Araşdırma
9793
11 May 2016 | 01:41

"Nemət Elçibəy haqqında satirik, təhqirlə dolu uzun bir şeir dedi"

Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar--- 





-Fəxrəddin müəllim, Kəşfiyyat İdarəsinin rəisi nə vaxtdan birbaşa bizə göstəriş verməyə başlayıb?
-Nə olub ki?
Eldar Məmmədəliyevlə olan telefon danışığımı nazirə çatdırdım. Nazir heç nə demədi. Bircə kəlmə:
-Fikir vermə, mən nə tapşırsam onu edərsən.
-Fəxrəddin müəllim, bu dövlət hanı? Bu hadisəyə niyə belə reaksiya verilir? Niyə güc göstərilmir?
-İlham, başlarını itiriblər. Nə edəcəklərini bilmirlər.

Telefon danışığı bitdi. Kabinetdə var-gəl edir, fikirləşirdim.., deməli, Eldar Məmmədəliyev də, Rəsul Quliyev də narahatdırlar ki, birdən əməliyyat keçirilər, həbsdəkilər azad olunar, plan pozular. PLAN? Bu plan Surət Hüseynovun deyil, bu planın müəllifləri başqalarıdı... Və zaman keçəcək, iyun günlərində baş verənlərin təsadüf deyil, bir plan olduğu təsdiqini tapacaqdı...
   
İyunun 7-də bölmənin qapıçısı zəng edib dedi ki, bir cavan oğlan deyir bütün idarə müdirləri gəlməlidi icra hakimiyyətinin qabağına. Nemət Pənahov onlarla görüşmək istəyir. Başçıya zəng etdim:
-Bu, nə məsələdi?
-İlham müəllim, yanında silahlılar var? Surətin  burda bir dostu var, onun adamlarıdı. Gəlib mənə dedilər, mən də dedim heç kimi çağıra bilmərəm. Özünüz çağırın.
 

Əməliyyat işçilərinin ikisini də şəhərə göndərib məlumat toplanmasını tapşırdım. Nemət Pənahovun  son vaxtlar tez ”“tez Gəncəyə gəldiyini bilirdim. İndi də Şəmkirə gəlib. Nemətin Gəncə - Naxçıvan arası tez-tez gedib-gəldiyini də bilirdik, ona görə də Şəmkirdə peyda olması təsadüf ola bilməzdi. Bu əvvəlcədən düşünülmüş bir missiya idi. Nemət hara, Şəmkir hara? Xəbər verildi ki, rayonun mərkəzi meydanında Nemət Pənahov tribunaya qalxıb çıxış edir. Bölməylə meydanın arası yaxın olduğundan özüm də ora getdim. Nemət Pənahov “Azadlıq”x9d meydanında  etdiyi çıxışlar kimi burda da “alovlu”x9d  nitq irad edirdi, bu dəfə  hədəfi Elçibəy idi. Çıxışın hər cümləsində Elçibəy  təhqir olunurdu, sonda isə Elçibəy haqqında satirik, təhqirlə dolu uzun bir şeir dedi.   
 
Bakıda dövlət başçısı qiyamı yatırmaq üçün təsirli addım atmır, əyalətdə mən üç nəfərlə - bir avtomat silah, 3 ədəd də Makarov tapançası ilə kimə qarşı vuruşum, nə uğrunda hərəkət edim? Nazirlik tərəfdən də konkret heç bir göstəriş yox idi. Elçibəyin  bütün atdığı və atmadığı addımlar hakimiyyətin süqutuna aparırdı.


İyunun 8-də Tofiq  Hüseynov Gəncədə saxlandığı yerdən qaça bildi, daha doğrusu dostlarım növbəti dəfə həbsdəkilərə baş çəkəndə onun qaçmasına yardım etdilər. Dostumun birinin köməyilə Tofiq Hüseynov hasardan aşmağı bacarıb.(Ayağını dostumun çiyninə qoyub hasardan aşmışdı) Bir neçə saatdan sonra mənə zəng gəldi. Gəncədən dostum idi. O Zobik tərəfindən hədələndiklərini deyib, təcili Gəncədən çıxmasına yardım etməmi istədi. Gəncənin giriş-çıxışı Surət Hüseynovun adamlarının nəzarətində idi. Dövlət maşını ilə gedə bilməzdim. Bir köhnə “Moskviç”x9dlə Gəncəyə gəldim, dostumu götürüb kənd yollarıyla Şəmkirin ərazisinə keçdim. Könüllü kəndində bir yaxın dostumun evində onu gizlətdim. Qazaxa zəng vurub polis rəisi İsaxan Aşurovla danışdım, vəziyyəti anlatdım. İsaxan bəy Tofiq Hüseynovun da Qazaxda olduğunu dedi. İki nəfər silahlı göndərəcəyini və dostlarımın  Qazağa gətirilməsini həmən təşkil edəcəyini söylədi. Qazax, Tovuz, qismən də Şəmkir hələ qiyamçılar tərəfindən tutulmamışdı. İsaxan bəyin adamı gəldi. İki nəfər də mən qoşdum, dostlarımı sağ-salamat Qazağa çatdırdım. Dostlarım bir aydan çox Azərbaycandan kənarda yaşamağa məcbur oldular.
 
İyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Elçibəy iqamətgahında Əliyevi təntənəli qarşılayandan sonra H. Əliyev Gəncəyə gəlib qayıtdı. Bütün bu hadisələr barədə çox yazılıb, danışılıb, əvvəl qeyd etdiyim kimi mən öz iştirakım olan, şahidi olduğum hadisələrdən danışmağı vacib bilirəm.
 
Əsas hadisələr parlamentdə cərəyan edirdi və baş verənlər televiziya ilə translyasiya olunduğundan bu nəticəyə gəlirdim ki, ölkədə yaddan çıxan nümayişkənarə yaltaqlıq yenidən baş qaldırır.
 
Dövlət başçısı Əbülfəz Elçibəy prezident postunu tərk edərək gecənin birində Kələki kəndinə getdi. Elçibəy ekstremal situasiyada görəvindən imtina edib hakimiyyətini qorumadı, çıxış yolunu onu təhvil verməkdə gördü və  bu situasiyadan çox, düşünülmüş ssenari idi ”“  personajların 4 iyun və sonrası oynadığı rol hazır ssenari təsiri bağışlayırdı. Ssenaridən kənar baş verənlər epizodik idi və  sonrakı dövrdə bu epizodlarda rol alanlar “montaj”x9d olundu.
  

Milli azadlıq hərəkatının gücüylə yaranmış hakimiyyət cəmi bir il çəkdi və Elçibəyin onu təhvil verməsilə sona çatdı. Hörmətli Yalçın Nəsirov”x9dKələki çıxmazı”x9d publisistik təhlilində yazır ki, Elçibəyin hakimiyyəti təhvil verib Kələkiyə getməsi “Azərbaycan tarixində 1918-1920 ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ən böyük faciə  idi”x9d. 4 iyunu xarici faktorla bağlamaq məğlubiyyətə haqq qazandırmağın ucuz yoludu. Düzdü, 4 iyundan sonra  Elçibəy hakimiyyətini  istəməyən  Rusiya,  İran  fəal surətdə onun hakimiyyətdən getməsinə çalışdılar, amma  4 iyunda Surət  Hüseynovu  zərərsizləşdirmək üçün Gəncəyə gəlib məğlub olan dəstəni Rusiya, İran  göndərməmişdi və sonrakı  günlərdə vəziyyəti  dəyişmək  mümkün idi. Uğursuz əməliyyat  qiyama çevriləndə onu  yatırmaq üçün dövlət başçısı tərəfindən ciddi addımlar atılmadı. Atılan addımlar istefalarla müşayət olunurdu. Bu istefaların yerinə həmin gün qətiyyətli  bir Daxili İşlər Naziri  təyin  edib, Bakıya rəsmi hakimiyyəti devirməyə gəldiyini bəyan edən dəstəni  məhv etmək tapşırığı verilməliydi. Belə şəxslər, kadrlar var idi və bu vəzifəni yerinə yetirməyə hazır idilər. Axı, Surət Hüseynovun Gəncədən Bakıya gələn və az qala gəlin  maşını kortejini xatırladan iki, üç zirehli  maşınını darmadağın etmək çətin deyildi. Sonradan məlum oldu ki, belə bir təşəbbüs vəzifədə olan dövlət adamları tərəfindən olub və onu yerinə yetirə biləcək hərbi hissə komandirlərindən biriylə danışıqlar aparılsa da Elçibəy kəskin şəkildə etiraz edib. Burdan və bütün proseslərin təhlilindən  bir nəticə çıxır ki, PROBLEM  VƏ ONUN HƏLLİ SURƏT HÜSEYNOVUN DƏSTƏSİ OLMAYIB!  Elçibəyin PLANI başqa idi. Elçibəy gedəcəyini əvvəlcədən bilirdi. Onun atdığı addımlar yalnız bu qənaətə gəlməyə imkan verir. Hansı prinsiplər milli azadlıq hərəkatından, demokratik dəyərlərdən üstün sayıldı? Cavabının ilk gündən bilindiyi bu suala o dövrün mərkəzi fiqurları illərdir ki, üstörtülü reaksiyalar verməklə Elçibəyin hakimiyyəti təhvil verməsinin həqiqətini, mahiyyətini dilə gətirmirlər. Elçibəyin dediyi kimi, görünür həqiqətin açıq deyilməsinin “zamana ehtiyacı var”x9d. 
                                                          *****
Bütün ölkədə kadr dəyişikliyi aparılırdı və düzgün olaraq ilk növbədə güc strukturlarından başlanmışdı. MTN- də Nəriman İmranov nazir, Elçibəyin müavin təyin etdiyi Namiq Abbasov birinci müavin təyin edildi. 
  
Ali Sovetdə “razborkalar”x9ddavam edir, tutulan tutulur, tutulmayan ölkədən qaçır, bir tərəfdən isə ermənilər fürsətdən istifadə edib Qarabağ cəbhəsində itirdikləri mövqeləri geri alırdılar. İyunun sonunda Ağdərə ermənilər tərəfindən işğal olundu. Tərtərin, Ağdamın başını təhlükə almışdı. Demək olar ki, iyul ayında hər həftə Ağdamda, Tərtərdə olurdum. İyulun 7-də Ağdama gəldim. MTN-in rayon şöbəsinə gəlib rəis Yaqub Axundovla görüşdüm. Yaqub əslən Ağdərənin Umudlu kəndindəndi . Vəziyyətin gərginliyi Yaqubun üzündə-gözündə görünürdü. Əsgərlər üçün gətirdiyim siqaret yeşiklərini Əfətli kəndində yerləşən hərbi hissəyə verib geri qayıtdım. Yolüstü kəndimizə, evə baş çəkib, doğmalarımla görüşdüm. Hamı narahat idi. Cəbhə xətti get-gedə Tərtərə yaxınlaşırdı.
  
Şəmkirdə də vəziyyət ürəkaçan deyildi. İcra başçısı olmaq uğrunda mübarizə başlamışdı. Məni Tərtərin, Ağdamın vəziyyəti daha çox narahat edirdi. İyulun 12-də sürücümlə bir daha Ağdama getdim. Avtomat silahı da götürüb yola çıxdıq. Fikirləşirdim ki, mən Ağdama çatanda yəqin elə döyüşə başlayacağıq. Ətyeməzlidən keçib Ağdama girəndə sürücüm dedi ki, İlham müəllim, şəhərdə heç kim yoxdu, bəlkə qayıdaq. MTN-in binasına sürməyi tapşırdım. Şəhər doğrudan da boş idi. Bir küçədən keçəndə darvaza qarşısında iki nəfərin dizləri üstündə nərd oynadığını görən sürücüm ürəkləndi. MTN-in binasına çatıb içəri girdim. Rəis Yaqub Axundovdan başqa içəridə keçmiş kənd təsərrüfat naziri Feyruz Mustafayev, hərbi tribunal Şahin Rüstəmov, “7 Gün”x9d qəzetinin redaktoru Emin Eminbəyli də vardı. Görüşüb dərdləşməyə başladıq. Günortaydı, Yaqubun sürücüsü Ətyeməzlidəki  kababxanadan yemək gətirmişdi, stola bir araq da qoyulmuşdu. Heç kim əlini süfrəyə uzatmadı. Yaqub təkid etsə də heç kimin boğazından su da keçmirdi. Elə bu vaxt polis rəisi Fərmayıl içəri girdi:
-Dəlixananı aldılar, köməyimiz də yoxdu, qabağı alınmasa Ağdam getdi.

Telefonu götürüb Müdafiə Nazirliyini sifariş etdik. Nazirlikdən dedilər ki, Ali Sovetlə danışın, dövlət başçısı, Ali Baş Komandan ordadı, onunla danışın, biz heç nə deyə bilmərik. Ali Sovetdə hansısa şöbəylə birləşdirdilər. Ağdamın təhlükədə olduğunu, qüvvənin çatışmadığını dedik, Heydər Əliyevlə necə əlaqə saxlamağı  xahiş etdik. Ali Sovetdəki məmur yarızarafat-yarıciddi: -Bu saat iclas gedir, mübahisə təzə qızışıb, uzun çəkər ”“deyib, o da öz növbəsində Müdafiə Nazirliyinə müraciət etməyimizi məsləhət gördü.
 
Ağdam fəlakət qarşısındaydı, Ali Sovetdəkilər köhnə palan içi töküb, bir-birlərini nə vaxtsa, nə dediyinə görə ittiham edirdilər. Müdafiə Nazirliyi isə yox kimi bir qurum idi. Şahin Rüstəmovla qərara gəldik ki, Əfətliyə gedək, ordakı vertolyot eskadrilyası ilə danışaq, kömək etmələrini xahiş edək. Əfətliyə çatıb Elçin adlı rusdilli bir komandirlə görüşdük, vəziyyəti anlatdıq. Vertolyotlara, ümumiyyətlə köməyə  ehtiyac olduğunu bildirdik. Elçin bizə qulaq asıb müdafiə nazirinin əmrini gözlədiyini deyib, bizi tam ümidsiz qaytarmaması üçün  bir nəfəri çağırdı.  
Qalxıb dəlixananın yanında bizimkilərə kömək etmək əmrini verdi. Çağırdığı adam sakitcə: 
-Biz havaya qalxan kimi sərçə kimi vurub salacaqlar. Yerdə  bizə kömək edən ağır artileriya yox, tank yox, bütün atəş bizə açılacaq. Uşaqlar qalxmayacaqlar.
Komandir Elçin qışqırdı:
-Тогда вы на ”¦ мне нужны. Я Ñx81ейчаÑx81 миниÑx81тру доложу.
Burdakıların mübahisəsi mənasız, yorucu və ümidsiz idi.

Şahin Rüstəmovla Ağdama dönməkdən başqa əlacımız qalmamışdı. Ölkə başını itirmişdi. Hər şeyi, siyasi hərc-mərcliyi birtərəfə qoyub, bütün diqqəti cəbhəyə, Ağdama vermək əvəzinə ”x9dSən o vaxt niyə belə dedin? O vaxt sən aşırmalı şalvar geyirdin“ kimi dedi-qodu səviyyəli mübahisələr yaxın tariximiz olduğundan əksəriyyətin indi də yadındadı. Qarabağlılar o vaxt belə deyirdilər: ”x9dStol davası vacib oldu, yaddan çıxdı Qarabağ”x9d
 
Ağdama qayıtdıq. Feyruz müəllimlə Emin Eminbəyli getmişdi. Şahin Rüstəmov da Bakıya yola düşdü. Mən Yaqubla bir az söhbət edəcəyimi deyib qaldım. Bir az keçmişdi ki, içəri  qarayanız, bığlı, təxminən 35-40 yaşında silahlı bir kişi  girdi. Tanımırdıq, heç o da bizi tanımırdı. Bir az bizə baxıb təntənə ilə:
-Mən Səddamam!
Bir az pauza verib:
-Lələnin adamıyam.
Mən Gəncədə Səddam ləqəbli birinin olduğunu xatırladım.
Səddam stolun üstündəki arağa baxıb:
-Bunu niyə içmirsiniz?-deyib arağı açdı və dalbadal iki qədəh içəndən sonra:
İndicə navodkayla bir tank vurduq.Toçnu dannı verdilər vurduq.
Bu  adamın yalan danışdığını içəridəki adamlar anlamışdı. Səddam bir qədəh də içəndən sonra :
-Kavavı da buz eliyib qoymusunuz bura. Əlac yoxdu, buna da şükür. Onsuz da gedirəm Yevlaxa. Lələ Bakıdan gəlir. Yevlaxda qarşılayıb Gəncəyə gedəjiyik. Qradımız qurtarıb. Qrad da Gəncədədi. Gedib gətirəjəm.
Mən:
-Niyə Gəncəyə gedirsən? Bu saat Gəncədə kim lazımdısa səni telefonla birləşdirim, sifarişini ver, qoy yükləsinlər qrad gəlsin. Sən Gəncəyə gedəsi, gələsi Ağdam alınar.
Səddam bir az üzümə baxıb:
-Yox, lələ olmasa bizə diş qurtdalamağa çöp də verməzlər. Hə.., diş qurtdalıyanız ola bəlkə?
Bütün danışığıyla ikrah doğuran bu adama baxıb fikirləşirdim: - gör Qarabağın taleyilə kimlər oynayır?
Səddam getdi.
Elə bu vaxt teatrın binası ətrafına qrad, top mərmiləri yağmağa başladı. MTN ”“in binası da mərmi düşən yerin lap yaxınında idi. Ağdamın əməliyyat işçisi Nadir Əliyev mənə yaxınlaşıb: İlham müəllim, xahiş edirəm daha gecdi,  gedin.
-Nadir, mən əlisilahlı gəlmişəm, vuruşmağa gəlmişəm. Vəziyyət çox ağırdı. Sizi belə qoyub hara gedim?
-Bizdən narahat olma, biz öyrəncəliyik, -bu sözləri də rəis Yaqub Axundov dedi.  Söz Yaqubun ağzından təzəcə çıxmışdı ki, güclü partlayış oldu. Şüşələr qırıldı. Qəlpə düz yanımdan keçib pəncərənin taxtasına girdi. Nadir qəlpəni taxatadan çıxarıb mənə verdi:
İlham müəllim, bunu yadigar saxla, amma sən balalarının canı, nə olar çıxın gedin. Heç olmasa zirzəmiyə düşək.
 
Zirzəmiyə girəndə gözlərimə inanmadım...

Ardı var...
Link kopyalandı!
Son xəbərlər