Ərdoğan - Putin görüşü region üçün nə vəd edir?
Aktual
277
12:58, Bu gün

Ərdoğan - Putin görüşü region üçün nə vəd edir?

Bu gün Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş planlaşdırılır. Bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov brifinqdə açıqlayıb. Qeyd edək ki, Ərdoğan və Putin dekabrın 12-də Aşqabadda keçiriləcək beynəlxalq forumda iştirak etmək üçün Türkmənistanda səfərdə olacaqlar. Görüş beynəlxalq siyasət və region üçün maraq kəsb edir, xüsusilə Cənubi Qafqaz regionunda vəziyyətin stabilləşdirilməsi baxımından önəmlidir.
 
Putin - Ərdoğan görüşündə nələr müzakirə ediləcək? Cənubi Qafqaz ətrafında nələr razılaşdırılacaq?
 
Moderator.az-a danışan politoloq Fəqani Məhərrəmli deyib ki, bu gün Aşqabadda keçiriləcək Türkmənistanın bitərəfliyinin 30 illiyi ilə bağlı keçiriləcək forumda Türkiyə və Rusiya prezidentlərinin görüşü regional və qlobal anlamda olduqca əhəmiyyətlidir:
 
“Hər iki liderin dünyanın mövcud gərgin durumunda müzakirə edəcəyi bir xeyli məsələlər var.Ən vacib və təxirəsalınmaz müzakirə tələb edən məsələ sözsüz ki,Ukraynada davam edən  və Qara dənizə,eləcə də Avropaya yayılma təhlükəsi real görünən müharibədir. Türkiyə müharibənin dayandırılmasını və ədalətli sülhün bərqərar olması üçün uzun müddətdir ki,diplomatik həmlələr edir. Eyni zamanda Türkiyə yeganə ölkələrdəndir ki, münaqişə tərəfləri ilə görüşə,danışa bilir. Sözsüz bu görüşdə Yaxın Şərqdə,konkret olaraq Qəzza zolağında mövcud vəziyyət, iki ölkə arasında enerji məsələsi başda olmaqla iki tərəfli məsələlər müzakirə olunacaq. Cənubi Qafqazda gedən sülh prossesi də liderlərin müzakirə edə biləcəyi məsələlər arasında ola bilər. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin anım günü səbəbilə cənab Prezident bu tədbirdə iştirak etmir. Odur ki, Cənubi Qafqazın Lider ölkəsinin Prezidentinin iştirak etmədiyi tədbirdə bu mövzuda müzakirələrin aparılması o qədər də real görünmür. Çünki Cənubi Qafqazda erməni separatizmi  bitirildikdən sonra yeni reallıqlar mövcuddur və bu yeni status-kvonu Azərbaycan dövləti yaradıb. Odur ki, Azərbaycanın işirak etmədiyi bir görüşdə Cənubi Qafqazla bağlı müzakirə faydasızdır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər