ABŞ və Çin qarşı-qarşıya: Cənubi Qafqazda yeni qarşıdurma ocağı?
Aktual
608
16:38, Bu gün

ABŞ və Çin qarşı-qarşıya: Cənubi Qafqazda yeni qarşıdurma ocağı?

Çin və ABŞ arasında münasibətlərin getdikcə gərginləşməsi tərəflər arasındakı rəqabətin Cənubi Qafqaza da təsirsiz qalmayacağını göstərir. Rusiyanın regiondakı nüfuzunun zəifləməsi isə ABŞ-a burada daha fəal mövqe tutmaq imkanı yaradır. Xüsusilə Zəngəzur dəhlizi ətrafında maraqların toqquşması bu rəqabətin Azərbaycana necə təsir göstərəcəyi sualını gündəmə gətirir. Bəs Çin və ABŞ-ın Cənubi Qafqazdakı əsas maraqları nədən ibarətdir və bu maraqlar Azərbaycana hansı formada təsir göstərə bilər?  Zəngəzur dəhlizi məsələsində ABŞ və Çinin maraqları hansı nöqtədə kəsişir? İki böyük güc arasındakı rəqabət Cənubi Qafqazda yeni münaqişə risklərini artırırmı?
Moderator.az-a danışan politoloq  Bakir Həsənbəyli bildirib ki, hər iki super dövlət arasındakı gərgin münasibətlələr əslində dünyaya təsirsiz qalmır.  Onun sözlərinə görə, Rusiya – Ukrayna müharibəsi II Dünya müharibəsindən sonra dünyada təchizat zəncirinin qırılmasına səbəb olan ilk hadisə oldu:
 
 “Belə olan təqdirdə iki dünya nəhəginin arasındakı münasibətin təsiri dünyanın bir parçası olan Cənubi Qafqazdan da yan keçməyəcək. Hər iki süpergücün bu bölgədəki maraqları coğrafiyanın ticarət yolları üzərində olmasıdır. Şimal-Cənub Dəhlizi, Orta Dəhliz bu bölgənin iqtisadi ariterial damarıdır. Nəzərə alsaq ki, Orta Dəhliz Çindən Avropaya yük daşınmasında əlavə və təhlükəsiz tranzit olmaqla paralel, həm də, bu bölgədə iqtisadi rıçaqlara yiyələnmək istəyini ortaya çıxarır. Əsas mübarizədə məhz həmin rıçaqların bir əldə cəmlənməsidir. Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsi yaxın 3-4 ildə 700 milyard dollara qədər artacaq. Bu rəqəmin 15-20 faizi Orta Dəhlizdən, konkret olaraq Zəngəzur dəhlizindən keçərsə bu milyardlarla dollar gəlir deməkdir”
 
Politoloq  qeyd edib ki, hazırda dünyada baş verən münaqişələrin əsas məqsədi ticarət dəhlizlərinə yiyələnməkdir:
 
“Ticarət dövriyyəsinin artması regiona əlavə investorların, daşınma şirkətlərinin gəlişi deməkdir. Hər iki dövlət bunu fürsət bildikləri üçün maksimum yararlanmaq istəyirlər. Konkret Rusiyaya gəldikdə isə bu ölkə 4 ilə yaxındır ki, Ukrayna labirintindədir. Bu gün və ya sabah ABŞ və AB ölkələrinin birlikdə qəbul edəcəkləri qərar isə Rusiya üçün daha ciddi problemlərin anonsunu verir. Bu baxımdan Rusiya 200 il mütləq hakim olduğu coğrafiyanın bu gün ən zəif bəndidir. 
Azərbaycana gəldikdə isə ölkəmiz hər bir dövlətlə bərabərhüquqlu hörmət əsasında münasibətlərin qurulması tərafdarıdır. Düşünürəm ki, Cənubi Qaqazın lider ölkəsi olan Azərbaycanın ortaya qoyduğu geopolitik iradə qlobal siyasətdə əlinin güclənməsinə səbəb olacaq. Heç bir təhlükə istisna olunmur. Lakin hadisələrə bu günün müstəvisindən nəzər yetirdikdə Azərbaycan üçün hər hansı təhlükə görünmür. Çünki bölgədə marağı olan dövlətlər üçün münaqişə zonası deyil, təhlükəsiz zona daha cəlbedicidir”.
Politoloq Xaqani Cəfərli deyib ki, Çin və ABŞ arasında rəqabət yeni-yeni başlayır və çox böyük ehtimalla ən azı 30-35 il davam edə bilər:
 
“Bu rəqabət dünyanın bütün güşələrində, xüsusilə də strateji lojistk əhəmiyyətə malik bölgələrdə hiss olunduğu üçün Cənubi Qafqazın kənarda qalması mümkün deyil. Strateji lojistik dəhlizlər Çin üçün həyati əhəmiyyət daşıyır və ABŞ-ın Cənubi Qafqzzın ən böyük ölkəsi Azərbaycanla əməkdaşlığından narahat olması gözləniləndir. Çin Gürcüstanda yaxşı mövqelər qazanıb, ancaq Azərbaycanda mövqeləri zəifdir. ABŞ-ın Gürcüstanda mövqeləri zəifləsə də, Azərbaycanda güclənib. 
 Dünyanın iki böyük iqtisadi gücü arasında rəqabət imkanlarla yanaşı çağrışlar da yaradır. Ancaq bu bölgədə yeni münaqişə yarada bilməz. Rusiyada gedən proseslər  Cənubi Qafqzın əhəmiyyətini daha da artırdığı üçün burada münaqişə nə Çinə, nə də ABŞ-a sərf etmir. Əksinə, hər ikisi Cənubi Qafqazda sabitlikdə maraqlıdırlar”.
 
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər