Ağ Ev niyə şimal ayısının” əmisi oğlu” rolundadır?
Analitika
579
10:00, Bu gün

Ağ Ev niyə şimal ayısının” əmisi oğlu” rolundadır?

Sovet dövrü yaşayanlar da, SSRİ dağılandan sonra şahid olanlar da bilir ki, hər zaman Rusiyanın siyasətində bir nömrəli düşmən olaraq hədəf ABŞ göstərilirdi. Minskdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali məktəbində oxuyanda ilk mühazirədə eşitdiyim bu ifadə idi: ABŞ SSRİ-nin bir nömrəli düşmənidir. SSRİ dağılandan sonra da, ABŞ Rusiya Federasiyasının əsas düşməni olaraq açıq şəkildə göstərildi. Bu gün də elədir. Bu gün də Rusiya üçün ABŞ bir nömrəli düşməni olaraq qalır. ​ Münasibətlərin dalğalı şəkildə inkişafında belə, Rusiya üçün hədəfin nömrəsi dəyişməyib. Bəs, ABŞ üçün necə? Birləşmiş Ştatlar da Rusiya siyasətinin bir nömrəli hədəfinin Vaşinqton olduğunu bu müddətdə yaxşı bilir və əks mövqe qoymaqla indiyədək Rusiyanı növbəti işğalçılıq hədəflərinə çatmaqdan çəkindirib. İndi nə baş verir? İkinci Dünya müharibəsindən sonra, soyuq müharibə illərində, SSRİ dağılana qədər, dağılandan sonra da Rusiya siyasətinin mahiyyətini bildiyi halda, 80 il dünya düzənini pis-yaxşı qoruyan Ağ Ev nədən “şimal ayısının əmisi oğlu rolundadır”?
 
​ On aydan çoxdur ki, Donald Tramp ABŞ prezidenti kimi rəsmən vəzifə səlahiyyətlərini həyata keçirir. Həmin müddət ərzində ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə xüsusi heyranlığını və loyal münasibətini dəfələrlə nümayiş etdirib. Yəni, təcavüzkar dövlətin və onun təcavüzkar liderinin işğalçılıq siyasətinə dəstək nümayiş etdirib. Sonuncu dəfə 28 maddəlik psevdo sülh müqaviləsinin Putinin nümayəndəsi ilə birgə hazırlanıb dünyaya nümayiş etdirilməsi qeyd olunanların yanlış olmadığını sübut edir.
 
​ İkinci Dünya müharibəsindən sonra dünya düzəninə daha çox nəzarət edən və ideal olmasa da müəyyən dərəcədə təsir və təzyiq imkanları ilə düzəni qoruyan ABŞ, indi beynəlxalq hüququn əleyhinə gedərək zorla sərhəd dəyişilməsinə bəraət qazandırır. ABŞ “süddən çıxmış ağ qaşıq” deyil, amma Rusiya ilə müqayisədə “toya getməlidir”. ABŞ müdaxilə etdiyi ölkəni təsir altına almağı, rejimi dəyişməyi hədəf bilirsə, Rusiya birbaşa ərazini işğal etməyi, torpaq tutub ərazisinə qatmaq siyasətini həyata keçirir.., Ukraynaya təcavüzü kimi.
 
​ ​ Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibənin “ilk səbəbləri” adlandırdığı ​ “denatsifikasiya”, “demilitarizasiya”, dil və kilsə məsələləri ​ müharibə üçün yalnız ​ bəhanə idi. Məqsəd, “ çar- prezident” Putin tərəfindən Romanovlar sülaləsinin apardığı işğalçılıq siyasətinin davam etdirilməsidir. I Pyotrun, II Yekatrinanın son zamanlar Rusiya telekanallarında ideallaşdırılması təbliğatı da bu siyasətin tərkib hissəsidir.
 
Amerika bunu bilmirmi? Tramp və onun komandası hansı prinsipləri əsas götürüb təzavüzə məruz qalmış Ukraynanın təslimçilik aktını hazırlayır? Yaxşı ki, hələ yaxşılar qalıb. Faktiki olaraq Avropa liderləri, Kanada və Yaponiya rəhbərləri birmənalı olaarq “Tramp-Putin” təslimçilik müqaviləsini qəbul etmədilər.
 
​ Avropa və Ukraynanın Tramp müqaviləsinə etirazı siyasətdən çox, mənəviyatın, vicdanın, ədalətin, haqqın, beynəlxalq hüququn etirazı kimi qiymətləndirilməlidir. Zelenskinin “ya ləyqaətimizi itirməliyik, ya da ən yaxıın tərəfdaşımızı” dilemması mövcud situasiyanın ən dəqiq dəyərləndirilməsi idi. Siyasətdən çox, mənəvi yükü ağır olan bu müraciətin tarixi əhəmiyyətini ukraynalılar bəlkə də illər sonra daha dəqiq anlayacaqlar. İndiki korrupsiya qalmaqalı və qış mövsümündə enerjidən məhrum olan xalqın psixoloji durumu bəlkə də imkan vermədi ki, küçələrə çıxıb Tramp müqaviləsinə kütləvi etirazla “ləyaqət prinsipini” üstün tutduqlarını dünyaya göstərsinlər. Onsuz da Ukrayna hərbiçiləri ən ağır şəraitdə o ləyaqəti başları üstə bayraq edə biliblər və edəcəklər!
 
​ Sülh tezliklə də ola bilər, amma... Cenevrə danışıqlarında bir sıra məsələlərə aydınlıq gətirilsə də, Almaniya kansleri Fridrix Merts dediyi kimi “ Ukraynada sülh bir gecəyə başa gəlməz”. Digər Avropa liderlərindən fərqli olaraq Kansler alman dəqiqliyi ilə bildirdi ki, Putin müharibəsinin Avropanın təhlükəsizliyinə təsirini nəzərə alaraq, Avropa ilə məsləhətləşmələr aparılmalı və Ukrayna üçün sülh planına razılıq verilməlidir.​ Kansler Rusiyanı danışıqlar masasına gəlməyə və danışıqlarda daha fəal iştirak etməyə çağırdı.
 
​ Ağ Ev komandasına baxanda, nisbətən dövlət katibi Marko Rubionu başqa üzvlərdən bir qədər fərqləndirmək olar. Yəqin, bu xüsusiyyətə görə, məhz danışıqlar aparmaq üçün Cenevrəyə o şəxsən özü gəlib. Danışıqlar nə qədər gərgin keçsə də, ümumi razılıq əldə edilib və 28 maddəlik təslimçilik müqaviləsindən fərqli olaraq Ukraynanın və Avropanın, hətta deyərdim ki, bəşəriyyətin maraqları nəzərə alınmaqla sülh müqaviləsi planı əsasən razılaşdırılıb. Son qərarın Zelenski ilə Tramp arasında Vaşinqtonda gözlənilən görüşdən sonra verilməsi barədə fikirlər səsləndirilir. Bu həftə sonuna gözlənilən görüşün təxirə salınması onu göstərir ki, hələ konsensusa nail olunmayıb.
 
​ Razılıqdan sonra qarşıda Rusiyanın cavabı gözlənilir. Ən çox ehtimal olunan cavab - , yeniləri masa üstündədir və qarşıdakı qış mövsümü Rusiya üçün də olduqca çətin olacaq. Putin eqosu tezliklə razılaşmanı qəbul etməsə də, “daşdəmirin yumşalması” mərhələsinə qədəm qoyulduğu artıq hiss olunur.
 
​ İlham İsmayıl
Link kopyalandı!
Son xəbərlər