Gələn il Azərbaycanın avtomobil bazarında vəziyyət necə olacaq?
Aktual
1090
14:01, Bu gün

Gələn il Azərbaycanın avtomobil bazarında vəziyyət necə olacaq?

Avtomobil bazarında qiymət dəyişiklikləri təkcə daxili amillərlə deyil, eyni zamanda beynəlxalq bazarlardakı proseslərlə də bağlıdır. Qlobal metal qiymətlərinin artımı, təchizat zəncirindəki problemlər və ABŞ-Çin qarşıdurması bu sahəyə təsir edir. 2026-cı ildə avtomobil qiymətlərinin hansı istiqamətdə dəyişəcəyi və hansı növ avtomobillərin bahalaşma ehtimalının daha yüksək olduğu maraq doğuran suallardandır. 
 
2026-cı ildə avtomobil bazarında qiymətlər hansı istiqamətdə dəyişəcək: bahalaşma davam edəcək, yoxsa ucuzlaşma ehtimalı var? 
Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, avtomobillərin 2026-cı ildə bahalaşması gözlənilir. Onun sözlərinə görə, ehtiyat hissələri, xammal, çiplər və elektronikanın qiymətləri yüksəlir, buna görə avtomobillərin ucuzlaşması mümkün deyil.
 
“Qiymətlər həm elektrikli, həm hibrid avtomobillərdə artacaq. Düzdür, elektrik avtomobillərə tələbat keçən ilə nisbətən təxminən iki dəfə azalıb, amma hibrid avtomobillərdəki qiymət artımı digər növlərə də təsir göstərəcək. Yeni avtomobillərin qiymətlərinin bahalaşması ikinci əl bazarına da öz təsirini göstərəcək. Məsələn, Çin istehsalı avtomobillər əvvəlcə ucuz idi və kütləvi şəkildə alınırdı, indi isə qiymət artımı ikinci əl bazarında da fərqi hiss etdirəcək”, – deyə ekspert əlavə edib.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə bildirib ki, 2026-cı ildə Azərbaycanda avtomobil bazarında sovet və MDB ölkələri istehsalı avtomobillər yenə maraq dairəsində qalacaq və qiymətləri sabit qalacaq:
 
“Çin istehsalı avtomobillərdə də bu tendensiya davam edəcək. Ölkədə daha çox xarici ölkələrdən gətirilən modellərə üstünlük veriləcək. 2026-cı ilin yanvar ayına planlaşdırılan güzəştlərin bitməsi avtomobil bazarında  qiymətlərin artmasına ciddi təsir göstərməyəcək. Sadəcə fürsətçi şəxslər bəzi hallardan sui-istifadə edərək qiymətləri qismən yüksəldə bilərlər. Əsasən yaz və yay aylarında alıcıların marağı artır, insanlar avtomobil almağa daha çox üstünlük verir və bunun nəticəsində qiymətlər yaya doğru qismən bahalaşa bilər”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər