Paşinyanın iflasa uğrayan islahat proqramı – TƏHLİL + FOTO
Analitika
Oxunub: 3149
01 Jun 2024 | 13:57
Paşinyanın iflasa uğrayan islahat proqramı – TƏHLİL + FOTO
Ötən gün İrəvan məhkəməsində Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın korrupsiya qalmaqalı ilə bağlı cinayət işi yekunlaşıb. Gözlənilənin əksinə olaraq, hakim keçmiş siyasinin bəraət alması barədə qərar çıxarıb. İttihamçı tərəf cinayət işi ilə bağlı məsələni sübuta yetirə bilməyib. Bu qərar isə prokurorluq orqanlarını narazı salıb və yenidən şikayət etmək üçün əsas verib. Əslində hakimin belə qərar verməsi bir sıra mətləblərdən xəbər verir. İlk olaraq əminliklə söyləmək olar ki, hakimiyyətdə olduğu illərdə quldurluq və korrupsiya əməlləri ilə ad çıxarmış Sarqsyan hələ də ədliyyə orqanlarında müəyyən gücə malikdir və hakimlərin qərarlarına təsir imkanı var. Bunu hətta bir sıra erməni KİV-ləri də etiraf edir. Belə tendensiyanın yaranması isə Paşinyan hökumətinin zəifliyindən, 6 il ərzində aparılan islahatların iflasa uğramasından xəbər verir.
 
Elə məhkəmənin qarşısında jurnalistlərə açıqlama verən sabiq erməni prezidenti də fikirləri ilə cəmiyyəti zəhərləməyə, sülh prosesini baltalamağa hazır olduğunu bildirib. Məsələn, Paşinyanın delimitasiya prosesinin sülhün əsas qarantı olduğu barədə fikrini təkzib edən Serj belə bir qarantiyanın olmadığını bildirib. Bununla da çirkin niyyətini ortaya qoyan siyasi eyni zamanda iki ölkə arasında birbaşa danışıqlardan narazı qaldığını, hər vəchlə vasitəçiyə ehtiyac olduğunu qeyd etməkdən belə çəkinməyib.
 
 
Sarqsyanın açıqlamalarından məlum olur ki, Baqratın dəstəsini və hərəkatını hər cür dəstəkləyir, başıpozuq hərəkatın uğur qazanacağına inanır. “Yeni hakimiyyət vəziyyəti düzəldə bilər və düzgün istiqamətə yönəldə bilər”, - deyə fikrini ifadə edən Serj müvəqqəti hökumətdən, yeni hakimiyyətdən dəm vurub. Əslində bəzi məlumatlara görə, sabiq prezident Arman Tatoyanın və ya özünün baş nazir olması üçün hərəkata dəstək verəcəyini bildirib. Keşiş və əlaltılarının vəziyyəti isə günü-gündən acınacaqlı hal alır. Dünən XİN və DİN qarşısında keçirilən aksiyalarda artıq təxribata əl atılıb. Hələ ötən həftədən aksiyanın təxribata, qarşıdurmalara, toqquşmalara gedəcəyi məlum idi. Artıq ilk cücərtilər özünü göstərməyə başlayıb. Ərəb və bir sıra xarici media orqanları isə dünən keçirilən itaətsizlik aksiyalarında cəmi bir neçə min nəfərin iştirak etdiyini yazır. Günü-gündən sönməyə doğru gedən hərəkata bel bağlamaq Sarqsyan üçün sonun başlanğıcı sayıla bilər. Erməni keşiş isə İrəvanda yenə də uğursuz olduqdan sonra bu dəfə istiqaməti Gümrüyə doğru götürüb. Yenidən regionlarda tərəfdar toplayaraq, paytaxta doğru hərəkət edəcəyi istisna edilmir.
 
Yuxarıda da qeyd etdiyimiz kimi, Serjin məhkəmə tərəfindən bəraət alması, Paşinyanın 6 illik islahat proqramının iflasa uğradığını sübut edir. Bunun üçün müəyyən faktlara müraciət etmək yerinə düşər:
 
 
Məsələn, hakimiyyətə gəldiyi dövrdə baş nazir qeyd etmişdi ki, korrupsioner və rüşvətxor məmurların hamısını dəmir barmaqlıqlar arxasına salacaq. Bu günün mənzərəsinə baxdıqda isə sadəcə keçmiş təhsil naziri Armen Aşotyanın həbsdə olduğunu görürük. Keçmiş məmur, rəhbər işçi və oliqarxların heç biri həbs edilməyib. Ordudan özünə qarşı təhlükə hiss etdiyi bir neçə iri ranqlı məmuru və sabiq müdafiə nazirini həbsə atmaq isə hakimiyyətini sığortalamaq, hərbi çevrilişin qarşısını almaq üçün edilib. Qeyd etmək yerinə düşər ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryandan başqa, heç bir keçmiş oliqarx-məmurun əmlakı və bank hesabları müsadirə edilməyib. Bir çoxları “günahsız” olduğunu rüşvət vasitəsilə məhkəmələr yolu ilə həll edib. Ölkəni tərk edənlər, Avropadan Paşinyana salam göndərənlər, Ermənistandakı qanunsuz biznesindən gəlir əldə etməyə davam edənlər də kifayət qədərdir. Hakimiyyət Rusiya, ABŞ və Avropa ölkələrində cah-calal içində yaşayan bu şəxslərin heç birinin ekstradisiyasına nail ola bilməyib.
 
Maraqlı faktdır ki, bəzi oliqarxlar Nikol və onun ətrafını satın alaraq, aktivlərini qoruma yolunu seçdilər.
 
İslahatların fiaskoya uğradığı sahələrdən biri də Ermənistan ordusudur. Gah NATO, gah Fransa, gah da digər Avropa ölkələri ilə, Birləşmiş Ştatlarla aparılan müntəzəm görüşlər əslində görüntüdən başqa bir şey deyil. Erməni mətbuatında erməni əsgərinin acınacaqlı vəziyyətdə olması barədə kifayət qədər material var və tez-tez də dərc edilir. İş o həddə çatıb ki, Müdafiə Nazirliyi valideynlərə əsgərlikdə olan övladlarına yemək göndərməklə bağlı müraciət də edib. 6 il ərzində isə heç bir islahat sona qədər çatdırılmayıb. Qeyri-döyüş şəraitində ölümlərin sayı hər gün artır və son 1.5 il ərzində rekord səviyyəyə çatıb.
 
Polis islahatı dalana dirənib və struktur tamamilə ölkə rəhbərliyi üçün əlavə müdafiə elementinə çevrilib. Minlərlə üstü açılmamış iş, islahatların olmaması və kadr çatışmazlığı, adam oğurluğu və döyülmə ilə bağlı qalmaqallar, tüğyan edən narkotik alveri və fahişəlik-bütün bunlar bu gün Ermənistandakı güc strukturlarında tüğyan edən hadisədir.
 
 
Korrupsiya kökü kəsilməyib, üstəlik, o, çiçəklənir və yeni köklər verir. Bəzi klanların digərləri ilə, bəzi məmurların digərləri ilə əvəzlənməsi baş verib. Korrupsiya qalmaqalları demək olar ki, hər ay baş verir və Nikolun yaxın çevrəsindən olan məmurlar və onların ailə üzvləri bu qalmaqalların iştirakçısına çevrilirlər. Nazirliklərdə korrupsiya böyük ölçülərə çatır. Qalmaqallarla nazirlər dəyişir, iş dayanır, hökumətin ayırdığı pullar müəyyən şirkətlər vasitəsilə yoxa çıxır. Araşdırmalar zamanı isə elə bu şirkətlərin yeni məmur-oliqarxiyaya məxsus olduğu üzə çıxır.
 
Diplomatik sferadakı islahatlar da istənilən nəticəni vermir. Yarıtmaz diplomatlar sayəsində Ermənistan regiondakı potensial müttəfiqlərindən heç biri ilə əlaqə yarada və ölkənin çiçəklənməsi üçün meqalayihələrə qoşula bilmir. Rusiya ilə münasibətlər get-gedə gərginləşir. İranla münasibətlər hələlik yaxşı görünsə də, Qərbə inteqrasiyanın bir gün bu məsələdə də çat verəcəyi gün kimi aydındır. Elə bu səbəblərdən də parlament və hökumətə olan etimad günü-gündən azalır. Bir sıra sorğu nəticələrinə görə isə xalqın bu strukturlara olan inamı 10-15 faiz ətrafında dəyişir. Erməni cəmiyyəti onlarla hissəyə bölünüb, ən azı bir dövlət institutu və ya mənəvi mərkəz ətrafında konsolidasiya yoxdur. Dövlət mediası sırf “Vətəndaş müqaviləsi” Partiyasının gündəmini təbliğ etməklə və hər hansı müxalifət düşüncəsini və gündəmini təqib etməklə məşğuldur. Ölkədə ən yüksək vəzifələr yalnız partiyaya və onun lideri Paşinyana sədaqət prinsipi ilə tutulur. Hökumətin, nazirliklərin və yüksək vəzifəli məmurların peşəkarlığı tənqidlərə tab gətirmir.
 
 
Bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Paşinyanın 6 illik islahatının nəticələri bu gün Serj Sarqsyan kimi quldur və korrupsioner məmura bəraət hökmü qazandırır. Hadisələrin bu məcrada davam etməsi isə erməni cəmiyyəti üçün faciəvi nəticələnə bilər. Çox güman ki, hakim partiyanın son dövrlər tez-tez qapalı iclas keçirməsi məhz bu məsələlərə həsr edilib və yaxın vaxtlarda islahatlar dalğası yenidən başlaya bilər. Əgər bu dəfə də Paşinyan səhvlərini təkrar etsə, hakimiyyətdəki ömrünün çox qısa olacağını ehtimal etmək olar. /Report/
Oxşar xəbərlər
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 22:38
"Ərdoğan insanlığın vicdan səsidir" - Hakan Fidan
29 Jul 2024 | 22:22
COP29-a hazırlıq işləri hansı vəziyyətdədir? - VI çağırış deputatı AÇIQLADI
29 Jul 2024 | 22:17
115 yaşlı sakin uzunömürlülüyün sirrini açdı
29 Jul 2024 | 22:11
İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər
29 Jul 2024 | 22:05
Leyla Əliyevadan Hidayət Heydərovla bağlı paylaşım - VİDEO
29 Jul 2024 | 21:59
Azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazandı
29 Jul 2024 | 21:49
Qida zəhərlənməsinə səbəb olan əsas amillər
29 Jul 2024 | 21:42
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir” - Qüdrət Həsənquliyev
29 Jul 2024 | 21:38
Məşhur professordan daha bir TÖVSİYƏ: Quyruq yağını əridib içən insanlar…
29 Jul 2024 | 21:30
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 21:25
Bu ölkədə naməlum nömrələrdən zənglər QADAĞAN EDİLƏCƏK
29 Jul 2024 | 21:19
Yer kürəsinin yaşayış üçün yararsız hala düşən bölgələrinin adları AÇIQLANDI
29 Jul 2024 | 21:11
ABŞ vətəndaşlarına bu ölkəni tərk etməyi məsləhət gördü
29 Jul 2024 | 21:06
Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək
29 Jul 2024 | 20:55
Çoxuşaqlı ana kanala düşərək yoxa çıxdı
29 Jul 2024 | 20:51
"Orban hamını boğaza yığıb" - Polşa XİN rəhbəri
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 20:32
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 20:22
Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunudur
29 Jul 2024 | 20:18
Şəhid ailələri və müharibə əlillərinə daha 200 mənzil verildi - FOTO
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?
29 Jul 2024 | 20:08
"Ağadadaş Ağayev üzr istəməlidir!" - Bakı sakinlərindən "balta insidentinə" sərt REAKSİYA - VİDEO
29 Jul 2024 | 20:05
Hidayətin finaldakı rəqibi fransızdır
29 Jul 2024 | 20:01
Yay Olimpiya Oyunlarının açılışından Paris mesajı
29 Jul 2024 | 19:57
Azərbaycan Quql ilə COP29-u müzakirə etdi
29 Jul 2024 | 19:52
İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası
29 Jul 2024 | 19:48
ƏHD Partiyasının 4 namizədi qeydə alınıb
29 Jul 2024 | 19:42
"Ərdoğan insanlığın vicdan səsidir və bu səsi batırmağa cəhd edən sionist dairələri böyük təlaş işindədir" - Hakan Fidan
29 Jul 2024 | 19:38
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
29 Jul 2024 | 19:33
Paris-2024: Hidayət Heydərov FİNALDA
29 Jul 2024 | 19:28
Məzahir Pənahov vəzifədən gedir
29 Jul 2024 | 19:23
Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu
29 Jul 2024 | 19:18
Aynur Dadaşovanın xəstəxanadan VİDEOsu yayıldı
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 19:14
Mirzoyan: “Ermənistan münaqişə səhifəsini bağlamaq istəyir”
29 Jul 2024 | 19:11
"Ukraynada səfərbərlik vüsət alır, Rusiya qışadək dominantlığını itirəcək" - "The Telegraph"
29 Jul 2024 | 19:08
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
29 Jul 2024 | 19:03
Dövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI
29 Jul 2024 | 19:00
Türk turistlər Yunanıstana axın edir
29 Jul 2024 | 18:56
11 avtobus marşrutu müsabiqəyə çıxarılır
29 Jul 2024 | 18:50
Blinken Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəklə bağlı Çinə xəbərdarlıq edib
29 Jul 2024 | 18:45
Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin
29 Jul 2024 | 18:38
Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı
29 Jul 2024 | 18:37
Azərbaycanlı tələbənin  ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbulu
29 Jul 2024 | 18:32
“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO
29 Jul 2024 | 18:26
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
29 Jul 2024 | 18:23
Məşhur aktrisa hamilə olduğunu açıqladı - FOTO
29 Jul 2024 | 18:19
BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
29 Jul 2024 | 18:15
Yatanda kabus görüb özünü güllələdi
29 Jul 2024 | 18:12
"Tramp istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu bəyan edib" - Zelenski
29 Jul 2024 | 18:08
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
29 Jul 2024 | 18:03
Tortu soyuducuda neçə gün saxlamaq olar?
29 Jul 2024 | 18:02
“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb
29 Jul 2024 | 17:57
Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
29 Jul 2024 | 17:54
TikTokda yeni funksiya TEST EDİLİR
29 Jul 2024 | 17:52
Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI
29 Jul 2024 | 17:48
Təhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək?
29 Jul 2024 | 17:46
"Putin Qərb əleyhinə koalisiya yaratmağa cəhd edib" - ISW
29 Jul 2024 | 17:45
“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
29 Jul 2024 | 17:35
Tanınmış aparıcıya ağır itki - FOTO
29 Jul 2024 | 17:30
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
29 Jul 2024 | 17:25
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir”
29 Jul 2024 | 17:17
Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər 
29 Jul 2024 | 17:15
Sabah bu rayonlarda qaz olmayacaq
29 Jul 2024 | 17:10
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
29 Jul 2024 | 17:06
Qarabağ Universitetinə prorektorlar təyin olundu - DOSYE
29 Jul 2024 | 17:03
“Xaricdə bu kvadrokopterdən pizza daşımaq üçün istifadə edilir, Ermənistanda isə...”
29 Jul 2024 | 16:58
Rusiyalıların 67%-i şəkəri ən təhlükəli məhsul hesab edir
29 Jul 2024 | 16:50
Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə başladı
29 Jul 2024 | 16:44
Sərnişin qatarı yük maşını ilə toqquşdu: 320 nəfərə yaxın insan... - FOTO/VİDEO
29 Jul 2024 | 16:42
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
29 Jul 2024 | 16:39
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
29 Jul 2024 | 16:30
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
29 Jul 2024 | 16:28
Hər işdən qovulanda təzminat alaraq 100 milyon avro qazanıb
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 16:20
İstidə soyuq su içmək məsləhət deyil- Dietoloq
29 Jul 2024 | 16:10
Hərbçimiz intihar etdi
29 Jul 2024 | 16:05
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
29 Jul 2024 | 15:49
Kişi bayraqdarımız da Paris-2024-lə vidalaşdı
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 15:34
“Baku Electronics” vergidən belə yayınır – Şikayət
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 15:19
38 yaşlı Ledi Qaqa ilk dəfə evlənir
29 Jul 2024 | 15:11
Üç prokuror təqaüdə göndərildi – FOTO
29 Jul 2024 | 15:10
Əslində bu balığı heç yemək olmaz, biz isə…
29 Jul 2024 | 15:07
"Neftçi"nin bazası sökülür Komanda və rəhbərlik ayrı-ayrı yerə köçür - FOTOLAR
29 Jul 2024 | 14:55
“İsrailə qarşı belə siyasəti nəinki Türkiyə, Azərbaycan üçün də düzgün hesab etmirəm...”
29 Jul 2024 | 14:49
Növbəti iki gündə güclü geomaqnit qasırğası gözlənilir
29 Jul 2024 | 14:32
Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib
29 Jul 2024 | 14:26
İcbari tibbi sığorta ilə daha çox müayinə olunacağıq - XƏRCLƏRİ ARTIRILDI 
29 Jul 2024 | 14:19
Azərbaycanda 5 nəfər toyda zəhərləndi
29 Jul 2024 | 14:04
Günün xoşbəxt bürcü hansıdır?
GÜNLÜK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 07:56
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 07:23
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
29 Jul 2024 | 07:56
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
29 Jul 2024 | 15:28
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
29 Jul 2024 | 10:53
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
29 Jul 2024 | 09:32
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
29 Jul 2024 | 09:04
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
29 Jul 2024 | 10:34
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
29 Jul 2024 | 07:23
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
29 Jul 2024 | 09:45
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO