Bakıda obyektlərdən birində oğurluq hadisəsi baş verib - ANBAAN VİDEO
363
18 Oct 2025 | 19:20

Bakıda obyektlərdən birində oğurluq hadisəsi baş verib - ANBAAN VİDEO

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, naməlum şəxs obyektlərdən birindən 1 000 manat məbləğində pul oğurlayıb.

Hadisə ilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanları həmin şəxsin bundan başqa, Əhməd Rəcəbli küçəsi, 69 ünvanında da oğurluğa cəhd etdiyini müəyyən ediblər. Lakin o, qapını aça bilmədiyi üçün niyyətini həyata keçirə bilməyib.

Hadisə anı obyektin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı araşdırmalar davam edir.


Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər