Bu avtomobillər KƏSKİN BAHALAŞACAQ – Tarix AÇIQLANDI
Aktual
645
10:27, Bu gün

Bu avtomobillər KƏSKİN BAHALAŞACAQ Tarix AÇIQLANDI

Gələn ilin ilk günündən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur.Bu barədə 2026-cı ilin büdcə zərfində qeyd olunub.
Belə ki, 2026-cı ilin yamvarın 1-dən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Güzəşt mexanizmi 2026-cı il yanvarın 1-dən başlayaraq 1 il müddətinə qüvvədə olacaq.İstehsal buraxılış tarixindən 7 ildən çox vaxt keçmiş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanan aksiz vergisi əmsalları da optimallaşdırılacaq.
 
Bəs hibrid və daxili yanma mühərrikli avtomobillərə tətbiq edilən vergi güzəştlərinin ləğvi avtomobil bazarına necə təsir göstərəcək? Vergi güzəştlərinin yalnız elektrikli avtomobillərlə məhdudlaşdırılması gələn ildən hansı markaların və modellərin bahalaşmasına səbəb ola bilər?
 
Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əgər yanvarın 1-dən etibarən ölkəmizə idxal olunan yeni hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunarsa, bu, həmin avtomobillərin qiymətinin təxminən 20 faiz artmasına səbəb ola bilər:
 
“Yeni idxal olunan hibrid avtomobillərin qiyməti yüksələrsə, daxili bazarda satılan hibridlərin qiymətində də artım müşahidə olunacaq. Bu isə zəncirvari şəkildə digər seqmentlərə də təsir göstərəcək. Yəni benzin və dizel mühərrikli avtomobillərin qiyməti də bahalaşa bilər. Nəticədə, vətəndaşların köhnə avtomobillərə marağı yenidən artacaq və ikinci əl avtomobil bazarı canlanacaq”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər