“Yaşadığımız əsrin sonunda “Ermənistan” adlı dövlət olmayacaq…” -ARAŞDIRMA
Araşdırma
7663
08 Jun 2020 | 21:45

“Yaşadığımız əsrin sonunda “Ermənistan” adlı dövlət olmayacaq…” -ARAŞDIRMA

Qərbi Azərbaycanda  doğulub-böyüdüyündən erməni dilində mükəmməl bilən tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev Moderator.az-a şəxsi araşdırmaları və həyati təcrübəsi əsasında yazdığı  “Dünyaya səpələnən ermənilər” adlı məqaləsini təqdim edib. Aktuallığını nəzərə alıb həmin materialı oxucularımızın müzakirəsinə buraxırıq.
“Ermənilər cəfakeş olduqlarını dünyaya car çəkir və bəzən bununla qururlanırlar. Pərən-pərən olmaq, səpələnmək və son zamanlarda da diaspora hərəkatından danışmağa vərdiş ediblər. Qitələrə yayılıb, varlı ölkələrdə diasporal həyat keçirmək erməni xalqı üçün xoşdur, bilirlər ki, İrəvan ərazisində yaradılan Ermənistan müvəqqəti dövlətdir, orada məskunlaşmaq mənasızdır. “Diaspora”  -təbiətin qanunlarına aid olan sözdür- elə bir bitki hissəsidir ki, kökü, meyvəsi, toxumu, yarpağı bitkidən ayrılandan sonra yayıla və yaşaya bilir. “Diaspora”- yunan sözüdür, səpələnmək və ya ora-bura dağılmaq deməkdir. Bu söz xalqın və ya etnik qrupun başqa ölkələrdə yaşaması zamanı da işlədilir. Xalqın diasporası iqtisadi, coğrafi amillərin təsiri nəticəsində, müharibə, köçürmə və digər amillərdən yaranır. Ermənilər diasporal xalqdır, başqa-başqa ölkələrdə yaşamağa üstünlük verir və bununla çoxları qürur hissi duyurlar. Ermənilərin (əsl adı haylar) əlifbası xeyli əvvəl yaradılıb ki, bu da erməni diasporasının yaşamasına və biri-biri ilə əlaqəli olmasına müsbət təsirini göstərmişdir… 

Erməni tarixçilərinin yazdığına görə, XIX-XX əsrdə diasporanın çoxalmasına səbəb türklərlə olan münasibət olmuşdur. Guya 1895-1896-cı illərdə türklər tərəfindən ermənilərə qarşı təzyiqlər başlamış və bu öz kulminasiya nöqtəsinə 1915-ci ildə çatmışdır. Bu vaxt Türkiyədən 600 minə yaxın erməni çıxarılmışdır ki, onun bir hissəsi Şərqə, Avropa ölkələri, Amerikaya, qalanı isə Rusiyaya köçmüşdülər. Erməni müəllifləri qeyd edirlər ki, ilk dəfə ermənilərin dünya üzrə sayı barədə  məlumatlar 1800-ci ilin axırlarında dəqiq də olmasa, qəzetlərdə yazılmışdır (bəzi ölkələr üzrə). Bəzi “kilsə kitablarında” da bu barədə rəqəmlər mövcuddur. Başbilən ermənilər xalqına aydınlaşdırmalıdılar: niyə və nəyə görə biz bu dünyaya belə səpələnmişik; belə səpələnmiş və nə vaxtda qədər pərən-pərən vəziyyətdə yaşayacağıq? Hansı səbəbdən yüz illərdi ki bir yerə yığışa bilmirik?.. 
Erməni xalqında qədim zamanlardan qanlarına hopmuş bir xüsusiyyət vardır ki, onlar harada olurlarsa-olsun, biri-birilərini tez axtarıb, tapıb və qaynaya-qarışa biliblər (bu məsələdə kilsə xadimlərinin xidmətləri də əvəzsizdir). “Milli maqnitizmin” yaranmasında bəzən bir kəlmə də bəs edir: “hayes?”-“ermənisən?”. Erməni, Ermənistandan kənarda təyyarədə, liftdə, metroda və sairədə göz gəzdirərək özlərinə oxşar insana harada rast gəlməsindən asılı olmayaraq həmin sözü işlədir. Bu kəlməni anlamayanlar demək erməni deyillər və onlarla milli məzmunda söhbətə ehtiyac qalmır. “Hayem” (erməniyəm) və ya “ayo” (bəli) kimi cavab alandan sonra əksər hallarda doğmalaşma, gələcək görüşlərin və milli planların bünövrəsi qoyulur. Bu zaman maddi, mənəvi, hüquqi, sosial, dini və maariflənmə sahəsində əl tutmaq, yardım göstərmək başlayır. Amerikada və digər dünya ölkələrində yaşayan ermənilərə hüquqi köməkliklərin edilməsi məsələsi Amerikadakı erməni diasporunda özünəməxsus formada təşkil edilibdir. Sutkanın bütün saatlarında telefonla belə hüquqi xidmət edilir. Məqsəd diaspora ermənisinə elə istiqamət verib, yardım göstərməkdir ki, o, düşdüyü mühitə asan uyğunlaşa və özünə varlı həyat qurmağı tez bacara bilsin…
 
1972-ci ildə BMT ölkələrdə yaşayan milli azlıqların məsələlərini tədqiq etdi və bəzi məsələləri xeyli ətraflı aydınlaşdıra bildi. Assimilyasiya ilə əlaqədar qeyd edildi ki, insanlar və ya bir qrup kiçik millətlər tədricən öz milliyətini, danışıq dilini, milli xüsusiyyətlərini itirir və onun əvəzində yaşadığı çoxluq təşkil edən millətin milli xüsusiyyətin, həm də dilini götürür. Erməni diasporunda bu açıq şəkildə özünü göstərir. Bir kiçik millətin digər çoxluq təşkil edən millətlər içərisində əriməsi ermənilərdə eyni vəziyyətdə deyildir. Bəzi ölkələrdə ərimənin sürəti ya aşağı, yaxud da sürətlidir. Məsələn, Fransada erməni diasporu elə formalaşıb ki, bir çox hallarda burada yaşayan ermənilər özlərini “erməni mənşəli fransızlar” kimi təqdim edirlər.  Ermənilərin hansı ölkədə yaşamasından və harada məskunlaşmasından asılı olmayaraq əsas məqsədi belədir: Ölkənin ali strukturlarında yəni Prezident idarəetməsi və Parlamentdə vəzifə almaq, yer tutmaq (ABŞ, İran, Rusiya, Fransa, Türkiyə, Livan və sairə kimi); həmin strukturlarda vəzifələri almaq baş tutmazsa, tanınmış, iqtidarda olan şəxslərlə qohumlaşmaq; Vəzifəli-imkanlı şəxslərlə dostluq və digər yaxın-isti münasibətlər yaratmaq....

Əyalət, şəhər və kəndlərdə yaşayanlar da bu erməni ənənəsinə müvafiq olaraq həmin ərazilərin idarəetmə və güc strukturlarındakı birinci və həlledici, nüfuzlu şəxslərlə belə xoş münasibət qurmağa canfəşanlıq göstərirlər. Bu məsələlərdə istiqamət verici və məsləhətə uyğun hərəkət etmənin yollarını erməni kilsəsinin din xadimləri və ziyalı potensialı xüsusi rol oynayır. Bu yazının müəllifi, olduğu ölkələrin (Rusiya, Gürcüstan, Bolqarıstan, Estoniya, Ruminiya, Avstriya, Ukrayna, İran, Türkiyə, Almaniya, Çin, Litva, Polşa, Çexiya, Slovakiya və sairə) ermənilərin diaspora məsələlərini öyrənmış və yuxarıda qeyd olunanların öz təsdiqini tapmasının şahidi olub… 

Belə bir nəticəyə gəlmək də olur ki, İrandaki erməni diasporu ilə Rusiyadakılar arasında xeyli fərqlər mövcuddur. Eləcə də ABŞ-daki erməni diasporunun bir sıra ölklələrdəkindən ciddi fikir ayrılıqları da vardır. Ümumiyyətlə, bu mövzu çox geniş və ətraflıdır, bu barədə hər bir türk və azərbaycanlının maariflənməsi olduqca vacibdir… 

Etnik və digər sosial tərkibinə görə də bəzi ölkələrdə ki ermənilər xeyli fərqlidirlər. Rusiya Elmlər Akademiyası Sivilizasiya və Regionların tədqiqatı İnstitutunda Karine Qriqoryan “Ermənilərin subetnik qrupları” dissertasiyasında məsələyə xeyli aydınlıq gətirmişdir. O, qeyd edir ki, ermənilər-haylar, azsaylı millətlər sırasına daxil olub, dünyanın bir çox ölkələrində yayılıb və yaşayırlar. Onlar aşağıdakı etnik qruplara ayrılıblar: Çərkəz hayları (dağlı ermənilər). Zoki ermənilər (yəhudi erməniləri). İrandilli ermənilər (katolik ermənilər). Yunan erməniləri (tsatlar). Yeninaxçıvan erməniləri (Don erməniləri). Türkdilli ermənilər (amşenlər). Qaraçı ermənilər (boşalar). Dərviş ermənilər (tumbullar). İslamlaşmış ermənilər (həmşillər)… 
Bu tədqiqat son vaxtlarda aparılsa da, XIX-XX əsrə aiddir və uzun illərdir ki dəyişir, tənəzzülə doğru gedir. Yuxarıda göstərilən faktlar və digər tədqiqatlar əsas verir deyək ki, yaşadığımız əsrin sonunda Ermənistan adlı dövlət olmayacaq və erməni milləti tədricən əriyib, özünü sıradan çıxardacaqdır. Baxmayaraq ki, Rusiya və ruslar ermənilərə həm “atalıq” həmdə “analıq” etmişlər..."

(Davamı var)

Maksim Musayev
Link kopyalandı!
Son xəbərlər