İranın yenidən güclənən anti-Azərbaycan ritorikası: Sepahın “Bakı barmağı” axtarışı - ŞƏRH 
Analitika
Oxunub: 2403
03 Apr 2024 | 17:20
İranın yenidən güclənən anti-Azərbaycan ritorikası: Sepahın “Bakı barmağı” axtarışı - ŞƏRH 
İranda hadisələrdə “ingilis barmağı” axtarmaq ənənəsi var. Amma indi onu Azərbaycan əli ilə əvəzləyiblər. Belə ki, Tehranın təbliğat aparatı ölkə ilə bağlı hadisələrdə “Bakı barmağı” axtarır.
 
İranın iddiasına əsasən, aprelin 1-də Suriyaya hava hücumu nəticəsində İslam Respublikasının Dəməşqdəki Baş Konsulluğunun binası uçub. Məlumata görə, raket atəşi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) Qüds qüvvələrinin yüksək rütbəli komandiri, general Məhəmməd Rza Zahedi və onun müavini general Məhəmməd Hadi Hacı Rəhimi daxil olmaqla 7 zabiti ölüb. Tehran iddia edib ki, hücumu İsrail reallaşdırıb. Rəsmi Təl-Əviv isə hücumla bağlı açıqlama verməyib.
 
İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin siyasi məsələlər üzrə müşaviri, keçmiş müdafiə naziri Əli Şamxani bildirib ki, konsulluğun vurulması ilə bağlı ABŞ birbaşa məsuliyyət daşıyır. Ancaq ABŞ-nin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kibri ölkəsinin bu hücumla heç bir əlaqəsi olmadığını bəyan edib. Seyid Əli Xamənei isə hücuma görə İsraili peşman edəcəklərini söyləyib.
 
Məlumatlara əsasən, İran Suriyaya əlavə qüvvələr göndərib. Suriyanın “Sham” teleqram kanalı bildirib ki, Sepah bu ölkənin şərqindəki Əbukamal şəhərindəki “Fatimiyyun” və “Zeynəbiyyun” adlı proksi qruplarını səfərbər edib. Qeyd edək ki, “Fatimiyyun” Əfqanıstan vətəndaşları olan hezarilərdən ibarət qruplaşmadır. “Zeynəbiyyun” isə əsasən Pakistan vətəndaşlarından formalaşıb. Hər iki qrupda bir yerdə 300-500 nəfərin olduğu ehtimal edilir.
 
İran Prezidenti İbrahim Rəisi də hadisə ilə bağlı açıqlamasında hücumun cavabsız qalmayacağını vurğulayıb.
 
Bu nümunələrdən də göründüyü kimi, hadisə ilə bağlı üç tərəf var: biri zərərçəkən İran, biri hadisəni törətməkdə ittiham olunan İsrail, o biri isə ona dəstək verdiyi iddia olunan ABŞ.
 
XAMNEYİ.jpg (90 KB)
 
İran təbliğat aparatı isə diplomatik nümayəndəliyə hücumun acısını Azərbaycandan çıxmağa çalışır. Bu hədələmə, qarayaxma kampaniyasında əsas rolu Sepaha bağlı kütləvi informasiya vasitələri oynayır. İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib. Yaxud Sepahın teleqram kanalı bildirib ki, İranın Dəməşqdəki səfirliyinə hücumla bağlı “Bakı Respublikası ilə İsrail arasında gizli əlaqə olub”. Bu mənbə isə İsrailin Zəngilandakı “mərkəzini vurmağ"ı təklif edib. Sepah İran silahlı qüvvələrinin bir qolunu təşkil etsə də, ölkədə hakimi-mütləq sayılır. Başqa sözlə, Tehran rejiminin əsas dayağı bu silahlı birləşmədir. İran daxilində və xaricində hakimiyyətin tapşırıqlarını bu qüvvə həyata keçirir. ABŞ və İsrail onu terrorçu qruplaşma olaraq tanıyır. Bir sıra Qərb ölkələrinin parlamentləri də oxşar qərarlar qəbul edərək Sepahın terrorçu qruplaşma olaraq tanınması ilə bağlı hökumətlərinə müraciət ediblər. Bu baxımdan hər iki “təklif” hərbi birləşmənin yanaşmasından daha çox terror, yaxud silahlı qruplaşmanın hədələyici açıqlamasına oxşayır. “Bakı Respublikası” ifadəsi isə Tehran rejiminin siyasi-ideoloji hikkəsinin göstəricisidir. Çünki bu hakimiyyət Azərbaycan Respublikası deməyə, yazmağa həmişə çətinlik çəkir. Bunun da səbəblərindən biri, heç şübhəsiz, Güney Azərbaycanda bu sözə adət edilməməsi ilə bağlıdır.
 
Ötən ilin yayında İranın Şiraz şəhərində Şah-Çeraq məqbərəsinə silahlı hücum olmuşdu. Tehran ənənəvi olaraq ABŞ-ı, İsraili ittiham etmiş, hadisə ilə əlaqədar 26 nəfəri həbs etmişdi. Bu hücumla bağlı da Tehran rejiminin kəşfiyyat xidməti Azərbaycanı ittiham etmişdi. Ancaq sonradan həmin aktı Tacikistan vətəndaşı olan İŞİD terror qruplaşmasının üzvünün törətdiyi açıqlandı. Konsulluğun atəşə tutulması, məqbərəyə hücumda Cənubi Qafqaz ölkələrinin iştirakı nə dərəcədədirsə, Azərbaycanın da rolu o qədər olar. Çünki Ermənistan, Gürcüstanla yanaşı, Azərbaycanın da İsrail və ABŞ ilə əlaqələri var.
 
ELAQE.jpg (28 KB)
 
Bu ölkədəki etiraz aksiyalarında da Tehran rejimi “Bakı barmağı” axtarır. Məsələn, İran konstitusiyasına əsasən, milli mədəni hüquqlarını, o cümlədən ana dilində təhsil almağı istəyənləri bu hakimiyyət Azərbaycan Respublikası ilə bağlayır.
 
Müstəqilliyini bərpa edəndən sonra İran hakimiyyəti Azərbaycana “böyük qardaş” olmağa çalışdı. 30 milyondan çox türkün olduğuna əsaslansaq, nəzəri baxımdan İran Azərbaycana daha yaxın ola bilərdi. Tehran hakimiyyəti müstəqilliyini yeni bərpa edən Respublikaya xəyanət etməklə bu şansı əldən verib. Şuşa daxil olmaqla Azərbaycan torpaqlarının işğal olunmasında Tehran hakimiyyətinin unudulmayacaq rolu olub. Qarabağ və ətraf rayonların işğal altında saxlanılmasında, müharibə dövründə və sonrakı illərdə də Tehran Azərbaycana münasibətini dəyişə bilməyib.
 
Azərbaycanın NATO, ABŞ, İsrail, Böyük Britaniya, Avropa İttifaqı Komissiyası və başqaları ilə əlaqələri genişləndirməsi, Zəngəzur yoluna beynəlxalq güclərin sakit yanaşması, Ermənistanın işğal altında saxladığı Azərbaycanın 8 kəndini geri verməsi ilə bağlı rəsmi İrəvanın açıqlamaları, Orta dəhlizin aktuallaşması və başqa amillər İran hakimiyyətinin qısqanmasına səbəb olur. Çünki o, şimal qonşusunda Qərblə inteqrasiyası genişlənən, güclənən bir dövlətin mövcudluğunu həzm edə bilmir. Ona görə də hikkəsini terrorçusayağı hədə ilə çıxmağa çalışır.
 
CALİS.jpg (109 KB)
 
Bəhs etdiyimiz hədələr yada Sepahın Azərbaycanla sərhədyanı ərazilərdə keçirdiyi təlimləri xatırladır. Tehran iddia edirdi ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində İsrailin bazaları yerləşir. Onda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə İrana dair məsələni müzakirə etdiyini bildirərək onlara ismarış belə göndərmişdi: "Azərbaycan Prezidenti dedi: “Bizim İsrailə yönəlmiş hər hansı güzəştimiz yoxdur, biz İsraillə hər cür mal mübadiləsi içərisində addım ata bilərik. Digər ölkələrlə necə addım atırıqsa, burada da eyni şəkildə İsraillə bu cür əlaqələrimiz var və bundan sonra da belə olacaq”. Türkiyə lideri bildirmişdi ki, bu məsələlərdə ölkələr bir-birlərinin qərar qəbuletmə mexanizmlərinə təsir göstərməməlidir: “Ümid edirik ki, rəsmi Tehran da burada sağlam düşüncə ilə hərəkət edərsə, İran və Azərbaycan arasında heç bir problem yaşanmaz”.
 
Həmin açıqlamadan sonra İran sakitləşib, Azərbaycanla münasibətləri bərpa etməyə çalışıb. Ancaq Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu vəziyyəti daha da gərginləşdirdi. Bu cinayət İran hakimiyyəti ilə bağlı “qoz bel” məsələsini xatırlatdı. Konsulluğun binasının vurulması hadisəsində Azərbaycanın adının hallanması sübut edir ki, bütün şantaj və təhdidlərin müəllifi Sepahdır. “Bakı barmağı” da anti-Azərbaycan düşüncəlilərə tutacaq. /Report/
 
Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA