Rusiya Donetskdə mağazanı vurdu – Ölənlər var - VİDEO
514
09 Aug 2024 | 14:55

Rusiya Donetskdə mağazanı vurdu – Ölənlər var - VİDEO

Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var. 

Bizim.Media xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib. 

Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub. 

Ukrayna XİN-dən bildirilib ki, ilkin məlumata görə, ən azı 4 nəfər ölüb, 24 nəfər yaralanıb. 



Bizim.Media

Link kopyalandı!
Son xəbərlər