Qərbin də, Şərqin də ümidi: HƏMAS-ın yeni lideri - ŞƏRH + FOTO
Oxunub: 1456
08 Aug 2024 | 17:05
Qərbin də, Şərqin də ümidi: HƏMAS-ın yeni lideri - ŞƏRH + FOTO
Oktyabrın 7-dən sonrakı hadisələr sübut etdi ki, HƏMAS hərəkatı həm də xarici qüvvələrin Qəzza zolağındakı təmsilçisi, ümumiləşdirilmiş silahlı-siyasi fiqurudur. Son on ayda bu təşkilatın adı Fələstin dövlətindən daha çox hallanır.
 
İyulun sonunda HƏMAS Siyasi Bürosunun Baş katibi İsmayıl Haniyənin Tehranda öldürülməsi onunla bağlı məsələləri daha da aktuallaşdırıb. Əvvəllər Fələstin Azadlıq Təşkilatı və onun lideri Yasir Ərəfat məşhur idi. Onun ölümündən sonra Mahmud Abbas ölkədəki siyasi, hərbi və sosial sahədə yaranmış boşluğu doldura bilməyib. 2006-cı ildə HƏMAS yerli seçkilərdə qalib gəlməklə hazırda parçalanmış vəziyyətdə olan Fələstində ikihakimiyyətlilik yaradıb. Həmin illərdən başlayaraq hərəkat Fələstinin mərkəzi hökumətindən asılı olmayaraq “müstəqil siyasət” yürütməyə başlayıb.
 
- HƏMAS hansı qüvvələrin maraqlarının ifaçısıdır?
 
- Hərəkatın indiki lideri kimdir?
 
- HƏMAS-ın və Fələstinin gələcəyi necə olacaq?
 
- İsrailin hərbi əməliyyatı dayanacaqmı?
 
 
Yazıda bu suallara aydınlıq gətirməyə çalışacağıq. HƏMAS (İslam Müqavimət Hərəkatı (Karakat əl-Mukavama əl-İslamiyyə) 1987-ci ildə birinci Fələstin intifazəsi zamanı İsrailin maliyyə dəstəyi ilə Misirdəki “Müsəlman qardaşları”nın Fələstindəki xeyriyyə cəmiyyəti kimi yaranıb. O vaxt bu təşkilat dünyəvi FƏTH-in sıxışdırılması məqsədi ilə yaradılıb. Onun ilk lideri Əhməd Yasin olub. Hərəkat siyasi və hərbi qollardan ibarətdir. HƏMAS hesab edir ki, İsrail torpaqları da daxil olmaqla bütün ərazi Fələstinə məxsusdur. Onlar həmin ərazini vəqf torpaqları sayır. 1993-cü ildə Norveçin paytaxtı Osloda Fələstin-İsrail arasında sülh razılaşmasından imtina edərək İsrailə qarşı silahlı mübarizəni davam etdirmək qərarına gəlib.
 
2007-ci ildə FƏTH-lə HƏMAS arasında silahlı qarşıdurmadan sonra hərəkat Qəzza zolağında nəzarəti bütövlükdə ələ keçirib. Bu isə Fələstinin tanınması prosesi üçün ən böyük maneə olub. Çünki HƏMAS ölkənin tanınmasından daha çox İsrailin məhv edilməsi ideyası uğrunda mübarizə aparır. Onun indi əsas sponsoru və müdafiəçisi İran hakimiyyəti sayılır. Məlumatlara görə, hərəkatın maliyyə xərclərinin yarıdan çoxunu Tehran təmin edir. Qətərin də bu istiqamətdə fəal olduğu iddia iddia edilir. Onlar ideya-siyasi cəhətdən də oxşardırlar. Tehranın başlıca prinsiplərindən biri “İsrailə ölüm!”, yaxud “yəhudi dövlətini dünyanın siyasi xəritəsindən silmək"dir.
 
HƏMAS İranla yanaşı, həm də onun daxil olduğu iqtisadi-siyasi qruplaşmanın - Rusiya, Çin, Şimali Koreyanın İsrailə qarşı maraqlarının təmsilçisidir. Bu, eyni zamanda yəhudi dövlətini müdafiə edən ABŞ, Böyük Britaniya başda olmaqla, Qərb blokuna qarşı olmaqdır. Deməli, HƏMAS Qərb blokuna qarşı Çin başda olmaqla, şərti Şərq qrupunun təmsilçisidir. İndiki şəraitdə əsir və girovların azad edilməsi kimi yarımçıq şərtlər əldə əsas götürülməklə, əslində, ABŞ və onun müttəfiqlərinin regiondakı maraqlarına qarşı savaş aparılır.
 
 
HƏMAS təşkilat kimi iki qurumdan ibarətdir: Məşvərət Şurası və Siyasi Büro. Şura Siyasi büro üzvlərini, onlar isə baş katibi seçir.
 
HƏMAS İsrailə qarşı mübarizədə partlayıcı kəmər “gəzdirən” intiharçılardan, dinc sakinlərin girov götürülməsindən istifadə edir. Onun əsas silahlı dəstəsi “İzəddin əl-Kassam” adlanır. ABŞ, Argentina, Kanada, Yaponiya, Yeni Zelandiya, İsrail, Avropa İttifaqı və Amerika Dövlətləri Təşkilatı HƏMAS-ı terror təşkilatı sayır. Misir də daxil olmaqla, bir sıra ərəb ölkələri onu əvvəllər terror təşkilatı saysa da, iyun ayında Ərəb Dövlətləri Liqası bu iddianı geri götürüb. BMT, Norveç, Rusiya, Türkiyə, Çin Xalq Respublikası və Qətər hərəkatı terror təşkilatı olaraq tanımır. Böyük Britaniya və Avstraliya isə onun silahlı qolunu “İzəddin əl-Kassam”ı terrorçu sayır.
 
HƏMAS-ın liderlərinə qarşı sui-qəsdlər əvvəllər də olub. 1997-ci il sentyabrın 25-də təşkilatın Siyasi Bürosunun ovaxtkı sədri Xalid Məşələ edilən sui-qəsd cəhdinin qarşısı alınıb.
 
İsrail hakimiyyəti HƏMAS liderlərini məhv etməyi özünün prioritetlərindən sayır. Bu il hərəkatın Siyasi Bürosu başçısının müavini Saleh əl-Aruri, hərbi qanadın komandanı Məhəmməd Deyf, “İzzəddin əl-Kassam briqada”sı komandanının müavini Marvan İssanın öldürülməsini örnək kimi göstərmək olar.
 
 
Təşkilatın Siyasi Bürosunun yeni baş katibi, əvvəllər HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin başçısı Yəhya Sinvar da İsrailin “zərərsizləşdirəcəkləri” siyahısındadır. O, oktyabrın 7-də İsrailə edilən hücumun təşkilatçısı sayılır. HƏMAS qruplaşmasının silahlıları həmin akt nəticəsində 1200 nəfəri öldürüb, 250-yə yaxın şəxsi girov götürüblər. Onun zolaqda olduğu iddia olunsa da, Rəfahda tapılmayıb. Həmin bölgədə olan Məhəmməd Deyf öldürülsə də, Yəhya Sinvar sağ qalıb. Yəhya Sinvar 1962-ci ildə Fələstində Xan Yunusda qaçqın düşərgəsində anadan olub. Qəzzada İslam Universitetində Ərəb dili və filologiyası fakültəsini bitirib. 2011-ci ildə HƏMAS Siyasi Bürosuna üzv seçilib.
 
2017-ci ildə İsmayıl Haniyə Siyasi Büronun baş katibi seçiləndən sonra o, Qəzza zolağında hərəkatın sədri seçilib. Sinvar ilk dəfə 1982-ci ildə 4 ay müddətinə həbs edilib. 1985-ci ildə “gizli təşkilat qurmaq” ittihamı ilə ikinci dəfə tutulub. 1988-ci ildə İsrail tərəfindən tutularaq dörd dəfə ağırlaşdırılmış həbs cəzası verilib və 23 il həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. O, HƏMAS daxilində müharibəni davam etdirməyin tərəfdarı kimi çıxış edir. Sinvar bir müddət əvvəl bildirmişdi ki, xaricdəki HƏMAS-çıların İsraillə sülhdən danışmağa haqları yoxdur. O demişdi ki, yalnız zolaqdakıların belə bir hüququ var.
 
İsmayıl Haniyəyə gəldikdə, onun Tehranda öldürülməsi ilə bağlı bir sıra versiyalar var. Onlardan biri də HƏMASdaxili məsələ və İran-HƏMAS ziddiyyəti ilə bağlıdır. Sinvarın yuxarıda qeyd etdiyimiz açıqlaması İsmayıl Haniyənin İsrail tərəfindən deyil, HƏMAS-İsrail münasibətlərinin normallaşmasına qarşı olanlar tərəfindən öldürüldüyü ehtimalını irəli sürməyə əsas verir. Bu ilin aprelində İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsinin həlak olduğuna dair xəbər yayılmışdı.
 
 
Əmir Haniyə HƏMAS-ın hərbi qanadının eskadrilya komandiri, Məhəmməd və Hazem haniyələr isə qrupun komandirləri olublar.
 
Ə.Haniyə “Al-Jazzera”ya deyib ki, İsraillə barışıq danışıqları ilə bağlı mövqeyini dəyişməyə səbəb olmayacaq. Buna baxmayaraq, İsmayıl Haniyənin FƏTH-HƏMAS və İsraillə danışıqları koordinasiya etdiyi də iddia olunur. O halda oğlanları və nəvələrinin ölümü ilə bağlı iki ehtimal irəli sürmək olar: birinci, Haniyəni sülhə məcbur etmək, ikinci, İsmayıl Haniyə danışıqlar tərəfdarı olduğuna görə oğlanları və nəvələrinin ölümü ilə ona xəbərdarlıq edilib, buna razılıq vermədiyi üçün Tehranda özünü öldürüblər.
 
HƏMAS-ın regionda silahlı qüvvə kimi sıradan çıxarılması Fələstin-İsrail münasibətlərinə müəyyən mənada müsbət təsir göstərə bilər. İlk növbədə, onların İsraili mümkün tanıması ilə bağlı addım atması vəziyyəti yumşaldar. Bu perspektivdə HƏMAS-ın siyasi qüvvə olaraq Fələstin dövlətinin quruculuğunda iştirakına da şərait yaranar. Əks halda, İsrail HƏMAS-ın bütün liderlərini və aparıcı fiqurlarını sırada çıxaracaq. Belə olan halda hərəkata İsraillə savaşmaqda maraqlı olan ölkələr rəhbərlik edəcək.
 
HƏMAS və daha çox xarici qüvvələrin maraqlarını Fələstin torpaqlarında, o cümlədən Qəzzada ifadə edənlər zolaqdan çıxmayanadək vəziyyətin dəyişməsi mümkün olmayacaq. Çünki Fələstinin tanınması və gələcəyi İsraillə münasibətlərin normallaşmasından və dayanıqlı sülhə dair müqavilənin imzalanmasından asılıdır.
 
HƏMAS İranın, Tehran Çinin və Rusiyanın maraqlarının icraçısı olduğu müddətdə regionda əmin-amanlığın yaranması ehtimalı yox dərəcəsindədir.
 
 
İran hakimiyyətinin İsrailə qarşı olan əsas şüarlarından birindən imtina onu süquta aparar. Odur ki, HƏMAS-ın arxasındakı qüvvələr İranın da möhkəm dayanması üçün əllərindən gələni edirlər. Prezident İbrahim Rəisinin təhlükəsizliyini təmin etməkdə, yeni helikopter almaqda çətinlik çəkən Tehranın gec-tez HƏMAS-dan da imtina edəcəyi istisna olunmur. Çünki zaman Fələstin-İsrail məsələsinə yeni yanaşma tələb edir.
 
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Yəhya Sinvar atəşkəs razılaşması üzrə danışıqlarla bağlı əsas qərar qəbul edən şəxs olub və belə də qalır. O, HƏMAS-ın yeni liderinin İsraillə müqavilə bağlamağa qadir olduğunu da vurğulayıb. Blinken qeyd edib ki, İsmayıl Haniyə öldürüldükdən sonra İsraillə HƏMAS arasında razılaşmaya dair danışıqlar davam edir.
 
Fələstində, o cümlədən Qəzza zolağında radikal qruplaşmalar və qanunsuz silahlı birləşmələr zərərsizləşdirildikdən sonra yeni şərait yaranacaq. Odur ki, HƏMAS deyil, təzələnmiş İslam Müqavimət Hərəkatı yeni Yaxın Şərq vəd edə bilər... /Report/
 
Oxşar xəbərlər
17:12, Bu gün
Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI
17:05, Bu gün
Bakıda "Formula-1"ə görə bağlanan bütün yollar açıldı
16:58, Bu gün
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı PAYLAŞIM - VİDEO
16:51, Bu gün
Xərçəngdən qorunmaq üçün nə etməliyik?
16:44, Bu gün
"Yəhya Sinvar tezliklə Fələstin xalqına və bütün dünyaya müraciət edəcək" - HƏMAS nümayəndəsi
16:37, Bu gün
Bakıda sahibkar yeni gətirilən avtobusların təkərlərini deşdi - FOTO
16:30, Bu gün
Hava ilə bağlı xəbərdarlıq - Sabahdan...
16:23, Bu gün
Azərbaycanlı aparıcı getdiyi restorandan şikayətləndi: "Mənə Allahın çörəyini də vermədilər"
16:16, Bu gün
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
16:10, Bu gün
Məktəblilərə də təqaüd verilsin - Tahir Kərimli
16:03, Bu gün
"Rusiyalıların başçısı, sadəcə, oyunçudur" - Zelenski
15:57, Bu gün
Nəvələri mərhum sənətkarın arzusunu yerinə yetirdi-FOTOLAR
15:51, Bu gün
Ekspert nəqliyyatdakı tıxaclara görə qurumları qınadı: “Lazımi tədbirləri görsəydilər...” - VİDEO
15:44, Bu gün
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub
15:38, Bu gün
Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər - VİDEO
15:32, Bu gün
"Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır" - Vüqar Rəhimzadə
15:26, Bu gün
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub - FOTO
15:20, Bu gün
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini o oldu - FOTO
15:15, Bu gün
AAYDA sədri Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə baxış keçirdi - FOTO/VİDEO
15:10, Bu gün
BDU-da Bilik Günü qeyd olundu - FOTOLAR
15:05, Bu gün
XIII əsrə aid “vampir məzarı” qazıldı – Qorxunc olay gün üzünə çıxdı - FOTO
15:00, Bu gün
Azərbaycanda bu vəzifəli şəxslər cərimələndi
14:55, Bu gün
"Putinin Türkiyəyə səfəri ətrafında müəmmalar..." - "Medya Günlügü"
14:50, Bu gün
"Whatsapp"dan pul qazanmaq mümkün olacaq - YENİLİK
14:46, Bu gün
Xalq artisti: "Atın zibilliyə!"
14:40, Bu gün
İlk dərs günü məktəbdə bıçaqlanma - RƏSMİ
14:40, Bu gün
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri...
14:35, Bu gün
Azərbaycanlı aktyor modelin ayaqqabısından viski içdi - VİDEO
14:30, Bu gün
Tanınmış meyxanaçıdan ÜZÜCÜ XƏBƏR
14:26, Bu gün
"Bacımı bağışlaya bilmirəm" - VİDEO
14:20, Bu gün
Azərbaycan Rusiyaya nota göndərdi
14:15, Bu gün
Paşinyan Gürcüstana getdi
14:10, Bu gün
Müşviqin gənc qadınla səmimi rəqsi müzakirə yaratdı - VİDEO
14:05, Bu gün
MSK yekun siyahını AÇIQLADI
13:59, Bu gün
MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək
13:54, Bu gün
İlahiyyatçıdan səs-küylü açıqlama: “Uşaqlara bu adları qoymaq günahdır”
13:48, Bu gün
Həkimdən ÇAĞIRIŞ: "Diaqnoz nə qədər erkən qoyularsa, o qədər yaxşı olur “ - MÜSAHİBƏ
13:42, Bu gün
Bu marşrutun hərəkət sxemində dəyişiklik edildi
13:36, Bu gün
Milli Məclisdə neçə siyasi partiya təmsil olunacaq?
13:31, Bu gün
BDU-nun 60 yaşlı bu prorektoru İran kəşfiyyatı ilə əlaqədə şərlənərək sürgün edildi və...
13:30, Bu gün
Temperatur aşağı düşür - HAVA PROQNOZU
13:25, Bu gün
“Brilliant xanım məni o qədər ağladıb ki…” - VİDEO
13:19, Bu gün
"Artıq MSK-nın icraatında müraciət qalmayıb" - Məzahir Pənahov
13:14, Bu gün
“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOLAR
13:09, Bu gün
İşə düzəltmək adı altında 100-dən çox vətəndaşı aldatdılar - VİDEO
13:04, Bu gün
35 məntəqədə seçki komissiyaları buraxıldı
13:00, Bu gün
ATV-də "Əlvida xoşbəxtlik" başlayır - VİDEO
12:54, Bu gün
ŞAD XƏBƏR: Dövlət bu şəxslərin ipoteka kreditlərinin bir hissəsini ödəyəcək
12:49, Bu gün
Nura geyimi ilə diqqət çəkdi - FOTO
12:44, Bu gün
Özünü şəhidin xanımı kimi təqdim etmişdi - Həbs olundu
12:40, Bu gün
Ayseli oğlu öldürübmüş: CƏSƏDİ İLƏ 3 GÜN eyni evdə yaşayıb - Dəhşətli CİNAYƏT - FOTOLAR
12:36, Bu gün
Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
12:32, Bu gün
Türkiyənin dəhlizlə bağlı mövqeyi: Bu şərtlə açılmasını istəyir
12:28, Bu gün
Münasibətlərdə "çürükçü" bürclər - Onlar sizin həyat enerjinizi udur...
12:25, Bu gün
Fransa xarici işlər naziri Ermənistanda İranın tezislərini təkrarladı
12:22, Bu gün
Dövlət qurumlarına və vətəndaşlara qarşı kiberhücumların sayı kəskin artıb - RƏSMİ
12:18, Bu gün
Qaynadılmış yeməklərin sağlamlığa təsiri – Açıqlama
12:16, Bu gün
Azərbaycan XİN Meksikanı təbrik etdi - FOTO
12:12, Bu gün
"Quruda da, suda da xoşbəxt olmalı..." - Sevinc Elsevər
12:09, Bu gün
Bakıda qadın iki kişini bıçaqladı
12:05, Bu gün
“Ekspress Keno” ilə arzulara aparan şans səyahəti
12:00, Bu gün
Bu məhsulun qiyməti ilə bağlı VACİB XƏBƏR - Ucuzlaşır...
11:58, Bu gün
BDU-da yeni tədris ili başlayıb
11:48, Bu gün
Mirzoyan yenə sülhdən danışdı: “HAZIRIQ”
11:39, Bu gün
Narinin anasının dedikləri ÇAXNAŞMA yaratdı: "Qızım bunu bilir, dözə bilməz..." - VİDEO
11:32, Bu gün
Dünən Bakının Qurtuluş günü idi - Bəs bu gün o hələ kimlərdən və nələrdən qurtulmalıdır?..
11:31, Bu gün
Şuşada 64 nəfər BU SƏBƏBDƏN CƏRİMƏLƏNDİ- FOTO
11:30, Bu gün
Metroda fasilə yarandı: Səbəb nədir? - RƏSMİ AÇIQLAMA
11:24, Bu gün
Əli Əsədov daha bir qərar imzaladı
11:15, Bu gün
“20 Sentyabr Azərbaycanda bayram günü kimi qeyd olunmalıdır”
11:09, Bu gün
Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
10:57, Bu gün
Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur
10:46, Bu gün
Çəlləkdən professorun paltarsız meyiti tapıldı - FOTOlar
10:35, Bu gün
Sürücülərin maşınla bağlı bir-birlərinə verdiyi 10 zərərli TÖVSİYƏ
10:28, Bu gün
Sejurne İrəvana bu qədər pulla gəldi
10:06, Bu gün
Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video
09:50, Bu gün
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü - Foto
09:43, Bu gün
Payızda sevgililərini itirə biləcək BÜRCLƏR
09:39, Bu gün
Həddindən artıq duz yeməyin fəsadları
09:30, Bu gün
Əhalinin DİQQƏTİNƏ – Sentyabrın 17-si saat 13:00-dək
09:25, Bu gün
Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri açıldı
09:16, Bu gün
Şuşada 33 ildən sonra ilk zəng çalınıb
09:00, Bu gün
Bakıda qayınana gəlinin acığına GÖRÜN NƏ ETDİ - Toyda ŞOK PLAN - VİDEO
08:56, Bu gün
Bakını kim idarə edəcəkdi? - Nuru Paşa və Rəsulzadə arasında gərginlik
08:49, Bu gün
Övladları birinci sinfə gedən JURNALİSTLƏR – FOTOLAR
08:45, Bu gün
“O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”-ÖZƏL
08:33, Bu gün
Özəl klinikalarda müayinələr niyə bahadır?- SƏBƏB 
08:30, Bu gün
Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı...
08:25, Bu gün
Paytaxtda söküntü zamanı ətrafdakı evlərə ziyan vurulub - VİDEO
08:17, Bu gün
Bakıda bu prospekt və küçələrdə svetoforlara “yaşıl dalğa” tətbiq edilir - Siyahı
08:09, Bu gün
ARB xəbər proqramını efirdən çıxartdı: Əvəzində Ülvira…
08:00, Bu gün
Bu gün Azərbaycana qar yağacaq - PROQNOZ
07:50, Bu gün
Saxta sənədlərlə məktəbə yazılıb qızlarla cinsi əlaqəyə girdi
07:48, Bu gün
"Putin boş-boş danışır... Bu imperialist faşist bizi yoldan çıxara bilməz..."-Britaniya XİN rəhbəri
07:30, Bu gün
Trampı öldürmək istəyən şəxsin kimliyi müəyyən edildi
07:22, Bu gün
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur
07:07, Bu gün
Trampa sui-qəsd cəhdində saxlanılan şəxs Ukraynaya dəstək ifadə edib... - "CNN"
00:32, Bu gün
Rusiya ordusunda vuruşan həmyerlimiz həlak oldu
00:07, Bu gün
Yeni tədris ilində Qarabağ və Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayır
00:06, Bu gün
Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
GÜNLÜK
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
15 Sep 2024 | 20:14
Formula 1 həyəcanı başa çatdı - FOTOLENT
15 Sep 2024 | 23:12
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
15 Sep 2024 | 18:44
Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
15 Sep 2024 | 18:57
Ələt-Astara magistralında qəza: Şəhid xanımı xəsarət alıb
15 Sep 2024 | 17:53
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
15 Sep 2024 | 18:11
"ABŞ prezidentliyinə namizədlər həyatın əleyhinədir" - Roma Papası
15 Sep 2024 | 18:43
ABŞ Rusiyaya görə TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ - Bu bölgəyə qoşun yeritdi...
15 Sep 2024 | 19:57
Sumqayıtda narkotik aludəçisi ürəktutmadan ölüb
15 Sep 2024 | 20:24
Nuran Abdullayev: "Qarabağ Universitetinda tibb fakültəsinin açılması nəzərdə tutularsa..."
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
AYLIQ
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
15 Sep 2024 | 20:14
Formula 1 həyəcanı başa çatdı - FOTOLENT
15 Sep 2024 | 23:12
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
15 Sep 2024 | 18:44
Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
15 Sep 2024 | 18:57
Ələt-Astara magistralında qəza: Şəhid xanımı xəsarət alıb
15 Sep 2024 | 17:53
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
15 Sep 2024 | 18:11
"ABŞ prezidentliyinə namizədlər həyatın əleyhinədir" - Roma Papası
15 Sep 2024 | 18:43
ABŞ Rusiyaya görə TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ - Bu bölgəyə qoşun yeritdi...
15 Sep 2024 | 19:57
Sumqayıtda narkotik aludəçisi ürəktutmadan ölüb
15 Sep 2024 | 20:24
Nuran Abdullayev: "Qarabağ Universitetinda tibb fakültəsinin açılması nəzərdə tutularsa..."