Bakının Yaxın Şərqdə qətiyyətli mövqeyi:
Aktual
1418
12:56, Bu gün

Bakının Yaxın Şərqdə qətiyyətli mövqeyi: "Azərbaycan hərbçiləri hədəf ola bilərdi"

Azərbaycan Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvələri çərçivəsində hərbi kontingent göndərməkdən imtina edən növbəti ölkə olub. Bu barədə İsrailin “Israel Hayom” qəzeti yazıb. Xatırladaq ki, 17 noyabrda BMT Təhlükəsizlik Şurası Trampın planını dəstəkləyən qətnamə qəbul edib. ABŞ rəsmiləri Azərbaycandan bu missiyaya qoşulmağı gözləsə də, Bakı tam atəşkəs təmin olunmadan Azərbaycan əsgərini Qəzzaya göndərməyəcək. 
 
Bu addım Bakının ABŞ və İsraillə olan münasibətlərinə necə  təsirlər göstərə bilər?
Moderator.az-a danışan Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirib ki, Qəzzada hələ atəşkəs təmin olunmayıb və İsrail vaxtaşırı Həmasa və Hizbullaha qarşı hərbi əməliyyatlar həyata keçirir:
 
 “Qəzza bir neçə məntəqəyə bölünüb və bəzi ərazilərə İsrail nəzarət edir. Azərbaycana göndəriləcək hərbi kontingentin harada dayanacağı sual altındadır və istənilən vaxt Azərbaycan hərbçiləri hədəf ola bilər. Misirdə keçirilən sammitdə Azərbaycan Prezidenti iştirak etdi. Azərbaycan sülh prosesinə töhfə verir və prosesləri yaxından izləyir, amma hələ eskalasiyanın davam etdiyi bir dönəmdə hərbçi göndərmək doğru deyil. İsrail və ABŞ həqiqətən münaqişənin həllini istəyirsə, silah və nəzarət Fələstin Muxtariyyətinə verilməli, bölgəyə onlar rəhbərlik etməlidir. Onsuz da Həmas artıq idarəetmədən çəkilir.  Bu halda orada hərbi kontingentə ehtiyac qalmayacaq. Sadəcə olaraq İsrail və ABŞ burada “suları bulandırır”. Ona görə də Azərbaycan tərəfi düzgün mövqe ortaya qoyub”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər