“Yerli saytlar etibarlı daxili DNS - ə keçməli və alternativ sistem qurmalıdır”
Aktual
358
10:30, Bu gün

“Yerli saytlar etibarlı daxili DNS - ə keçməli və alternativ sistem qurmalıdır”

Xəbər verdiyimiz kimi, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində  fasilələrin yaranması qlobal səviyyədə narahatlıq yaradıb. Azərbaycanda da oxşar vəziyyət müşahidə olunub. Ölkədə  bank kartlarının fəaliyyətində də  problem yaranıb. Mütəxəssislər problemin beynəlxalq internet təhlükəsizliyi və şəbəkə infrastrukturu üzrə aparıcı şirkətlərdən biri olan Cloudflare-də baş verən genişmiqyaslı texniki nasazlıqla bağlı olduğunu bildiriblər.
Moderator.az-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib ki, “Cloudflare” dünyada yayılmış server şəbəkəsi ilə vebsaytın trafiki və məzmunu istifadəçilərə daha yaxın serverlərdən çatdırılmasını təmin edir:
 
“Bu yolla saytı sürətləndirir. Eyni zamanda, “Cloudflare” sayta gələn trafikdə şübhəli istəkləri süzür, DDoS hücumları, botlar, pis niyyətli trafiklərlə mübarizə aparır. Texniki baxımdan, “Cloudflare ““proksi” (aralıq) kimi davranır. Saytlara təklif olunur ki, istifadəçi sorğusu birbaşa serverə deyil, əvvəlcə Cloudflare-ə göndərin, orada analiz olunsun, sonra sizin serverə keçsin. “Cloudflare” xidmətində problem olduğda saytlar işləməyə bilər.
Ona görə də tövsiyyə olunur ki bu tipli problemlərin həlli üçün alternativ yollara hazır olmaq lazımdır. Daxili bazara xitab edən və ya ölkə hüdudlarından kənarda fəaliyyəti olmayan saytların “Cloudfire” işlətməsinə ehtiyac yoxdur. Həm də trafiki xaricə yönləndirmiş olurlar bu da tövsiyyə olunmur. Tövsiyyə olunan odur ki, daxildə xidmət göstərən etibarlı DNS və digər xidmətlərindən istifadə etsinlər və avtomatik olaraq alternativ davranışa hazır sistem qursunlar”.
 
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər