Ömrü uzadan qidalar:  Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
Araşdırma
9895
21 Jul 2018 | 23:12

Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Çin alimləri balıq yeməyin ömrü uzatdığını müəyyən ediblər. 

Tədqiqatın nəticələri "Journal of Internal Medicine" jurnalında dərc olunub.

Mütəxəssislər 240 729 kişini və 180 580 qadını 16 il ərzində müşahidə ediblər. Könüllülər hər gün az miqdarda olsa da balıq yeyiblər.

Məlum olub ki, müntəzəm olaraq balıqdan istifadə edən kişilər, damar xəstəliklərindən 10% , qara ciyərlərindən 37%  az əziyyət çəkirlər. Qadınlarda isə belə dieta 38% Altseqeymer xəstəliyinin riskini azaldır.

Bununla belə, alimlərin fikrincə daimi olaraq balıq yemək xərçəng xəstəliyinin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır. Amma, mütəxəssislər xəbərdarlıq edir ki, çox qızardılanda məhsul özünün faydalı xassələrini itirir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər