Lars düyünü: Rusiyanın təzyiqi, Ermənistanın boyun əyməsi - ŞƏRH + FOTO
Oxunub: 2160
29 Nov 2023 | 17:32
Lars düyünü: Rusiyanın təzyiqi, Ermənistanın boyun əyməsi - ŞƏRH + FOTO
Ermənistanı Gürcüstan vasitəsilə Rusiyaya birləşdirən Yuxarı Lars keçid məntəqəsi ilə bağlı növbəti problem ortaya çıxıb. Uzun müddətdir erməni hökuməti üçün əsl başağrıya çevrilən bu məntəqə növbəti dəfə Rusiya tərəfindən bağlanıb. Rəsmi İrəvan məsələni siyasiləşdirməməyə çalışsa da, əslində keçidin bağlanması baş nazir Nikol Paşinyanın KTMT sammitində iştirak etməkdən imtina etməsi ilə eyni vaxta düşüb.
 
Kremlin Ermənistana qarşı iqtisadi rıçaqlarından ara-sıra istifadə etməsini nəzərə alsaq, budəfəki məsələnin də Nikol Paşinyana bir mesaj olduğunu düşünmək olar. Erməni istehsalçılar artıq 5 gündür ki, öz məhsullarını Rusiya bazarlarına daşıya bilmirlər. Əsasən balıq, gül və digər kənd təsərrüfatı məhsulları daşıyan 1700 yük maşını Larsda ilişərək qalıb.
 
2022-ci ildə Ermənistanın 5.42 milyard dollarlıq ixracında Rusiyanın payı 2.643 milyard, yəni ümumi ixracın 45.5 faizini təşkil edib. Cari ilin yanvar sentyabr ayında isə bu göstərici artaraq 52 faiz və ya 2.645 milyard dollar təşkil edib. Belə olduğu halda, Nikol Paşinyan hökumətinin real və mütərəqqi inkişaf potensialı olan Rusiya ilə xarici ticarət və iqtisadi əlaqələrini Qərbin qoynuna sığınaraq təhlükəyə atması başa düşülən deyil. Son dövrlər hay dövlətində anti-Rusiya əhval-ruhiyyəsi günü-gündən artır. İş o həddə çatıb ki, Ermənistanda yayımlanan Rusiya telekanallarının bağlanmasından söhbət gedir. Hətta ölkə ərazisinə rus dilində kitabların gətirilməsinin qarşısını da almağa çalışırlar. Məsələ bununla da bitmir. “Armbrok” erməni broker şirkəti rus müştərilərin hesabını bağlamaq barədə qərar qəbul edib. Bütün bu hərəkətlər isə Kremlin səbrinin daşmasına səbəb olub və rəsmi Moskva hərəkətə keçməyə qərar verib.
 
Erməni müxalifəti Paşinyan hökumətini yarıtmaz siyasət yürütməkdə, anlaşılmaz xarici siyasət kursu həyata keçirməklə Moskvanın qəzəb oxunu üzərinə çəkməkdə ittiham edir. İttihamlar isə yersiz deyil.
 
“Rosselxoznadzor” Ermənistandan bitkiçilik məhsullarının tədarükü zamanı pozuntuların tez-tez baş verməsindən narahatlığını bildirib. Agentliyin saytında qeyd edildiyi kimi, 2023-cü ildə “Rosselxoznadzor”un ərazi idarələri Ermənistan Respublikasından gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərvericilərin aşkarlanması ilə bağlı 72 fakt müəyyən edib. Eyni zamanda, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb - təkcə noyabrın 24-dən 26-dək Rusiyaya çirklənmiş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, alma idxal edilməsi ilə bağlı 36 fakt üzə çıxıb.
 
 
Ermənistan tərəfi isə siyasi motivləri etiraf etməkdən çəkinir. Məsələn, “Karqo Ekspress” şirkətinin direktoru Artur Qabeşyan bildirib ki, hərəkətin dayanmasına səbəb hava şəraitidir. Paşinyan aparatının rəhbəri Arayik Arutyunyan isə bəyan edib ki, Larsın bağlanmasının heç bir iqtisadi təsiri yoxdur və yeni bazarlar tapmaq mümkündür. Bundan əlavə, erməni rəsmisi diasporaya müraciət edərək, erməniləri Ermənistan istehsalı olan malları almağa səsləyib və bununla da məsələni bitmiş hesab edib. Arutyunyanın fikrinə görə, diaspor erməniləri bu malları almağa üstünlük versələr, iqtisadi problemi həll etmiş olacaqlar. Ermənistan parlamentinin spikeri Alen Simonyan da açıqlama verərək qeyd edib ki, Lars keçid məntəqəsinin bağlanmasında siyasi səbəblər yoxdur.
 
Bu yaxınlara qədər Ermənistan hökumət başçısının Rusiyanın təmsil olunduğu və təşkil etdiyi iclaslarda iştirak etməyəcəyi barədə İrəvandakı siyasi kulislərdə söhbət dolaşırdı. Paşinyan və komandası isə bunu əməlləri ilə sübuta yetirirdilər. Amma Lars keçid məntəqəsində baş verən son hadisədən sonra erməni hökuməti boyun əymək qərarına gəlib. Ermənistan Milli Asambleyasının sədri Alen Simonyan qeyd edib ki, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburq şəhərində keçiriləcək sammitində iştirak etməlidir. Bundan əlavə, baş nazirin mətbuat katibi Nazella Bağdasaryan da xəbəri təkzib etməyib və dəqiqləşdirmədən sonra rəsmi məlumat veriləcəyini bildirib.
 
 
Qeyd etmək yerinə düşər ki, bu sammitdə Ermənistan Aİİ-yə sədrlik edəcək. Erməni hökumət başçısının da bu tədbirdə iştirakı artıq məcburiyyət halını alıb. Hər nə qədər Rusiyadan uzaq gəzməyə çalışılsa da, Moskvanın himayəsi altında keçirilən tədbirlərdən imtina edilsə də, erməni rəsmilər dərk ediblər ki, Aİİ Ermənistanda istehsal edilən məhsulların istehlak edildiyi yeganə bazardır. Bu bazardan imtina etsələr, Avropa İttifaqında bazar tapmaq yaxın gələcəkdə qeyri-mümkün görünür. Çünki söhbət Avropa bazarlarından gedirsə, erməni iş adamlarının Qərb standartlarına uyğunlaşması böyük zaman və ciddi iş tələb edir. Məsələn, Avropa bazarına mal idxal etmək istəyən erməni fermer otlaq sahəsinin tərkibi, suvarma sistemi, suyun tərkibi və digər xırda detallarla bağlı sertifikatlar təqdim etməlidir. Əks halda, bazarın qapısına belə buraxılmayacaq. Qərbə inteqrasiya nağılı ilə erməni iş adamlarını yuxuya verməyə çalışan Paşinyan komandası müəyyən sektorlara subsidiya verməklə şirkətlərin məhsuldarlığını artıracaqlarına ümid edirdilər. Əslində isə vəziyyət başqadır. Adi bir fakt - əgər Ermənistan Aİİ sıralarını tərk etsə, dünya bazarı qiymətinə qaz almaq məcburiyyəti ilə üzləşəcək. Belə olduğu halda, erməni iş adamlarının istehsal etdiyi məhsulun dəyərini hesablamaq lazımdır. Bahalaşma qaçılmazdır.
 
Maraqlıdır ki, erməni siyasətçilər Avropadan gələn qonaqlarla görüşlərdə azad bazardan, iqtisadi inhisarların aradan qaldırılmasından ağızdolusu danışırlar. Amma bu danışıqlar hələlik Ermənistana xarici investisiya gətirmir. Xarici təhlükəsizlik siyasətini vektorlar arasında “xərcləyən”, tez-tez yeni müharibə və eskalasiya riskindən danışan ən yüksək hakimiyyət orqanları və siyasi sistemin ölkəni iqtisadi cəhətdən riskə atdığı göz önündədir. Hər fürsət düşəndə Azərbaycanın müharibəyə hazırlaşması, sərhəddə toqquşmanın bu yaxınlarda baş verəcəyi barədə ağılsız açıqlama verərək Qərb havadarlarının çaldığı havaya oynayan Ermənistan hökuməti əslində ölkəyə cəlb olunacaq investisiyaları şübhə altına alır. Onsuz da son illər erməni hökuməti xarici əlaqələrdə etibarsız dövlət kimi tanınır. Müttəfiq və tərəfdaş ölkələrlə qeyri-stabil əlaqələrə malikdir. Belə dövlətə hansı Qərb iş adamı sərmayəsini etibar edə bilər? Şübhəsiz ki, belə bir ölkədə uzunmüddətli investisiya və kapital qoyuluşu etməyə suyu üfləyə-üfləyə içən Avropa şirkətləri maraqlı deyil.
 
 
Böyük biznes və xüsusən də xarici investisiyalar istənilən dövlətin həssas hissələridir. Hazırda isə Ermənistanda təhlükəsizlik, sabitlik, sosial ədalət, siyasi proqnozlaşdırma, zəmanətli ixrac və idxal siyasəti, investisiya cəlbi sahəsində anarxiya hökm sürür. Mövcud vəziyyət isə xarici oyunçuların Paşinyan hökumətindən açıq şəkildə istifadə edərək, öz maraqları naminə strateji planlarını irəli sürməsindən xəbər verir. Bu sıraya istər İran, istər ABŞ, istərsə də Qərb, xüsusilə də Fransa daxildir.
 
Göründüyü kimi, Ermənistanın Rusiyadan qopma cəhdi iqtisadi fəlakətlə nəticələnə bilər. Kremlin Lars keçid məntəqəsindəki rıçaqını işə salması qonşu dövlətdə ciddi problemlərə səbəb olub. Buna görə də Nikol Paşinyanın Aİİ sammitində iştirakı artıq təmsil etdiyi dövlətin Rusiya qarşısında boyun əyməsidir. Yaxın gələcəkdə isə erməni dövlətinin Moskva boyunduruğunda çox sürünəcəyini görəcəyik. Çünki Rusiyanın Ermənistanda çox ciddi iqtisadi rıçaqları var... /Report/
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO