Yeni dünya düzənində yüksələn güc: Türk liderləri Qəbələdə
Aktual
1076
12:28, Bu gün

Yeni dünya düzənində yüksələn güc: Türk liderləri Qəbələdə

Azərbaycan son illər türk dünyasının mərkəzi kimi çıxış edir. Oktyabrın 6–7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammiti “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub. Zirvəyə türk dünyasının liderlərinin – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərlərinin qatılması gözlənilir.
 
Türk Dövlətləri Təşkilatının Qəbələdə bir aya gəlməsi Azərbaycanın türk dünyasındakı nüfuzunun göstəricisi kimi dəyərləndirilə bilərmi?
Türk dünyasının iqtisadi inteqrasiyası və ortaq bazarın yaradılması istiqamətində hansı praktiki addımlar atıla bilər?
Moderator.az-a danışan Millət vəkili Hikmət Babaoğlu deyib ki, Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin zirvə görüşü mühüm tarixi əhəmiyyət daşıyır:
 
“Nəzərə almaq lazımdır ki,  bu təşkilat məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda yaradılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi formalaşsa da, bu günə qədər böyük təşkilatlanma, iqtisadi inteqrasiya və coğrafi bütövlük istiqamətində mühüm yol qət etməyi bacarıb.
Yəni, Türk Dövlətləri Təşkilatı dinamik, inkişaf edən və çox böyük potensiala malik bir qurumdur. Bu təşkilatın fəaliyyətinə diqqət etsək, görərik ki, 2009-cu ildən 2021-ci ilə qədər olan dövrü fərqli şəkildə xarakterizə etmək mümkündür. TDT-nin inkişafı və dinamikasına baxdıqda görürük ki, məşvərətçi xarakter daşıyırdı. Dövlətlərin birlikdə yaratdığı təşkilat isə artıq birbaşa institusional qurumların formalaşması mərhələsinə keçidi ifadə edir. Bu gün Türk Dövlətləri Təşkilatının tərkibində mədəniyyət, humanitar, iqtisadiyyat, qanunvericilik, elm və parlament sahələrində fəaliyyət göstərən xüsusi qurumlar mövcuddur. Bunlara Türk Dövlətləri Parlament Assambleyası, Beynəlxalq Türk Akademiyası və digər təşkilatlanmalar daxildir. Bütün bunlar, sözün əsl mənasında, TDT- ını funksional beynəlxalq quruma çevirir. Qəbələdə keçiriləcək zirvə görüşündə də məhz yeni geosiyasi reallıqlar kontekstində türk dövlətlərinin ortaq mənafeləri baxımından ən aktual məsələlərin müzakirə olunacağı gözlənilir ki, bu da təşkilatın gələcək fəaliyyəti üçün olduqca vacib əhəmiyyət daşıyır”.
 
Millət vəkili  diqqətə çatdırıb ki, təşkilatın inkişaf və böyümə potensialı olduqca böyükdür:
 
“Məlumdur ki, bu qurum ortaq etnik mənsubiyyət, ortaq dil və ortaq mədəniyyət əsasında formalaşıb. Buna görə də Macarıstandan Şimali Kipr Türk Cümhuriyyətinədək, Qırğızıstandan Özbəkistan, Azərbaycandan Türkmənistana qədər müxtəlif statuslarda — müşahidəçi və ya birbaşa üzv qismində — bu təşkilatın genişlənmə və inkişaf potensialı mövcuddur.
Potensiala gəldikdə isə, Cənubi Koreyadan Monqolustana, hətta Ukraynaya qədər eyni dil ailəsinə və oxşar etnik köklərə malik xalqların və onların yaratdığı dövlətlərin də gələcəkdə bu və ya digər formada Türk Dövlətləri Təşkilatına inteqrasiya olunma imkanları var.
Bu kontekstdə nəzərə alsaq, aydın olur ki, yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı yüksələn beynəlxalq qurum kimi gələcək qlobal sistemin əsas aktorlarından birinə çevrilə bilər. Azərbaycan Prezidenti də hələ Şuşada keçirilən beynəlxalq tədbirdə bu barədə fikirlərini səsləndirmişdi. Əminik ki, hazırda müzakirə olunacaq məsələlər də üzv ölkələrin ortaq maraqları baxımından strateji və son dərəcə aktual xarakter daşıyacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər