Araşdırma
3639
09 Jun 2020 | 16:11

"Ermənilərin dünyada kəmiyyətcə azalması açıq-aşkar özünü göstərir..."

Qərbi Azərbaycanda  doğulub-böyüdüyündən erməni dilində mükəmməl bilən tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev Moderator.az-a şəxsi araşdırmaları və həyati təcrübəsi əsasında yazdığı  “Dünyaya səpələnən ermənilər” adlı məqaləsini təqdim edib. Aktuallığını nəzərə alıb həmin materialı oxucularımızın müzakirəsinə buraxırıq.
"İrəvan xanlığı ərazisində yaradılan “Ermənistan” erməniləri dünya ölkələrində sayca azaldıqlarını nə qədər gizlətməyə çalışsalar da, alınmır..."



K.Qriqoryanın gəldiyi nəticə maraq doğurur. Məsələn, Don ermənilərinin yerli, ekoloji və coğrafi şəraitdən asılı olaraq “tarixi vətəni” hesab etdikləri Rostov vilayətində dil, din və özünüdərketmə sahəsində ruslar və rus mədəniyyətinə “uyğunlaşması”, erməniliyin tədricən itməsi və itirilməsi qeyd edilir. İmperator II Yekaterinanın Krımdan 14 noyabr 1779-cu ildə Rostova köçürülən 12 min erməni ( il yarımdakı köç zamanı yollarda 3,5 mini ölmüşdür) üçün bir şəhər və 5 kənd salmaq fərmanı verilir. Onlara qeyri-adi maliyyə dəstəyi və imtiyazlar təsdiq edilir: vergilərdən azad olmaq; kilsə tikmək, teatr, mətbəə, möhür, gerb və məhkəmə yaratmaq; erməni dilində oğlan-qız gimnaziyaları açmaq; hərbdə xidmət etməmək; ermənilərə aid milli-daxili qanun və ənənələrini qorumaq; ölkədaxili və ölkədən kənar azad ticarətlə məşğul olmaq; fabrik-zavod tikmək; ticarət gəmiləri quraşdırmaq; Krımdakı kəndlərinin adlarını Rostovda saxlamaq (Baxçasaray, Agməscid, Qarasubazar, Sultan Salı və s.); və sairə. 

Tarix nə göstərdi?....1928-ci ildə həmin ərazi Myasnikov rayonu adlandırıldı; kilsə fəaliyyətini dayandırdı; paralel (erməni-rus) sinifləri 1950-ci ildə yarandı; məktəblərdə erməni dili yalnız dərnəklərdə tədris edildi, ermənilərin 46 faizinin ermənicə danışa bilmədikləri təsdiqləndi, ailə-nikahda ermənilik unudulmağa başladı; kəndlərin tarixi adları dəyişdirildi (Ortavik-Zemlyaniçnoye, Salı-Qruşevka, Toplu-Topolyevka və s.).... Son 200 ildə Don erməniləri necə əriyib, yox olurlarsa, elə də irandilli ermənilər, Yunan erməniləri, Boşalar və digərləri də əriyib yox olub, sıradan çıxırlar. Budur erməni xalqının aqibəti, “gələcəyi”… 
Ermənilərin dünyada kəmiyyətcə azalması açıq-aşkar özünü göstərir. Lakin düşdükləri acınacaqlı vəziyyəti gizlətməyə və həqiqətə uyğun olmayan rəqəmlərlə təsdiq etməyə cəhd göstərirlər. Ermənilərin dünyada sayının 10 milyon olduğunu Ermənistan hakimiyyəti və oradakı partiyalar hər yerdə çox həvəslə təbliğ edirlər. Amerika Erməni Milli Konqresi, Fransadaki Erməni Koordinasiya İttifaqı, Avropanın Erməni Dostları təşkilatları “Daşnaksütyun”, “Ramkavar”, “Azatakan” və digər partiyalarının məlumatlarına görə, ermənilər dünyanın 55 ölkəsində yaşayırlar. Bu rəqəm şişirdilib və faktiki olaraq 40 ölkədən çox deyildir. (Venesuela, Hindistan, Çin, Malta, Meksika, Kolumbiya və digərlərində cəmisi beş-on erməni yaşayır və onlar erməni dilini bilmir, Ermənistanı xəritədən tanıyırlar). Adları yuxarıda çəkilən təşkilatlar eyni zamanda onu da qeyd edirlər ki, Ermənistan və Dağlıq Qarabağda 2018-ci ilin sonuna 2 milyondan da az erməni yaşayıb, 3,5 milyon yox. Guya “8 milyon” isə dünyaya səpələnmiş ermənilərdir. Bu, ağ yalandır…

Ermənilərin sayca ən çox yaşadığı ölkələr şişirdilərək Amerika, Rusiya, Fransa, Braziliya, Gürcüstan, İran, Livan, Suriya, Ukrayna, Türkiyə və digərləri göstərilir. Halbuki, statistik məlumatlara əsasən Amerikada ermənilərin sayı 1.6 milyon yox,  480 mindir, (2011-ci ilin rəsmi statistikası) Rusiyada 1.9 milyon yox,  260 mindir, Fransada 700 min yox, 320 mindir. Gürcüstanda 700 min yazırlar, faktiki olaraq onun 3, də yaşamır. İranda 240 min erməni vətəndaşı olduğunu göstərsələr də, son statistika faktiki 40 min erməninin yaşadığını təsdiqləyir (ABŞ-a, Fransaya köçüblər). Türkiyədə 70 min yox, 39 min erməni vətəndaşı qeydə alınıb. Kanada da bunların sayı 57 min yox, 20 mindir, Argentinada 128 min yox, 35 mindir. Müharibə ilə əlaqədar Livanda 230 min yox və Suriyada 120 min yox, çox az erməni qalıbdır; əksəriyyəti həmin ölkələrdən köçüblər, bəlkə də göstərilənlərin 20 faizi qalıb yaşayır. Rəqəmlər daha dəqiq təhlil edilərsə, dünyada Ermənistandakılarla birlikdə ermənilərin ümumi sayı 5.5 - 6 milyonu ötmür, bəlkə də xeyli aşağı olduğu bəlli olar. Göründüyü kimi, qondarma “soyqırımı” rəqəmlərini artırmağa vərdiş edənlər ermənilərin dünya üzrə miqdarının da şişirdilməsinə nail olmağa çalışırlər. Amerika Milli Erməni Komitəsi, Fransa Erməni Milli Təşkilatlarının Koordinasiya İttifaqı, Amerikanın Erməni Assambleyası, Cənübi Amerika erməni milli ittifaqı, İsveç erməni Assosiasiyası, Amerikada “Artsax” uğrunda və digər tanınmış erməni təşkilatları dünya ermənilərinin sayını şişirdirlər. Faktiki olaraq ermənilər sayca azalır, yox olur, özü-özünü çıxdaş edir… 
Son illərdə erməni kilsələrində, bəzi təhsil müəssisələrində və elmi tədqiqat institutlarındakı çıxışlarda, yazılarda və sosial şəbəkələrdə tez-tez yeni söz işlədilir: “hayabahbanutyun”. Yəni “erməniliyi qorumaq”, “erməniliyi müdafiə etmək”, “ermənilərə havadar olmaq” və sairə. Bu sözləri işlədib, vəziyyəti örtülü bildirməkdə məqsəd erməni millətinin sayca azalması, assimilyasiya olunması, itib-batması təhlükəsi və qorxusunun olduğunu bildirməkdir. Ölkələrdə, şəhərlərdə və digər ermənilər nisbətən çox yaşayan ərazilərdə kilsələrin sürətlə tikilib, təhvil verilməsi burada erməni dili dərnəklərinin təşkili, erməni gənclərinin nikahlanması də bununla bağlıdır. Mövcud olan və yeni tikilən kilsələrdəki təbdirlərdə dini proqramlar elə qurulub ki, ermənilərin əriməsinin qarşısı alınsın. İrəvan xanlığı ərazisində yaradılan “Ermənistan” erməniləri dünya ölkələrində sayca azaldıqlarını nə qədər gizlətməyə çalışsalar da, alınmır. Zaman onların əleyhinə işləyir…”  
 
Maksim Musayev

Link kopyalandı!
Son xəbərlər