Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq? - Açıqlama
Aktual
1420
14:34, Bu gün

Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq? - Açıqlama

Son günlər heyvanlar arasında dabaq xəstəliyinin yayılması ət bazarında tarazlığı dəyişib. İri və xırdabuynuzlu heyvan ətinin satışında azalma müşahidə olunur, bu isə toyuq ətinə olan tələbatı artırıb. Mütəxəssislər bildirirlər ki, dabaq xəstəliyinin təsiri müvəqqəti olsa da, qısa müddətdə toyuq ətinin qiymətinə ciddi təsir göstərə bilər. Quş ətinə olan tələbatın artması bazarlarda qiymətlərin bahalaşmasına səbəb ola bilərmi?
 
 Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, ölkədə dabaq xəstəliyinin yayılması yaxşı  hal deyil və  bu qırmızı ətin qıtlaşmasına, həmçinin süd istehsalının azalmasına səbəb ola bilər.
O, qeyd edib ki, toyuq ətində problem gözlənilmir.
 
 “Toyuq əti kifayət qədər anbarlarda mövcuddur və istehsal artıqlaması ilə davam edir. Hazırda fabriklərimiz rəqabət şəraitində fəaliyyət göstərir, buna görə də qiymətlər sabitdir, hətta keçən ilin eyni dövrü ilə müqayisədə bir az aşağıdır. Süfrə yumurtasının qiyməti də oxşar səviyyədədir. Qırmızı ət və yumurtanın qiymətinin qalxmasına əsas səbəb yemin qiymətidir. Hələlik, yemin qiyməti stabildir, ona görə yaxın gələcəkdə toyuq əti və yumurtanın qiymətində ciddi dəyişiklik gözlənilmir. Yalnız yemin qiyməti artarsa, toyuq ətinin və yumurtanın qiyməti də yüksələ bilər”,- deyə Mürvət Həsənli bildirib.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər