Emmanuel Makron təcrid edilir: BRİKS Fransa rəhbərini sammitinə layiq görmədi - ŞƏRH + FOTO
Analitika
1432
24 Jul 2023 | 14:01

Emmanuel Makron təcrid edilir: BRİKS Fransa rəhbərini sammitinə layiq görmədi - ŞƏRH + FOTO

Fransa Prezidenti Emmanuel Makronun daxili və xarici siyasətdə üzləşdiyi uğursuzluqların sırasına daha biri də əlavə olunub. O, iyun ayından indiyədək nə qədər xahiş edib, minnətçi düşsə də, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin sammitinə dəvət almayıb.
 
İqtisadi və siyasi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi sammitə 70-dən artıq ölkə lideri qatılacaq. Sammitə sədrlik edən Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafos E.Makronun xahişi ilə bağlı deyib ki, dəvət olunan liderlər arasına Fransa Prezidentinin adı salınmayıb. Halbuki, avqust ayında Yohannesburqda keçiləcək sammit son illər Qlobal Cənubun dövlət və hökumət başçılarının ən iri sammiti sayılır. Braziliya Prezidenti 70 ölkə liderinə və hökumət başçısına dəvət göndərib. Amma onlar arasında nə E.Makron, nə ABŞ Prezidenti Cozef Bayden, nə də Böyük Britaniyanın Baş naziri Rişi Sunak var. Maraqlıdır ki, ABŞ lideri və Britaniyanın hökumət başçısından daha çox E.Makronun sammitə dəvət olunmaması gündəm olub. Hətta E.Makronun Fransaya rəhbərlik etməsi İkinci Dünya müharibəsindən sonra ölkə tarixinin ən pis hadisəsi kimi xarakterizə edilir.
 
 
BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Avqustun 24-də təşkilata üzv ölkələrin liderləri BRİKS-lə əməkdaşlıq yolu ilə tədbirə dəvət olunmuş dövlət və hökumət başçıları ilə görüşəcəklər və ümumi yığıncaq da keçiriləcək. Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət alıb.
 
E.Makron da məhz bu səbəbdən böyük həvəslə sammitdə iştirak etməyə hazırlaşırdı. Yəni, bu tədbiri özünün piar kampaniyasının tərkib hissəsi kimi nəzərdən keçirirdi. Ən maraqlısı odur ki, sammitdə Afrika ölkələrinin 54 dövlət başçısının da iştirakı nəzərdə tutulub. Həmin ölkələrin çoxu isə Fransanın keçmiş müstəmləkələri sırasındadır. Böyük ehtimalla sammitin təşkilatçıları antifransız, antiMakron əhlavl-ruhiyyəsinin pik həddə olduğu bir vaxtda E.Makronu orada görmək istəməyib.
 
 
Bu fonda Bakıda Qoşulmama Hərəkatının nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması istiqamətində” adlı konfransın keçirilməsini də qeyd etmək yerinə düşərdi. Məhz Bakıda keçirilən tədbirdə ilk dəfə olaraq Fransanın cinayətlərinin ifşa edilməsi və müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb. Çıxışlarda Fransanın insan haqlarına, hüquq və azadlıqlarına hörmətsiz yanaşması xüsusi vurğulanıb. Bu da, görünür, rəsmi Parisi ciddi narahat edib. E.Makron da BRİKS-in avqust sammitindən bu əhval-ruhiyyəni nisbətən zəiflətməyə ümid edirdi...
 
Ekspert və müşahidəçilər də Fransa rəhbərinin bu sammitdən piar məqsədi ilə istifadə edəcəyini təsdiqləyirlər. Məsələn, politoloq Aleksandr Asafovun fikrincə, E.Makron bu sammitlə dünyanın diqqətini öz siyasətinə cəlb etmək istəyirdi. Fransa lideri sadəcə son vaxtlar ölkəsinin imicinə ciddi zərbə vuran hadisələr fonunda Yohannesburq zirvəsinə qatılmaqla bir növ özünü təmizə çıxarmağa ümidli olub.
 
Keçmiş müstəməkələrdə antifransız əhval-ruhiyyənin artmasının qarşısının alınması ilə yanaşı, Makronun bir başqa hədəfi dünya silah bazarında Parisin itirilən mövqelərinin bərpasına cəhd göstərmək idi. Bu baxımdan sammit ona kömək edə bilərdi. Rədd cavabı alması E.Makronun bu arzusunu da gözündə qoyub.
 
 
Aleksandr Asafov
 
Fransa Prezidentinin beynəlxalq tədbirə dəvət olunmaması hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq. Çünki belə hal ilk dəfədir baş verir. E.Makronun qapı arxasında qoyulması o anlama gəlir ki, onu təcrid vəziyyətinə salırlar. Həm ölkə daxilində yaşananlar, həm beynəlxalq aləmdə Fransanın mövqelərinin itirilməsi surətlənib. Hökumət tərkibində bir sıra kosmetik dəyişikliklər etməsi də onu xilas edə bilməyəcək. Çıxış yolu növbədənkənar seçkilər təyin etmək, ya da istefa verməkdən keçir.
 
Bəs, Fransa lideri bütün bu uğursuzluqlardan necə qurtulacaq?! Keçirilən son rəy sorğularının nəticələri göstərir ki, Makronun şansı çox azdır. Fransalıların böyük əksəriyyəti (87%) hesab edir ki, dövlət başçısı aprelin ortalarında pensiya islahatından sonra “100 gün” ərzində vəziyyəti sakitləşdirmək baxımından verdiyi vədlərə əməl etməyib. “Elabe” tədqiqat və konsaltinq mərkəzinin keçirdiyi sorğuya görə, demək olar ki, hər iki fransızdan biri (46%) E.Makronun yaxın günlərdə elan etdiyi çıxışından “heç nə” gözləmir. Bu rəqəmlər Fransa liderinin sonunun yaxınlaşdığı ehtimallarını daha da artırır. /Report/
 
Link kopyalandı!
Son xəbərlər