Radikal plan ifşa olundu: Azərbaycan-Türkiyə dostluğunu hədəfə alanlar kimlərdir?
Aktual
1107
14:40, Bu gün

Radikal plan ifşa olundu: Azərbaycan-Türkiyə dostluğunu hədəfə alanlar kimlərdir?

Xəbər verdiyimiz kimi, Türkiyə sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb. Bu dəfə İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı guya Azərbaycan nümayəndə heyətinin əl çaldığı iddia olunur. Halbuki görüntülər Prezident İlham Əliyevin çıxışı zamanı qeydə alınıb. Bundan əvvəl də Azərbaycana dair saxta xəbərlər tirajlanmışdı.
Belə qarayaxma kampaniyalarının başlanılmasında əsas məqsəd nədir?
Mövzu ilə bağlı Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, belə kampaniyaların arxasında əsas məqsəd Türkiyə-Azərbaycan münasibətlərini zədələməkdir:
 
“Türkiyə çoxkonfensiyalı bir cəmiyyətdir və azad mətbuat mühiti mövcuddur. Türkiyənin dövlət siyasətinə və siyasi partiyaların yanaşmasına baxanda aydın görünür ki, onların hamısının Azərbaycana münasibəti müsbətdir. Amma Türkiyədə bəzi radikal müxalif dairələr var. Əgər sosial şəbəkələrdə və ya kiçik bir saytda belə kampaniyalar aparılırsa, bunun arxasında iki ölkə arasında münasibətləri korlamağa çalışan qüvvələrin dayanması istisna deyil. Türkiyə dövləti və xalqı daim Azərbaycanın yanında olub və olacaq”.
 
Siyasi şərhçi həmçinin Azərbaycanın İsrail-Fələstin məsələsinə münasibətini də xatırladıb:
 
“Azərbaycan 1992-ci ildən Fələstini dövlət kimi tanıyıb. Ölkəmizdə Fələstinin səfirliyi fəaliyyət göstərir, Ramallahda isə Azərbaycanın diplomatik nümayəndəliyi mövcuddur. BMT-də də Azərbaycan hər zaman Fələstin dövlətinin tanınması istiqamətində müsbət mövqe sərgiləyib. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və sabitdir. Buna görə də sosial şəbəkələrdə yayılan bu cür iddiaların heç bir əsası yoxdur. Bu, yalnız müəyyən anarxist və radikal qrupların məqsədli fəaliyyətidir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər