Ukraynanın pilotsuz uçuş təyyarələri Saratov vilayətinə hücum edib
Analitika
449
14:12, Bu gün

Ukraynanın pilotsuz uçuş təyyarələri Saratov vilayətinə hücum edib

 
"Saratov neft emalı zavodu 20-dən çox növdə neft məhsulu buraxır və Rusiyanın işğalçı ordusunun təminatında iştirak edir..."
 
Ukrayna Müdafiə Qüvvələri Saratov vilayətində yerləşən Rusiya neft emalı zavoduna uğurla zərbə endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Saratov və Engels şəhərlərinə hücum edib, hədəfdə neft emalı zavodu və strateji aviasiya hava limanı olub.
 
Saratov vilayətinin qubernatoru Roman Busargin bölgədə PUA təhlükəsinin mövcudluğunu təsdiqləyib və "sənaye obyektində" zərərin olduğunu bildirib, lakin ətraflı məlumat verməyib. Vilayətdə hava hücumu siqnalı elan olunub.
 
"VÇK-OQPU" "Telegram" kanalı yerli sakinlərə istinadən Saratovda yerləşən və "Rosneft" strukturuna daxil olan "Krekinq" neft emalı zavodunda yanğın baş verdiyini yazıb.
 
Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Saratovdakı neft emalı zavoduna zərbə endirildiyini təsdiqləyib və bu zavodun Rusiya işğalçı ordusunun təminatında iştirak etdiyini vurğulayıb.
 
Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri, Baş Kəşfiyyat İdarəsi, Xüsusi Əməliyyat Qüvvələri və Müdafiə Qüvvələrinin digər bölmələrinin koordinasiyalı fəaliyyəti nəticəsində 2025-ci il fevralın 11-nə keçən gecə Saratov neft emalı zavodu vurulub. Bu müəssisə kompleks neft emalı ilə məşğuldur.
 
Sözügedən zavod əsasən benzin, mazut, dizel yanacağı istehsal edir və ümumilikdə 20-dən çox növdə neft məhsulları buraxır. Müəssisə Rusiya işğalçı ordusunun təminatında iştirak edir.
 
Engelsə endirilən zərbələrlə bağlı isə nə Rusiya hakimiyyəti, nə də Ukrayna hərbçiləri rəsmi açıqlama verib. "VÇK-OQPU" partlayış və yanğınları əks etdirən videolar yayıb və hərbi hava limanına hücumun davam etdiyini bildirib. Həmçinin, Engels sakinləri tərəfindən çəkilmiş və hava hücumundan müdafiə sisteminin (HƏM) işini göstərən görüntülər Ukrayna KİV-lərində yayımlanıb.
 
Rusiyanın neft emalı zavodlarına hücumlar
 
Xəbər verildiyi kimi, bu zavod əvvəllər də hücuma məruz qalıb. Saratov neft emalı zavodu Rusiyanın yanacaq infrastrukturunun əsas obyektlərindən biridir və onun illik emal gücü 7 milyon ton neft təşkil edir.
 
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatlar Şurasının sədri İvan Timoçkonun sözlərinə görə, son dövrlərdə Ukrayna Rusiyada yerləşən 30 ən iri neft emalı zavodundan 20-dən çoxuna zərbə endirib. O, vurğulayıb ki, Ukrayna bu cür hücumları sistemli şəkildə həyata keçirməyi bacarıb. Və ən vacibi odur ki, Rusiya ilə müqayisədə bu zərbələr yalnız hərbi obyektlərə endirilir.
 
"VÇK-OQPU" "Telegram" kanalı yerli sakinlərə istinadən Saratovda yerləşən və "Rosneft" strukturuna daxil olan "Krekinq" neft emalı zavodunda yanğın baş verdiyini yazıb. Engelsdə Rusiyanın strateji aviasiya bazası yerləşir. Buradan qalxan bombardmançılar Ukrayna ərazisini mütəmadi olaraq qanadlı raketlərlə vurur.
 
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Saratov vilayəti üzərində 18 PUA-nın vurulduğunu açıqlayıb. Ümumilikdə isə, Rusiya hərbi qurumunun məlumatına görə, ölkə ərazisinə 40 PUA hücumu edilib. "Rosaviasiya"nın məlumatına əsasən, Kazan, Kirov, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reyslərin qəbulu və göndərilməsini dayandırıb.
 
Bundan öncə, yanvar ayının əvvəlində Saratov və Engelsə qarşı genişmiqyaslı hücumlar həyata keçirilib. O zaman "Kristall" kombinatının neft bazasında yanğın baş verib. Bu müəssisə "Rosrezerv" federal dövlət qurumuna aiddir və "Engels-2" aviabazası üçün yanacaq ehtiyatlarının saxlanılmasına cavabdehdir. Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürəni həlak olub.
Link kopyalandı!
Son xəbərlər