Qərb diplomatiyasına əxlaq dərsi, yaxud uçurum nəhəngliyindəki fərq! – TƏHLİL
Analitika
2428
24 Aug 2023 | 17:09

Qərb diplomatiyasına əxlaq dərsi, yaxud uçurum nəhəngliyindəki fərq! – TƏHLİL

Məlum olduyğu kimi, Belçikanın xarici işlər naziri Hadca Labib Gürcüstan və Ermənistanın ardınca Bakıya səfər edib, Azərbaycanın xarici işlər naziri ilə görüşüb. Lakin əvvəcədən də elan edildiyi kimi, Prezident İlham Əliyev Belçikanın XİN rəhbərini qəbul etməkdən imtina edib. Buna səbəb Hadca Labibin açıq ermənipərəst siyasət yürütməsi, Azərbaycan əleyhinə ədalətsiz və qərəzli mövqe sərgiləməsi olub.

 

Məlumat üçün qeyd edək ki, Hadca Labib Ermənistanda səfərdə olarkən qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib, bölgədə terror və təxribat rüzgarı əsdirən İrəvana birmənalı dəstəyini ifadə edib. Belçikanın XİN rəhbəri bundan öncə də zaman-zaman ermənipərəst bəyanatları və anti-Azərbaycan ruhlu açıqlamaları ilə diqqət çəkib.

 

Qonaqpərvər Azərbaycan və  Hadca Labibin aça bilmədiyi qapı

 

Yuxarıda qeyd etdiyimiz kimi, Belçika XİN rəhbərinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməməsinə səbəb Hadca Labibin ermənipərəst mövqeyi olub. Hansı ki, Azərbaycan sırf bu mövqeyi əsas gətirərək Belçika XİN rəhbərinin ölkəmizə gəlişini əngəlləyə də bilərdi. Lakin belə bir addım  hər zaman incə diplomatik gedişləri, hədsiz qonaqpərvərliyi, yüksək mədəni siyasəti ilə diqqət çəkən rəsmi Bakının ənənəvi mövqeyinə zidd olardı. Odur ki, siyasi münasibətlər sistemində hər zaman yüksək diplomatik etika və davranış sərgiləyən Azərbaycan, bu dəfə də öz haqlı narazılığını ifadə etmək üçün özünəməxsus mövqe ortaya qoydu. Rəsmi Bakı Hadca Labibin Azərbaycana səfərinə “yaşıl işıq” yandırmaqla öz qonaqpərvliyini nümayiş etdirməklə yanaşı, dövlət başçısı səviyyəsində onunla görüşdən imtina etməklə öz narazılığını da sərgiləmiş oldu. Azərbaycan tərəfi bununla Belçikanın XİN rəhbərinə başa saldı ki, o, qonaqpərvər olmağı bacardığı kimi öz maraq və mənafeyini müdafiə etməyi də, “hə” deməklə yanaşı, “yox” söyləməyi də bacarır. Habelə, Prezident İlham Əliyevin ortaya qoyduğu mövqe göstərdi ki, Azərbaycan kimliyindən asılı olmayaraq, Ermnistanın yalanlarına şərik olan, bu yalanların təbliğində vasitəyə çevrilən şəxs və dövlətlərə güzəştə getmək  niyyətində deyil. Baxmayaraq ki,

Azərbaycan hər cür müzakirə və polemikaya hazırdır. Lakin bu, Azərbaycanın hər cür yalanı həzm edəcəyi, ona böhtan atanların üzünə nəzakətlə gülümsəyəcəyi demək deyil. Və bu gün Belçika XİN rəhbərinin Prezident İlham Əliyevlə görüşə gedən yolda aça bilmədiyi qapı bu gerçəyin ən bariz nümunəsidir.

Azərbaycanın üzü də həqiqəti kimi birdir!

 

Prezident İlham Əliyevin Belçika XİN rəhbəri ilə görüşdən imtina etməsi sübut etdi ki, Azərbaycan bütün platformalarda olduğu kimi, siyasi-diplomatik müstəvidə də bir simaya malikdir. Azərbaycann üzü də həqiqətə kimi birdir. Rəsmi Bakı haqsız, ədalətsiz hesab etdiyi birinə bunu xatırlatmağa, bu gerçəyi onun üzünə söyləməyə nəinki özündə güc tapır, bunu çox böyük cəsarət və qətiyyətlə, bütün dünyanın gözü önündə edir.

 

Əslində, bu gün Belçika XİN rəhbərinin başına gələnlər erməni yalanlarına alət olan, bu yalanlardan öz maraqları üçün istifadə etməyə çalışan digər Qərb diplomatlarına da ibrət olmalıdır. Hər kəs anlamalıdır ki, Qərb diplomatiyası üçün vazkeçilməz olan “məqsəd vasitəyə haqq qazandırır” deyimi Azərbaycan diplomatiyasına yaddır. Azərbaycan diplomatiyası siaysətdə də əxlaqi-mədəni və mənəvi dəyərlərə, obyektivliyə və humanizmə söykənir. Azərbaycan heç vaxt haqqı və ədaləti hansısa marağına görə qurban verməyib. Rəsmi Bakının yürütdüyü siyasət milli maraqlarla yanaşı, həm də ümumbəşəri maraqların müdafiəsinə hesablanıb, əzilən, haqq tapdanan dövlətlərin müdafiəsinə xidmət edib. Azərbaycanla Qərb diplomatiyası arasında ən böyük fərq, ən böyük təzad da məhz budur. Və nə qədər ki, Qərb onunla Azərbaycan diplomatiyası arasındakı uçurum nəhəngliyindəki bu fərqin mahiyyətini anlamır, hər zaman Belçika XİN rəhbəri kimi bağlı qapı arxasında – dostluq üfüqlərimizdən uzaqlarda qalacaq.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər