Vəfat edən şəxsin ailəsinə hansı müavinətlər ödənilir ? - Nazirlikdən AÇIQLAMA
Aktual
948
14:30, Bu gün

Vəfat edən şəxsin ailəsinə hansı müavinətlər ödənilir ? - Nazirlikdən AÇIQLAMA

Vəfat edən şəxsin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət verilir. Hazırda isə dəfn pulu verilir. Vərəsələr bu iki ödənişi eyni zamanda ala bilər, yoxsa indiki halda yanlız dəfn pulu verilir?
 
Mövzu ilə bağlı   Moderator.az-ın soğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki,  işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat etmiş işçinin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.
 
Qeyd edilib ki, vəfat edən şəxs həm işləyən, həm də yaşa görə pensiyaçı olduqda qeyd edilən müavinətlə yanaşı, DSMF tərəfindən dəfn xərcini çəkən şəxsə minimum pensiyanın 3 misli miqdarında (960 manat) müavinət də  ödənilir.
 
Məlumata görə, işsizlikdən sığorta ödənişi alan şəxs dövlət qulluqçusu kimi, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinətlərdən birini alan şəxs vəfat etdikdə isə 600 manat dəfn üçün müavinət verilir.
 
Qeyd edək ki, dəfn müavinətini almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət edilməlidir. Müavinət 10 gün müddətində ödənilir. Müavinətin təyin olunmasından imtina edildiyi halda isə 5 gün ərzində bu barədə məlumat verilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər