Rusiya-Ukrayna müharibəsi düyünlənir - rəsmi Kiyev siyasi çözümdən imtina edir - ŞƏRH + FOTO
Oxunub: 2757
02 Apr 2024 | 17:08
Rusiya-Ukrayna müharibəsi düyünlənir - rəsmi Kiyev siyasi çözümdən imtina edir - ŞƏRH + FOTO
Ukraynadakı müharibə artıq üçüncü ildir davam edir. Uzun müddətdir nə Rusiya, nə də Ukrayna döyüş meydanında ciddi uğur əldə edə bilmir. Rusiya müntəzəm olaraq ağır hücumlar həyata keçirsə də, uğurla nəticələnmir. Ukrayna isə zaman-zaman Rusiya ərazisində, həmçinin işğal altındakı Krım yarımadasında xüsusi əməliyyat keçirir. Amma bu əməliyyatlar da müharibənin başa çatması üçün kifayət deyil.
 
Şərqi Avropadakı döyüşlər artıq Rusiya ilə Qərb arasında rəqabətə çevrilib. ABŞ və müttəfiqləri Ukraynadakı proseslərdə bilavasitə olsa da iştirak edirlər.
 
Ümumiyyətlə, güman etmək olar ki, Şərqi Avropadakı müharibənin arxasında ABŞ və Avropa İttifaqı (Aİ) dayanır. Vaxtilə NATO-nun şərqə doğru genişlənmə cəhdinə cavab olaraq Rusiya Ukraynaya hücum etdi. Beləliklə, Qərbin təhrikləri ilə əvvəlcə Ukrayna bataqlığa çevrildi, sonra da Rusiya bu bataqlığa çəkildi. Qərbin əsas məqsədi Şərqi Avropadakı mövqelərinin möhkəmləndirilməsi və Rusiyanın regiondakı təsir imkanlarının azaldılması idi. Həmçinin, perspektivdə Çinin imkanlarının zəiflədilməsi də Qərbin uğrunda çalışdığı məqsədlərdəndir.
 
Amma zaman keçdikcə görürük ki, artıq kollektiv Qərbin öz daxilində də Ukraynadakı vəziyyətlə bağlı ziddiyyət yaranır. Rəsmi Vaşinqton Kiyevə yardımı dayandırıb. Aİ ölkələrinin bəziləri, xüsusilə Fransa Ukraynaya qoşun göndərmək barədə danışırlar. Digərləri isə bu ehtimalı tamamilə istisna edirlər.
 
 
Beləliklə, regional müharibə artıq qlobal “kor düyünə” çevrilib.
 
Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.
 
ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski isə Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib.
 
 
Verilən açıqlamalardan və prosesin gedişindən belə qənaətə gəlmək olar ki, döyüşlərin yaxın gələcəkdə başa çatacağı ağlabatan görünmür.
 
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyakın aprelin 1-də “X” hesabında yazdığı da bu fikri təsdiqləyir. Belə ki, M.Podolyak bildirib ki, müharibənin yalnız hərbi yolla həlli var.
 
O qeyd edib ki, hazırda mövqe müharibəsi gedir: “Amma döyüşlərin “donmasına” dair əlamət yoxdur. Rusiya öz vəzifələrini yerinə yetirə bilməyib. Ona görə də eskalasiyanı davam etdirir. Rusiya bütün resurslarını müharibəyə sərf edir. Belə olan müharibənin yalnız hərbi həlli var”.
 
M.Podolyak Ukraynanın tərəfdaşlarını illüziyalara qapılmamağa çağırıb: “Oturub gözləmək mümkün deyil. Hərbi istehsalı və Ukraynaya silah tədarükünü artırmaq lazımdır”.
 
Kiyevlə Qərb arasında fikir ayrılıqları artmaqdadır. M.Podolyakın fikirlərində də bu ziddiyyətin elementləri aydın formada görünür. Belə çıxır ki, Qərb Ukrayna vasitəsilə istədiyinə nail ola bilmədiyini anlayıb.
 
 
Yəqin ki, ən azı ABŞ-dəkı prezident seçkilərinə qədər proses belə də davam edəcək. Seçkilərdə Respublikaçılar qalib gələrsə, bu zaman Ukraynaya dəstək bərpa olunmaya bilər. Respublikaçıların əsas namizədi, keçmiş prezident Donald Tramp bir neçə dəfə bildirib ki, o, müharibəni bir sutkaya bitirə bilər. Çox güman, bu, Ukraynaya dəstəyin bərpa olunmaması, Rusiyanın işğalına göz yumulması ilə nəticələnəcək. Hər halda nəzərə almaq lazımdır ki, Trampın hakimiyyəti dövründə Rusiya ilə münasibətlər daha yaxşı idi, nəinki indi. Demokratların hakimiyyətdə qalacağı təqdirdə isə Ukraynaya dəstəyin bərpa olunması istisna deyil. Bütün hallarda Ağ Ev prosesin gedişində mühüm rol oynayır.
 
Ukrayna da, Rusiya da getdikcə yorulur. Sadəcə olaraq, Qərb dövlətləri müharibənin davam etməsinə bir növ şərait yaradırlar. Ayrı-ayrı Avropa dövlətləri Ukraynanı silahlandırmaqla onu müharibəni uzatmağa sövq edir. Rusiya isə adekvat cavab verir. Amma onu da demək lazımdır ki, Qərbin Ukraynaya dəstəyi qalib gəlməyə yox, sadəcə mübarizə aparmağa, belə demək mümkünsə, sağ qalmağa hesablanıb. Əks halda Ukrayna rəsmiləri silah çatışmazlığı ilə bağlı tez-tez Qərbi tənqid etməzdi.
 
 
Dediyimiz kimi, Ukraynadakı müharibə yaxın vaxtda başa çatana oxşamır. Həmçinin, həm Kiyevin, həm də Moskvanın radikal mövqeyi onu deməyə əsas verir ki, məhz M.Podolyakın dediyi kimidir: müharibənin siyasi həlli yoxdur. Heç Qərb də buna imkan verməz. Çünki siyasi həll tərəflərin danışıqlar masası arxasına oturması, konsensus əldə etməsi deməkdir. Bu isə ABŞ və Aİ-nin planlarına ziddir. Onlar iki qardaş xalq arasında nifaq toxumu səpməklə Şərqi Avropada təsir güclərinin artırılmasında israrlı görünürlər.
 
Müharibənin nəticəsi olaraq Ukraynanın parçalanması istisna deyil. Ola bilsin, müəyyən mərhələdən sonra Rusiyanın tuta bildiyi ərazilər onda qalacaq, rəsmi Kiyev isə qalan əraziləri ilə Aİ-yə üzv olacaq. Hər halda tarixdə belə nümunələr var.
 
Ukraynanın işğal altındakı bütün əraziləri, o cümlədən Krımı işğaldan azad etməsi üçün uzun müddət lazımdır. Ukrayna və Rusiyadakı mümkün hakimiyyət dəyişikliyi nəticəsində isə vəziyyət qismən dəyişə bilər.
 
Türkiyənin proseslərə təsir imkanlarına gəlincə, bu, müharibənin ilk vaxtlarına nisbətən indi azdır. Rəsmi Ankara müharibəni bitirmək üçün artıq təkcə Kiyev və Moskva ilə yox, həm də Vaşinqton və Brüssellə dialoq aparmalıdır.
 
Müharibənin necə bitəcəyi ilə bağlı müxtəlif ssenarilər olsa da, görünən odur ki, Qərb bu prosesdə getdikcə daha da fəallaşacaq. Bu isə birbaşa NATO-Rusiya toqquşması riskini artıracaq. /Report/
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO