ABŞ – Rusiya razılaşmasının gizli detalları: Böyük savaş sona çatır?
Aktual
779
16:23, Bu gün

ABŞ – Rusiya razılaşmasının gizli detalları: Böyük savaş sona çatır?

ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılmasına dair hazırlanan sənədin detalları üzə çıxıb və beynəlxalq mediada ciddi rezonans yaradıb.  Məlumata görə, sənəd Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edən tələblərdən ibarətdir. Mənbələr bunu Kreml üçün maksimalist siyasi üstünlüklər hesab edir. Sənədə görə , Ukrayna ordusunun sayı yarıya endirilməli, bəzi əsas silah kateqoriyalarından imtina edilməli və ABŞ-ın hərbi yardımı dayandırılmalıdır. Qərb mətbuatı bildirir ki, sənədin bir hissəsində Krım və Donbasın Rusiyanın ərazisi kimi tanınması ehtimalı yer alır.
Bu plan konkret olaraq hansı geosiyasi nəticələrə gətirib çıxara bilər? ABŞ–Rusiya razılaşması müharibəni dayandırmağa kifayət edərmi, yoxsa digər aktorların dəstəyi mütləqdir?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açılamasında bildirib ki, Ukraynanaın maraqları nə ABŞ, nə, Avropa İttifaqı, nə də Britaniya üçün prioritet deyil.
 
Onun sözlərinə görə, prosesə dəxli olan bütün tərəflər sadəcə öz maraqları kontekstində məsələyə yanaşırlar:
 
“Ukrayna müharibəsində atəşkəsin əldə olunması və sülh prosesinin başlanması üçün həlledici güc ABŞ-dir. ABŞ-nin yanaşması daha çox Rusiyanın tezislərinə uyğundur. Vaşinqton danışıqlar prosesində Rusiyanın maraqlarına qarşı çıxmır. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir və Ukraynanı daha çətin vəziyyətə salır. Avropa İttifaqı isə Ukraynanı deyil, öz təhlkəsizliyini düşünür. Çünki Vaşinqtonun Avropa İttifaqının ya ABŞ-nin boyunduruğu altında olmasına, ya mövcud hökumətlərin devilməsinə, ya da dağılma prosesinin sürətləndirilməsinə çalışacağı bəllidir. Hazırda Tramp administrasiyası Ukrayna kartı vasitəsilə Rusiyanın Avropa İttifaqına təhdidlərinin artması üçün hər şey edir ki, ABŞ-nin təhükəsizlik çətirinə daha çox ehtiyac duyulsun. Beləliklə də Avropa İttifaqı qeyd-şərtsiz Vaşinqtonun əmrlərini icra etsin. Avropa İttifaqı isə hələ dirənməyə, Ukrayna müharibəsinin davam etdirilməsinə çalışmaqla Rusiya-ABŞ danışıqlarını pozmağa, beləliklə də ABŞ ictimai rəyində Trampın reytinqinin aşağı salınmasına çalışmaqla ona təzyiq edərək, təminat almağa çalışır. Tramp isə xüsusilə qlobal imperializmin əmrlərini icra edən Fransa hökumətindən seçkidə ona qarşı çıxdığı və əks cəbhədə olduğu üçün qisas alacağını gizlətmir. Fransa da ittifaqın siyasi mərkəzi və lokomativ ölkəsi olaraq, xüsusilə Avropa Parlamentində güclü təsir imkanlarına sahibdir. Bu baxımdan Avropa İttifaqının siyasi kursunun müəyyənləşməsində həlledici rol oynayır. Əgər ABŞ Avropa İttifaqının müstəqil güc mərkəzi olaraq formalaşmasına razılaşarsa ki, bu ehtimal sıfıra bərabərdir, o zaman Avropa ölkələrinin Fransa başda olmaqla aparıcı ölkələrinin liderləri Ukraynanın təslimçi sülhə getməsi üçün hər şey edəcəklər. Yəni, vəziyyət göründüyü kimi deyil, bizə təqdim olunanla, pərdəarxası proseslər arasında tam ziddiyyət var. Ona görə də, vəziyyət kifayət qədər mürəkkəbdir”.
 
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, ABŞ Çin-Rusiya ittifaqının güclənməməsi, eyni zamanda daxili savaşda qlobal imperializmin rıçaqlarının sıradan çıxarılması üçün Rusiya və Türkiyənin dəstəyinə ciddi ehtiyac duyur:
 
“Bura digər faktorları da əlavə etmək mümkündür, xüsusilə Epşteyn məsələsi ilə bağlı. Bu baxımdan hesab edirəm ki, ABŞ Rusiyaya savaş açmaq və onu daha çətin vəziyyət salmaq niyyətindən uzaqdır. Zelenskinin hakimiyyətdən getməsi Rusiya kimi, Tramp üçün də prioritet təşkil edir və Ukrayna üçün vəziyyət getdikcə daha acınacaqlı xarakter almağa başlayacaq. Avropa İttifaqı ABŞ-də aralıq seçkilərinə qədər Trampa təzyiqlərini davam etdirəcək. Tramp prosesdən uduşlu çıxacağı halda, hansı ki, bu ehtimal yüksəkdir-o zaman vəziyyət tamamilə  fərqli xarakter alacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər