Mandarindən gözlənilməz təhlükə aşkarlandı- Beyinə zərər vuran maddə!..
Araşdırma
3762
11 Dec 2019 | 19:32

Mandarindən gözlənilməz təhlükə aşkarlandı- Beyinə zərər vuran maddə!..

Çoxlarının mandarin kimi tanıdığı narıngilərdə beyin üçün təhlükəli olan insektisid xlorpirifos maddəsi ola bilər. Həmin maddə, bir qayda olaraq, ziyanvericilərə qarşı istifadə olunur, 

Moderator.az xəbər verir ki, bu haqda Almaniyanın “Focus” portalı məlumat yayıb. 

Xlorpirifos kənd təsərrüfatında və baytarlıq təbabətində bit, gənə, güvə, çəyirtkə və digər zərərvericiləri öldürmək üçün istifadə olunur. 2005-ci ildə onun istifadəsi üçün AB-dən rəy alınsa da,  pestisidin insan orqanizminə mənfi təsiri  məlum olduqdan sonra onun istifadəsi Avropa Birliyi ərazisinda qadağan edilib. 

Qadağa barədə qərar araşdırmanın nəticələri təhlil edildikdən sonra qəbul edilib. Məlum olub ki, xlorpirifosun  az miqdarı da beyinə mənfi təsir göstərə bilər. Bu kimyəvi maddə beyin qabığının vacib sahələrini daraldır və inkişafın tormozlanmasına səbəb olur.


Alimlərin fikrincə, bu maddə uşaqlar üçün xüsusilə təhlükəlidir. Mütəxəssislər naringi məhsullarını yalnız etibarlı ticarət mərkəzlərindən almağı tövsiyə edirlər. Çünki alıcılar vicdansız kənd təsərrüfatı istehsalçıları tərəfindən emal olunan meyvələrə ürcah  ola bilərlər.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər