Bizi sosial şəbəkələrdən izləyin:
“Hazırda Ay tutulması başlayıb və davam edir. Bu hadisə Azərbaycanda axşam saatlarında və gecə yarısına qədər, yerli vaxtla saat 20:27:02-dən başlayaraq 23:56:26-da bitəcək. Maksimum tutulma saat 22:12:58-də olacaq. Planetimizin 7 milyard insanı, o cümlədən ölkəmiz də bu nadir təbiət hadisəsini müşahidə edə biləcək”.
Bunu Moderator.az-a məşhur astroloq Səbuhi Rəhimli deyib.
O qeyd edib ki, bu hadisə 2022-ci ildən bəri ən uzunmüddətli olacağını vəd edir və müşahidə üçün unikal imkan yaradacaq:
"Ümumilikdə təxminən 5,5 saat ərzində onu müşahidə etmək mümkün olacaq. Qeyri-adi olaylar olası deyil. Nə qədər ki Ay insan təbiəti ilə özünü büruzə verən, qeyri-şüuri, emosional, bəzən təsir altına düşməyən, ağlabatan söhbətləri idarə edir, onda Ay astrologiyasının əsas istiqaməti hər şeydən əvvəl astropsixologiyadır. Elə bu, sanki güzgüdə əks olunan Ay işığı, öz vəziyyətində insan qoroskopunda dövr edən Ay hər kəsə öz xasiyyətinin ən güclü tərəflərini tanımağa və öz avamlıq zülmətindən işığa doğru yolunu tapmağa imkan verir. Alimlər kulminasiyanın 1 saat 22 dəqiqə davam edəcək uzun total faza olacağını bildirirlər. Bu dövrdə Ay səmadan tamamilə yox olmayacaq, əksinə "qanlı ay" kimi tanınan sirli tünd qırmızı rəng əldə edəcək”.
Səbuhi Rəhimlinin fikirlərinə görə, baş verən astronomik hadisələr hər hansı bir bürcün nümayəndələrinə konkret təsir göstərmir. İnsanlarda təlaş yaradan, rəngini təbii olaraq dəyişməyən Aya "Qanlı Ay" deyən, nüvə müharibəsindən, hansısa zəlzələdən bəhs edənlər elmdən uzaq olan "alimlərin" şou zümrəsidir. Onlar qarşılıqlı müqavimət görmədikləri üçün hər zaman fürsətçil rolunda çıxış edirlər.
Mehin Mehmanqızı