Azərbaycanda qəfil ölümlər niyə artıb?
Aktual
2195
12:32, Bu gün

Azərbaycanda qəfil ölümlər niyə artıb?

Son günlər ürək tutması nəticəsində həyatını itirən gənclərin sayı artmaqdadır. Əksəriyyəti özünü sağlam hesab edən, aktiv həyat tərzi sürən bu insanların qəfil vəfatı həm ailələri, həm də ictimaiyyəti düşündürür.  Bəs gənclər arasında qəfil ürək tutmalarının artmasının əsas tibbi səbəbləri nələrdir?
 
Genetik faktorlar gənc yaşda ürək tutması riskini nə qədər artırır və bunu öncədən müəyyən etmək mümkündürmü? COVID-dən sonra müşahidə edilən ürək-damar fəsadları bu cür ölümlərin artmasına təsir göstərə bilərmi?
Moderator.az-a danışan kardioloq  Dr. Arzuman Talıbov deyib ki, son zamanlar gənclərdə və orta yaşlı insanlarda ürək -damar xəstəlikləri və o cümlədən qəfləti ürək ölümü artıb:
 
 “Ürək -damar xəstlikləri içərisində qəfləti ölümə ən çox ürəyin işemik xəstəliyi (ÜİX) xüsusən onun kəskin təzahür olan miokard infarktı səbəb olur. ÜXİ ( miokard infarkt) artmasına oturaq həyat tərzi, qeyri- sağlam qidalanma ( xüsusən sadə karbohidradlar, fast food qidalara üstünlük vermək),az yuxu, hipertoniya, xolesterin yüksəkliyi, siqaret, diabet, piylənmə, xüsusən qarın tipli piylənmə, stress kimi risk faktorlar səbəb olur. Xüsusən də son zamanlar insulinə rezistentlik, metobalik sindrom, piylənmə, diabet , az yuxu, siqaret, elektron siqaret, qəlyan istifadəsi kimi risk faktorlarının  gənclər arasında artması ürək xəstəliklərinin yaşını aşağı salır.
Cəmiyyətdə elektron siqaret və qəlyanın daha zərərsiz olduğu kimi yanlış fikirlər var. Amma tibbi fakt budur ki, həm elektron siqaret, həm də qəlyan ənənəvi siqaret qədər ürək-damar sistemi üçün zərərlidir. Genetik faktorlar da  gənc yaşda qəfil ürək ölümlərinə səbəb ola bilər. Buna bəzi irsi ürək əzələsi xəstəlikləri, ürək ritmini pozan və qəfləti ölümə səbəb olan ürəyin  irsi elektrik xəstəlikləri  və irsi yüksək xolesterin daxildir. COVİD -19- un da birbaşa və dolayı mexanizmlərlə ürək- damar sisteminə təsiri mümkündür”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər