“Ermənistan vurduğu zərəri ödəyəcək: Həm də sonuncu qəpiyinə qədər!”
Analitika
2378
19 Feb 2025 | 14:04

“Ermənistan vurduğu zərəri ödəyəcək: Həm də sonuncu qəpiyinə qədər!”

“Ermənistan 1988-ci ildən etibarən Azərbaycana dəyəri 100 milyardlarla hesablanan maddi zərər vurub və vurduğu zərərə görə təzminat ödəməsi mütləqdir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan artıq vurulan zərərin ödənilməsi üçün əlaqədar qurumlara müraciət edib:

 

“Ermənistanın vurduğu ziyanın dəqiq məbləği müəyyən edilib və dövlətimiz bunun ödənilməsi üçün beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb. Azərbaycan haqlı olaraq hesab edir ki, Ermənistan müharibə və işğal dönəmində vurduğu zərəri tam şəkildə ödəməlidir. Bu, beynəlxalq praktikada da qəbul edilən bir addımdır. Faşist Almaniyası ilə bağlı baş verənlər buna nümunədir.

 

Azərbaycan təzminatın ödənilməsinə nail olacaq və bu məsələdə güzəştə getməyəcək.

 

Ermənistan vurduğu zərəri ödəyəcək. Həm də sonuncə qəpiyinə qədər... Təzminatı necə, hansı şəkildə ödəyəcək – bunu gələcək proseslər, gələcək razılaşmalar göstərəcək”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər