəfərdən ibarət, amma hər halda ondan daha çox) başçıları ilə onu görməyə gələn müxtəlif elçilər arasında nə şifahi danışıqlar oldusa da,xa0 təslim olmadılar və Bakıya doğru irəliləməkdə davam etdilər...xa0
Onları heç kim dayandırmadı. Ordu qan tökməmək barədə ciddi əmr aldığına görə geri çəkildi. Surətin adamları Yevlağı “tutdular”... Sonra onlar Bərdəni “tutdular”...xa0 Ölkənin haradasa 15 faizini nəzarətə götürərək daha sonra səmtlərini uzun səhraya bənzər yolla paytaxta doğru dəyişdilər. Bir gün onlar paytaxtdanxa0 200 mil, ertəsi gün isə 150 mil aralı idilər. Sonra onları paytaxtdan 100 mil ayırdı və daha sonra 50 mil yaxınlıqda idilər. Və hökumət istefa verənə və hökumət 709-cu alayı özünə tabe etmək cəhdinə görə xainlikdə ittiham edilərəkxa0 məhkəmə qarşısında durana qədər onların dayanmaq fikri yox idi...
Elçibəy isə heç bir şey etmədi. Vəfa Quluzadənin dediyinə görə, çox güman ki, o, şok vəziyyətində idi. Bir qism isə düşünürdü ki, o ya sərxoşdur, ya da kim bilir...
Sonra bir gün – səhv etmirəmsə, iyunun ya 9-u idi, ya da 10-u, amma 11-i, 12-i də ola bilərdi - Prezident Elçibəy xarici diplomatları yığdı ki, vəziyyəti izah etsin.xa0
“Hökumət silahlı qiyamla üzləşmişdir”,-xa0 oxa0 dedi.xa0xa0
Guya ki, buna izah lazım idi...
“Buna cavab olaraq - Elçibəy dedi,- hökumət bunun qarşısını almağa cəhd göstərdi, çünki hər bir suveren dövlətin özünü müdafiə hüququ var...”xa0
Bu, Neandartalın ilk mağara dövlətindən bəri hökumətlər tərəfindən məmnuniyyətlə istifadə olunanxa0 “güc vasitələrinin üzərində monopoliya”ya aid köhnə aforizmin versiyası idi.xa0 Elçibəyə isə elə gəlirdi ki, o nə isə yeni bir şey deyir...
xa0
Sual-cavab zamanı Almaniyanın səfiri telefonun vəziyyətindən şikayətləndi və xahiş etdi ki, Prezident bu məsələ ilə maraqlansın...
“Axır ki, mövqe aydınlaşdırılıb, nəhayət! Hökumət özünü müdafiə etməyə qərar verib”, -xa0 xa0Vəfa Quluzadə vəcdə gəldi - “Nəhayət!,”- deyə o, sevincindən qışqırdı.
“Qoyxa0 onlar(Surət Hüseynovun tərəfdarları nəzərdə tutulur-S.L.) gəlsin! Vətəndaş müharibələri cəmiyyətləri saflaşdırır və bizim cəmiyyətimizin də buna daha çox ehtiyacı var! Biz cinayətkarlıq çirkabında boğulmağımıza özümüz yol vermişik! Bəsdir! Mən özüm silahlanıb, ora getməyə hazıram!..”
Surətin “ipə-sapa batmayan” batalyonuxa0 (və ya dostları, yaxud dəstəsi) irəliləməkdə davam edirdi; və onlar Qazıməmməd(indiki Hacıqabul –S.L.) adlı Allahın unutduğu yerə çatanda hökumət hücuma keçdi. Nəhayət! Lakin hücuma keçmiş dəstə ilə məsələni həll etmək üçünxa0 göndərilmiş üç vertolyotdan biri də geri qayıtmadı. Onların hamısı Surətin tərəfinə keçmişdi. Bu, inanılmaz idi: 30 nəfər (yaxudxa0 lap 100 nəfər)xa0 7 milyon əhalini təmsil edən rejimi devirməkdən ötrü çılpaq çölün düzü ilə irəliləməkdəxa0 və istədiklərinə nail olmaqda idi. Qarabağ ermənilərinin( və onların silahlı dəstələrinin) həm Mütəllibov,xa0 həm də Elçibəy hökumətlərinə qarşı nə üçün belə geniş miqyasda uğur qazanmalarına artıq təəccüblənməmək olardı...
Hökuməti xilas etmək üçün heç kim vuruşmaq istəmirdi...
Qeyd:xa0
Gəncə hadisələrinə dair rəsmi hesabatın ərsəyə çıxması üçün bir il vaxt lazım oldu. Nəhayət, 1994-cü ilin aprelində hesabat hazır olanda təhqiqat komissiyasının sədri ( Yəqin ki, söhbətxa0 9 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri
İsa Qəmbərin imzaladığı Milli Məclisin qərarı ilə yaradılmış Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının sədri,xa0 Milli Məclisin üzvü, deputat, Baş prokurorun keçmiş müavini Mətləb Mütəllimovdan gedir- S.L) ona qol çəkməməyi üstün tutdu. Əslində həmin hesabatxa0 Surət Hüseynovu və 709-cu alayı qanuni hökumətə tabe olmadığına görə təmizə çıxarmışdı, hökuməti isə Surəti özünə tabexa0 etmək cəhdinə görə təqsirli hesab etmişdi. Və beləliklə də, istənilən qəzəblənmiş ordu komandirinə mövcud olan hökumətə qarşı qiyam qaldırmağa və onu zor gücünə devirməyə birdəfəlik qanuni hüquq vermişdi...xa0
Lakin həmin o qara günlərdə, yəni iyun ayının 4-ü və 5-də həlak olanların sayına gəldikdə, rəsmi təhqiqat qrupuxa0 əsas faktı gizlədə bilməmişdi: ölənlərin sayı 20-dən çox olmamışdı və demək olar ki, onların hamısı – Prezidentin mühafizə dəstəsinin başçısı da daxil olmaqla – hökumət ordusundan idi. İyununxa0 5-də gərginliyi azaltmaq məqsədi ilə Gəncənixa0 tərk etməyə cəhdxa0 göstərərkən onun əyləşdiyi avtobus pusquya salınaraq gülləbaran edilmişdi...
Bəs Gəncənin Şəhidlər Xiyabanındaxa0 bizim şahidi olduğumuz dəfn mərasimi nə idi? Komandirxa0 Mehman Ələkbərovdan başqa orada bir neçə həftə əvvəl həlak olmuş bir neçə əsgərin cənazəsi basdırılırdı, onların meyitləri lazım olan vaxtda “ölmək” üçün buzda saxlanılırmış...xa0
HEYDƏR ƏLİYEV GƏLİR...
(Davamı var)
Təqdim etdi:xa0 Sultan Laçın
xa0