İsrail “öz ayağına güllə sıxdı”: Qətərə hücumu durumu mürəkkəbləşdiricək
Aktual
472
11:05, Bu gün

İsrail “öz ayağına güllə sıxdı”: Qətərə hücumu durumu mürəkkəbləşdiricək

İsrailin Həmas liderlərini ardıcıl zərərsizləşdirməsi regionda gərginliyi pik həddə çatdırıb. Son əməliyyat Qətərdə həyata keçirilib və iddialara görə Həmas rəhbərliyinin koordinatlarını Qətər hökuməti İsrailə verib. ABŞ və Qətərin əməliyyatdan əvvəl məlumatlandırılması isə hadisənin geosiyasi miqyasını daha da artırıb. Bu hadisə ərəb ölkələri və müsəlman dünyasında hansı rezonans doğura bilər? Bölgədə yeni genişmiqyaslı müharibə riski ola bilərmi?
 
Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, məlum olduğu kimi,  İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib:
 
“Əvvəlcə onu deyək ki, İsrailin Qətəri hədəf alması özü yolverilməzdir. İsrail baş naziri Benyamin Netanyahu başa düşməlidir ki, bu, HƏMAS-la danışıqlara zərbə vurur. Qətərə hücumla obrazlı dillə desək, İsrail “öz ayağına güllə sıxdı”. 
Qətərə hücum əslində iki konteksdən qiymətləndirilməlidir. Birincisi məqam danışıqların davam etdiyi bir vaxtda HƏMAS heyətinin hədəf alınmasıdır. Bu, göstərir ki, İsrail müharibəni davam etdirməyə hazırdır. Və, çox güman ki, elə bunu istəyir. 
İkinci bir tərəfdən, nəzərə almaq lazımdır ki, Qətər indiyədək tərəflər arasında potensial vasitəçi idi. Belə olan Qətərin atəşə tutulması o deməkdir ki, İsrailin heç vasitəçiyi də ehtiyacı yoxdur. 
Əvvəl də dediyimiz kimi, görünür, artıq Netanyahunun müharibəni davam etdirməkdən başqa yolu yoxdur. O, hakimiyyətini savaş hesabına qoruyur. İsrailin Qətərə hücumunu həm də bu aspektdən qiymətləndirmək lazımdır”. 
 
Siyasi şərhçi vurğulayıb ki, İsrail ABŞ-nin dəstəyinə çox arxayındır:
 
“İranla 12 günlük müharibədən sonra Təl- Əviv əmin oldu ki, Vaşinqton həmişə onun yanında olacaq. Ona görə də belə şıltaq davranır. İsrailin Qətərə hücumu bir daha göstərir ki, Yaxın Şərqə yaxın zamanda sülh olmayacaq. Təl- Əviv bunu qarşısını almaq üçün əlindən gələni edəcək. Gələcəkdə İsrailin müxtəlif yollarla, o cümlədən İrana hücumla gərginliyi daha da artırmaq ehtimalı var”. 
 
K.Novruzov əlavə edib ki, Türkiyə XİN Qətəri dəstəklədiyini və hücumu pislədiyini bildirib:
 
“Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Qətərə hücumu barədə yaydığı bəyanatda bildirilib ki, İsrail müharibəni uzatmağa çalışır. Qeyd olunub ki, atəşkəs müzakirələri davam edərkən HƏMAS heyətinin hədəf alınması İsrailin sülh üçün çalışmadığını, savaşı uzatmağa səy göstərdiyini göstərir: "Bu hücum nəticəsində İsrailin regionda hədəf aldığı ölkələr sırasına atəşkəs müzakirələrinə vasitəçilik edən Qətər də daxil oldu". 
 
Qeyd edək ki, ötən gün Qətərdə İsrailin hücumuna məruz qalan HƏMAS liderlərini Türkiyə kəşfiyyatı xilas edib. Bu barədə "Türkiye" qəzeti məlumat yayıb. Belə ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə HƏMAS nümayəndə heyətinə İsrailin mümkün hücumu barədə öncədən xəbərdarlıq edib.
Məlumata görə, MİT-in xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri gücləndirilib və nəticədə HƏMAS-ın yüksək səviyyəli üzvlərinin çoxu xilas ola bilib.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər