Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH + FOTO
Analitika
Oxunub: 251
15:54, Bu gün
Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH + FOTO

İran hakimiyyəti üçün iyulun 31-i yaddaqalan olacaq. Yeni seçilən Prezident Məsud Pezeşkian and içib. Onu təbrik etməyə gələnlər arasında HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə də olub.

Bundan bir gün əvvəl isə Məsud Pezeşkian Haniyə ilə görüşdə HƏMAS-ın apardığı mübarizəni dəstəkləyəcəklərini bildirib. Qarşı tərəf də göstərdikləri yardımla bağlı İrana təşəkkür edib. Bu görüşdən sonrakı gecə HƏMAS Siyasi Bürosunun baş katibi Tehranda mənzil qərargahında nöqtəvi raket zərbəsi nəticəsində ölüb. Hadisənin təfərrüatı hələ ki məlum deyil. Məsuliyyəti İsrail daxil olmaqla, heç kim üzərinə götürməyib.

Ancaq bu, HƏMAS-a çox ağır zərbədir. Hələ ki bu hadisə ilə bağlı şərhlər daxil olur. Fələstin dövlətinin başçısı Mahmud Abbas Haniyənin ölümünü sərt şəkildə qınayıb. Muxtariyyətin müxtəlif təşkilatları hadisə ilə bağlı etiraz aksiyası keçirməyə hazırlaşır.

Yeri gəlmişkən, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edəndən sonra da o, İrana səfər edərək ölkənin ali rəhbəri Seyid Əli Xamənei ilə görüşmüşdü. Ümumiyyətlə, onun İran hakimiyyəti ilə müharibədən sonra tez-tez əlaqə saxladığına dair xəbərlər yayılırdı. Çünki HƏMAS, “Hizbullah” və husilərin fəaliyyətini Tehran koordinasiya edir.

5c2b5a92-0b7b-3415-b8bc-8b661a33.jpg (90 KB)

 

HƏMAS bəyan edib ki, ölüm faktı regionda gərginliyi kəskin şəkildə artıracaq və cavabsız qalmayacaq. Yəmən husiləri bu hadisəni beynəlxalq normaların pozulması kimi dəyərləndirərək qisas alacaqlarını bildiriblər. Livan “Hizbullah”ı da İsmayıl Haniyəni öldürənlərə xəbərdarlıq edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani isə bildirib ki, bu, İranla Fələstin əlaqələrini daha da gücləndirəcək.

Sual yaranır: İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında müharibənin dayanmasına təsir göstərəcəkmi? Ötən həftə Fələstini təmsil edən təşkilatlar və qruplaşmaların iştirakı ilə HƏMAS-İsrail müharibəsindən sonra görüləcək işlərə dair Pekin qətnaməsi qəbul olunub. Həmin sənəddə İsrailin tanınması məsələsi də qeyd olunub. Çünki Fəth İsrailin tanınması tərəfdarı olsa da, HƏMAS hesab edir ki, “İsrail Fələstin torpaqlarında yaradılıb və o, məhv edilməlidir”. Bu təzadlı yanaşmaları ilə fələstinlilərin gələcəkdə birgə fəaliyyət göstərməsi qəbul olunub.

Ehtimal edilir ki, sərt çıxışlarına baxmayaraq İsmayıl Haniyə yeni atəşkəsin əldə olunması, danışıqlar prosesini kurasiya edib. Deməli, belə çıxır ki, Haniyə İsraillə danışıqların tərəfdarı olub. Qeyd edək ki, Qəzza zolağındakı hökumətlə yəhudi dövləti arasında 2006-cı ildə sonra silahlı hücum etməməyə dair razılaşma da olub. İsmayıl Haniyənin o vaxtlar Qəzza zolağına başçılıq etdiyini nəzərə alsaq, onda belə çıxır, baş katib rəsmi Tel-Əvivlə müəyyən anlaşma əldə edibmiş. Belə ehtimal olunur ki, bu anlaşmanı oktyabrın 7-də HƏMAS pozub. Belə bir şərait üçün onun öldürülməsinə dair başqa bir versiya da meydana çıxa bilər.

 

6ad4f947-3fde-30d5-9d93-f7ea94f1.jpg (68 KB)

 

Qəzza zolağında İsrailə qarşı müharibəyə başçılıq etdiyi iddia olunan Yəhya Sinvar və Məhəmməd Deyf bu məsələdə fərqli mövqedən çıxış edir. Yəhya Sinvar bu yaxınlarda bildirib ki, Qəzza zolağından kənarda olan HƏMAS liderləri bu hərəkat adından danışa bilməz.

Bu baxımdan hərəkat daxilində İsmayıl Haniyənin lider kimi qəbul etməyənlərin də olduğu istisna edilmir.

İsrail hökuməti HƏMAS-ı “məhv edəcəklərini” dəfələrlə bildirib. Onlar hərəkatı İŞİD terror qruplaşması ilə eyniləşdirirlər. İsrail hökumətinin Baş naziri Benyamin Netanyahu bildirib ki, dünya İŞİD-i məhv etdiyi kimi, onlar da HƏMAS-ı zərərsizləşdirəcək. Müxtəlif dövlətlərin fərqli mövqelərdən sülh çağırışlarına baxmayaraq, İsrail ona qarşı olan bütün silahlı qruplaşmaları məhv etməyi qarşısına hədəf qoyub. O, Livanda “Hizbullah”, Yəməndə husilər, Qəzza zolağında HƏMAS, Suriyada İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun bazalarına zərbələr endirir.

Son günlər Yəməndə neft anbarı və husilərin hərbi düşərgəsinin, Livanda “Hizbullah”ın obyektlərinin vurulması da bunu təsdiqləyir. İsrail KİV-i bildirib ki, “Hizbullah” qərargahın rəisi, üçüncü komandiri Hacı Möhsün kimi tanınan Fuad Şukr Beyrut ətrafında İsrail hava qüvvələrinin hücumu nəticəsində öldürülüb. İsrail Livanın paytaxtı Beyruta hava zərbələri endirib.

69a2d8e8-377e-3033-84cf-b347aa7b.jpg (104 KB)

 

İsrailin Livan və Yəməndə keçirdiyi son əməliyyatlar regionda silahlı qarşıdurmanı artıracağı, gücləndirəcəyi ehtimalını da artırır.

Ancaq bu savaşa regional və bölgədən kənar aktorların qoşulacağı gözlənilimir. Qəzza zolağında HƏMAS-ın bayraq edildiyi müharibənin bir tərəfində İsrail, ABŞ və onun müttəfiqləri, qarşı tərəfdə isə İran, Suriyadakı Bəşər Əsəd hakimiyyəti, Şimali Koreya, Rusiya və Çin durur. Əsas döyüşənlər isə İsrail və İrandır. Onlara əlavə dövlətlərin qoşulacağı ehtimalı isə indiki şəraitdə gözlənilmir. Çünki istənilən dövlətin, hətta İranın belə İsrailə qarşı açıq savaşa girişi ona qarı müharibə sayılır. Odur ki, İsmayıl Haniyənin ölümünün genişlənərək, İsraillə İran arasında açıq müharibə səviyyəsinə çatacağını gözləyənlər məyus olacaq.

Digər tərəfdən, İran İsrailə qarşı dörd ölkə - Yəmən, Livan, Fələstin və Suriya ərazisində müharibə aparır. İki ölkə arasında quru sərhədi olmadığından İran bu yolla özünü müdafiə edir.

Bu da İsrailin HƏMAS və İranın regiondakı başqa proksi qruplarına qarşı mübarizəni davam etdirəcəyini istisna etmir.

Ona görə də belə ehtimal edilir ki, İsmayıl Haniyəni İsraillə danışıqları idarə etdiyi üçün aradan götürüblər.

“Sky News” bildirib ki, Benyamin Netanyahunun ofisi İsrail nazirlərindən Haniyənin ölümünü şərh etməməyi xahiş edib.

İsmayıl Haniyənin Tehranda öldürülməsi İran hakimiyyətinin öz adamlarını qorumasında ciddi problemlərinin olduğu məsələ orta çıxır.

0bbefeff-73d4-34b7-a869-adad73b7.jpg (109 KB)

 

2020-ci ildə İraqda Sepahın Qüds qoşunlarının komandanı general Qasım Süleymani ABŞ tərəfindən öldürülüb, bu ilin aprelində Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hücum nəticəsində Sepahın yeddi üzvü, o cümlədən yüksək rütbəli briqada generalı Məhəmməd Rza Zahedi və onun müavini general Məhəmməd Hadi Hacı Rəhimi də ölüb. İran və Suriya zərbəyə görə İsraili günahlandırıb. Rəsmi Tel-Əviv diplomatik missiyanın binasını vurmadığını bildirib.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin müəmmalı şəkildə qəzaya uğraması da Tehran hakimiyyətinin təhlükəsizlik məsələsində problemlərin olduğuna nümunələrdən ola bilər.

İsmayı Haniyəni kim vurub? Vaxtı ilə HƏMAS Yaxın Şərqdə bütün terror qruplaşmalarına, o cümlədən İŞİD-ə qarşı mübarizə aparacağını bəyan etmişdi. O, bir müddət Qəzza zolağında Sinay yarımadasında fəaliyyət göstərib. Bu günlərdə isə HƏMAS-a qarşı mübarizə aparacağını bildirib.

Pezeşkianın andiçmə mərasimi günü bu hadisənin törədilməsi İran hakimiyyətinə və hökumətinə bir xəbərdarlıqdır. İslahatçı sayılan yeni prezident çıxışlarında Qəzza zolağına və HƏMAS-a dəstəyi daha da artıracaqlarını bildirmişdi. Hadisəndən sonra yaydığı başsağlığında İsmayıl Haniyəni “əl-Qüdsün azadlığı şəhidi” adlandırıb. Onun ali rəhbəri ayətullah Seyid Əli Xamənei də bu hadisənin cavabının “daha sərt olacağı” ismarışını verib.

ABŞ müdafiə naziri Lloyd Ostin Filippində keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqton HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra bölgədəki gərginliyi azaltmağa çalışır, hücum olacağı halda İsraili müdafiə edəcək. O, Yaxın Şərqdə böyük müharibənin qaçılmaz olmadığını qeyd edib.

 

a5fae25c-928a-3ba9-b0e4-ccf3e33c.jpg (63 KB)

 

Beləliklə, İsmayıl Haniyəni kim və niyə qətlə yetirib sualına bir neçə versiyada cavablandırmaq olar:

- İsraillə sülh danışıqlarına qarşı olan qüvvələr;

- İsmayıl Haniyənin liderliyinə çəkinərək HƏMAS-ın tərksilah olunmasının tərəfdarları;

- İranın təhlükəsizlik sisteminin zəif olmasının bir daha isbatlayanlar;

- Tehrana qüvvələrini qoruya bilməməsi xəbərdarlığını edənlər;

- İran Prezidenti Məsud Pezeşkiana ismarış çatıdıranlar;

- İsrailin müdafiə, təhlükəsizlik, kəşfiyyat sistemlərinin daha dəqiq işlədiyini göstərənlər;

- HƏMAS-ın xaricdəki liderlərinə xəbərdarlıq edənlər;

- Hərəkatla İsrail arasında danışıqların aparılmasını istəməyənlər;

- Pekin qətnaməsinə mane olanlar;

- Regionda sülhə mane olan başlıca mənbəyi göstərənlər;

- Terrorun və müharibənin Fələstinə faydasının olmayacağını isbatlayanlar;

- İranın yenidən regional münaqişədə başlıca rollarda birinin ifaçısı olduğunu bir daha ifşa edənlər;

- Yaxın Şərqdə böyük müharibənin başlaması tərəfdarı olanlar və s.

İsmayıl Haniyə öldürüldü. HƏMAS müharibəni davam etdirəcək. Xamənei, Pezeşkian, HƏMAS, “Hizbullah”, husilərin hadisə ilə bağlı açıqlamaları bunu təsdiqləyir. Müharibənin dayanması, Fələstinin siyasi təşkilatları və qrupları arasında barışın yaranması, onların İsraillə birbaşa, vasitəçisiz danışıqlar aparması Tehranın, onun arxasında duran güclərin maraqlarına uyğun deyil. Deməli, onlar Fələstin dövlətinin yaranmasına da maraq göstərmir. HƏMAS qruplaşması və bu ərəb ölkəsi onlara İsrailə, onun müttəfiqlərinə qarşı müqavimət göstərib, zərbəni özlərindən yayındırmaq üçün qalxandır. İsmayıl Haniyə də bu maraqların qurbanı olub.

Sədrəddin İsmayılov, Report.az

Oxşar xəbərlər
18:15, Bu gün
Ekspert: "İsmayıl Haniyənin öldürülməsi həm İrana zərbədir, həm də HƏMAS-a"
18:07, Bu gün
Toz halındakı qidalar qidalandırıcı yeməyi əvəz edə bilməz
18:02, Bu gün
Elçin Babayev “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş məzunları ilə görüşüb - FOTO
18:00, Bu gün
Naxçıvan televiziyasından açıqlama
17:55, Bu gün
Elcan Hacıyev Paris xəstəxanasına çatdırıldı
17:49, Bu gün
Rusiya və İran tarixi müqavilənin şərtlərini razılaşdırıb
17:43, Bu gün
Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır
17:38, Bu gün
Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq
17:35, Bu gün
Faciəvi şəkildə ölən hərbçilərimizin FOTOSU
17:32, Bu gün
Ceyhun Bayramov ATƏT rəsmisi ilə görüşdü - FOTO
17:26, Bu gün
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyasına həsr olunan yeni kitab nəşr edib
17:20, Bu gün
"Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyaya genişmiqyaslı kiberhücumu başa çatdırıb" - "Reuters"
17:13, Bu gün
Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərildi
17:08, Bu gün
RİNN-də taksi şirkətləri ilə görüş keçirilib
17:03, Bu gün
Növbəti köç karvanı Laçına çatdı - FOTOLAR
16:58, Bu gün
Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!
16:52, Bu gün
Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ
16:48, Bu gün
BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTO
16:42, Bu gün
Jurnalistika ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin nəzərinə!
16:36, Bu gün
Bu il 210 nəfər Azərbaycana readmissiya olunub
16:30, Bu gün
Bu yerlərə yağış yağdı - FAKTİKİ HAVA
16:25, Bu gün
Hakimlərdən cüdoçumuza qarşı qərəzli qərar - VİDEO
16:20, Bu gün
Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ
16:14, Bu gün
Haniyənin qətli ilə bağlı ŞOK AÇIQLAMA - “Bu zərbə həmin ölkədən endirə bilər”
16:07, Bu gün
Flora Kərimovadan qızı ilə bağlı paylaşım - VİDEO
16:00, Bu gün
Ələkbər Yasamallının evi qarət edildi, özü isə hədələnir
16:00, Bu gün
HƏMAS liderinin öldürülməsi nələrə yol aça bilər? - EKSPERT AÇIQLADI
15:54, Bu gün
Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH + FOTO
15:48, Bu gün
"Şimali Koreya Rusiyaya tank əleyhinə vasitələr verib, bu, ciddi eskalasiyadır" - "Forbes"
15:42, Bu gün
“Pulunu da verirlər, silahını da, müharibə üçün daha nə lazımdır ki?”
15:37, Bu gün
Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
15:32, Bu gün
"Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbərinin evi yandırıldı - Qiymətli əşyaları oğurlandı - FOTO
15:25, Bu gün
Laçında həlak olan kapitan Asif Emnalıyevin FOTOSU
15:20, Bu gün
Türkiyə-İsrail münasibətlərindəki gərginlik nələrə səbəb olacaq ? - Politoloq AÇIQLADI
15:18, Bu gün
SON DƏQİQƏ - HƏMAS lideri belə öldürülüb - ŞOK VİDEO
15:13, Bu gün
İlkin Süleymanovun apellyasiya şikayəti təmin edilmədi
15:06, Bu gün
Brüsseldən "U" dönüşü: "Sülh masasını burada quraq"
14:59, Bu gün
Azərbaycan ordusunun 4 hərbçisi həlak oldu - YENİLƏNİB
14:57, Bu gün
Alim Xəzərdə batma hadisələrinin səbəbini AÇIQLADI
14:50, Bu gün
“Çox peşmanam” – Larisa Dolina Müslüm Maqomayev haqqında
14:40, Bu gün
Yuxu və sağlamlığınızı yaxşılaşdıracaq 20 saniyəlik məşq - VİDEO
14:33, Bu gün
Ər arvadının başqası ilə gəzməsindən şübhələndi, onu elə cəzalandırdı ki... – ŞOK
14:27, Bu gün
"HƏMAS liderinin öldürülməsi İsrailin sionist rejiminin növbəti cinayətidir..."
14:22, Bu gün
Əməkhaqqı artımı bu tarixdən olacaq: 60 faizə çatdırılması... - Komitə sədri açıqladı
14:17, Bu gün
Azərbaycanda deputatlığa namizəd adam BIÇAQLADI
14:12, Bu gün
Havanın temperaturu yüksələn xətt üzrə davam edir
14:08, Bu gün
Prezident Şərqi Zəngəzurla bağlı MÜHÜM FƏRMAN imzaladı
14:03, Bu gün
İranda üçgünlük matəm ELAN OLUNDU
13:58, Bu gün
Prezidentdən BU Komissiya ilə bağlı MÜHÜM FƏRMAN
13:54, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edildi
13:50, Bu gün
Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
13:46, Bu gün
Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edildi
13:42, Bu gün
"Ukrayna Rusiya ilə danışıqlara hazırdır, amma şərti var" - Podolyak
13:36, Bu gün
“Həmas” liderinin öldürülməsi nəyə gətirib çıxara bilər? - TƏHLİL
13:30, Bu gün
SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul etdi
13:25, Bu gün
Arvadını meşədə zəncirlədi, 40 gün sonra tapıldı - FOTO
13:20, Bu gün
Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: Təqsirləndirilən şəxs və şahid dindirmə zamanı nəyi deməməlidir
13:13, Bu gün
DİN-dən sürücülərə ÇAĞIRIŞ
13:08, Bu gün
" "HƏMAS" lideri İsmayıl Haniyə özü ilə bərabər bir çox sirləri də apardı...”
13:04, Bu gün
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək - FOTO
12:58, Bu gün
Pənah Hüseyn barədə QƏRAR VERİLDİ - FOTO
12:52, Bu gün
Bu gün "Qarabağ"ın növbəti mərhələdəki rəqibi bəlli olacaq
12:46, Bu gün
"Rusiyanın bu yay yeni hücumu mümkündürmü?" - ISW
12:41, Bu gün
Paris-2024: Azərbaycan avarçəkəni 3-cü oldu
12:36, Bu gün
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb
12:30, Bu gün
"Naxçıvan TV" ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək
12:25, Bu gün
Millimizin futbolçusu Finlandiya klubuna keçdi
12:20, Bu gün
Qarşı cinsi maqnit kimi özünə çəkən bürclər... - Gözəl münasibət yaşaya bilərsiniz
12:15, Bu gün
Hamilə azərbaycanlı Olimpiya Oyunlarında - Hədəfi belə nişan aldı
12:10, Bu gün
Göygöldə 25 yaşlı gəncin ölümü araşdırılır
12:06, Bu gün
Əliməmməd Nuriyev də namizədliyini geri götürdü
12:03, Bu gün
İran Prezidenti HƏMAS liderinin ölümü ilə bağlı terrorçulara xəbərdarlıq edib
12:00, Bu gün
Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində - FOTO
11:58, Bu gün
Azərbaycanlılar 23 yaşlı qızı qaçırıb yarım milyon pul istədilər
11:54, Bu gün
“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı
11:52, Bu gün
Rasim Balayev əməliyyatdan sonra ilk dəfə-Çexiyada istirahət edir-ÖZƏL FOTOLAR
11:49, Bu gün
“Məşğulluğa dəstək layihəsi” Dünya Bankının yüksək mükafatına layiq görülüb - FOTO
11:45, Bu gün
Bilgəh çimərliyində 9 minlik telefon oğurlandı
11:42, Bu gün
BDU Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti ilə protokol imzalayıb
11:40, Bu gün
Kamala Harris Livanı bombalayan İsraili müdafiə etdi
11:34, Bu gün
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
11:33, Bu gün
“Haniyənin öldürülməsi müxtəlif dairələrin Pezeşkiana XƏBƏRDARLIĞI ola bilər”-Qüdrət Həsənquliyev
11:31, Bu gün
Bakının bu rayonlarında qaz olmayacaq
11:28, Bu gün
Məzahir Pənahov xaricdəki Azərbaycan vətəndaşlarına müraciət etdi
11:24, Bu gün
“Cavanşir” körpüsünün ərazisində yeni yolun inşası yekunlaşır - FOTO/VİDEO
11:22, Bu gün
Bakıda bir nəfər dənizdə batdı
11:18, Bu gün
Komitə sədri Rövşən Rzayev kollegiya iclası keçirib - FOTO
11:14, Bu gün
Müəllim işləmək istəyənlərin nəzərinə: saat 11:00-dan...
11:08, Bu gün
Şəhidin adını daşıyan, 800 şagirdin oxuduğu məktəb TÖVLƏNİ xatırladır-uçan təhsil ocağı nə vaxt təmir olunacaq?-ÖZƏL+ACINACAQLI VİDEO
11:00, Bu gün
Siam pişiklərinin optimal məşqi və fiziki fəaliyyəti
10:54, Bu gün
Əli Əsədov Tehranda Məsud Pezeşkianla görüşüb - FOTO
10:48, Bu gün
Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO
10:42, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
10:36, Bu gün
"Nəvəm dedi ki, Parisə getmə" - VİDEO
10:31, Bu gün
Türkiyə-Ermənistan münasibətlərində DÖNÜŞ NÖQTƏSİ  - Sərhədlər açılacaq? 
10:26, Bu gün
SON DƏQİQƏ! Bu deputat vəzifədən gedir
10:19, Bu gün
Məşhurların sosial şəbəkədəki reklam qiymətləri - 1 story 2500 manat..
10:11, Bu gün
Türkiyəli məşhur aktyor vəfat etdi
10:00, Bu gün
“Telegram”da pornoqrafik materialları qanunsuz yayan şəxsə cəza verildi
09:54, Bu gün
HƏMAS liderinin Tehranda öldürüldüyü iqamətgahın VİDEOSU
GÜNLÜK
08:00, Bu gün
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
30 Jul 2024 | 19:03
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
30 Jul 2024 | 19:15
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen
30 Jul 2024 | 19:30
“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq
30 Jul 2024 | 21:55
Çempionlar Liqası: "Qarabağ" darmadağınla "Linkoln"a qalib gəldi
30 Jul 2024 | 21:45
Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ
30 Jul 2024 | 18:45
Fürsəti əldən vermişik - Marukyan
30 Jul 2024 | 18:38
İsraillə “Hizbullah” arasında genişmiqyaslı savaş mümkündürmü?- Sabiq baş diplomat...
30 Jul 2024 | 18:55
130 nəfər ilan balığından zəhərləndi: 1 nəfər öldü
30 Jul 2024 | 18:50
Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb
HƏFTƏLİK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
08:00, Bu gün
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
30 Jul 2024 | 19:03
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
30 Jul 2024 | 19:15
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen
30 Jul 2024 | 19:30
“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq
30 Jul 2024 | 21:55
Çempionlar Liqası: "Qarabağ" darmadağınla "Linkoln"a qalib gəldi
30 Jul 2024 | 21:45
Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ
30 Jul 2024 | 18:45
Fürsəti əldən vermişik - Marukyan
30 Jul 2024 | 18:38
İsraillə “Hizbullah” arasında genişmiqyaslı savaş mümkündürmü?- Sabiq baş diplomat...
30 Jul 2024 | 18:55
130 nəfər ilan balığından zəhərləndi: 1 nəfər öldü
30 Jul 2024 | 18:50
Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb