Uşaqlar arasında yayılan təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Aktual
576
14:10, Bu gün

Uşaqlar arasında yayılan təhlükəli virusla bağlı XƏBƏRDARLIQ

 
Payız fəslində havaların dəyişkənliyi, temperatur fərqləri və zəifləyən immunitet insanların daha tez xəstələnməsinə səbəb olur. Xüsusilə son günlər  uşaqlar arasında yoluxucu viruslar artıb. Uşaqlarda dadbilmənin itməsi, halsızlıq, öskürək və hərarət kimi əlamətlər müşahidə olunur.
Moderator.az-a danışan pediatr Elşən Tağıyev bildirib ki, havanın temperatur fərqinə uyğun, uşaqları  qat-qat geyindirmək vacibdir. Uşaq nə çox isti, nə də soyuq qalmalıdır:
 
“Meyvə-tərəvəz, xüsusilə də C vitamini ilə zəngin qidalar (portağal, kivi, brokkoli) gündəlik rasionda olmalıdır. Zülallı qidalar (ət, yumurta, süd məhsulları) immun sisteminin güclənməsinə kömək edir. Yeniyetmələrdə ən azı 8–9 saat, məktəbəqədər uşaqlarda isə 10–11 saat yuxu vacibdir. Gündəlik açıq havada gəzmək, hərəkətli oyunlar uşağın həm psixoloji, həm də fiziki sağlamlığını möhkəmləndirir. Əllərin tez-tez və düzgün yuyulması, öskürərkən ağız-burun bağlanması uşağa öyrədilməlidir. Dərsə başlamazdan əvvəl, yeməkdən öncə və sonra, tualetdən sonra mütləq sabunla əllərin yuyulması təşkil olunmalıdır.Gün ərzində ən azı 2–3 dəfə pəncərələrin açılması vacibdir. Bağlı mühit virusların daha asan yayılmasına səbəb olur.
Qızdırma, öskürək, burun axıntısı olan uşaq məktəbə və ya bağçaya göndərilməməlidir.
Dezinfeksiya tədbirləri masalar, oyuncaqlar, qapı dəstəkləri mütəmadi olaraq təmizlənməlidir. Hər uşağın öz dəsmalı, su qabı və yemək qabı olmalıdır. Müəllimlər uşaqlara öskürərkən dirsək büküyündən istifadə etməyi, başqasının şəxsi əşyasına toxunmamağı öyrətməlidirlər”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər