Masazırda sahibsiz it problemi: Valideynlər qorxu içində 
Aktual
129
12:40, Bu gün

Masazırda sahibsiz it problemi: Valideynlər qorxu içində 

Abşeron rayonunun Masazır kəndində yerləşən 4 və 7 saylı məktəbin şagirdləri sahibsiz itlərin hücumundan qorxaraq məktəbə gedə bilmir. 
 
Bu barədə Moderator.az-a şikayət daxil olub.
 
Valideynlər mövcud  vəziyyətdən narazılıqlarını bildirirlər. Vəziyyət olduqca təhlükəli həddə çatıb. Onların sözlərinə görə, bu səbəbdən övladları məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər. 
 
Valideynlər bildirir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem hələ də həllini tapmayıb.
 
Şəhər ərazisində, xüsusilə təhsil ocaqlarının yaxınlığında bu cür halların baş verməsi valideynləri narahat edir və onlar problemin tezliklə həllini gözləyirlər.
 
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat xidmətidən  bildirilib ki, son zamanlar sahibsiz heyvanlarla bağlı müciətlərin sayı artıb:
 
“Belə ki, son 3 ay ərzində Abşeron Rayon İcra Hakimiyyətinə və "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi"nə küçə itləri ilə bağlı üz tutan vətəndaşların ümumi sayı 200-dən artıq olub. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" tərəfindən son bir neçə ay ərzində müvafiq tədbirlər həyata keçirilib. Həmin tədbirlərin davamı olaraq, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" PHŞ Abşeron rayonu (xüsusilə Masazır kəndində) ərazisində sahibsiz heyvanların yığılmasını həyata keçirilib. Mərkəzin əməkdaşları tərəfindən itlər sığınacağa toplanıb. Sığınacaqda itlər humanist metodla qısırlaşdırılır, quduzluq xəstəliyi əleyhinə peyvənd olunur və identikləşdirilir (qulaq birkası vurulur). O cümlədən xəstəliyə şübhəli heyvanlar baytar həkimi nəzarətinə götürülür. Sağlam və qısırlaşdırılmış heyvanlar öz areallarına qaytarılır. Sahibsiz itlər xüsusi təhlükəli yoluxucu, zoonoz və invazion xəstəliklərin mənbəyi hesab edilir. Dişləmələr nəticəsində zoonoz xəstəliklərdən olan quduzluğa yoluxmalar baş verir. Qeyd edək ki, itlər insanın vəfalı dostu olsa da, sahibsiz qalanda təhlükə mənbəyinə1 çevrilir.
Əksər hallarda itlərin hücumuna uşaqlar məruz qalırlar. Əlbəttə ki, hər vasitə ilə it və digər heyvanların hücumuna məruz qalmağın qarşısını almaq, sonradan uşağı müalicə etməkdən daha yaxşıdır. Odur ki, profilaktiki tədbirlərin görülməsi vacib və zəruridir. Bu kimi tədbirlərimiz bundan sonra da davam etdiriləcəkdir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər