Hibrid savaş: Rusiya Azərbaycanı niyə hədəfə aldı?
Aktual
864
16:50, Bu gün

Hibrid savaş: Rusiya Azərbaycanı niyə hədəfə aldı?

Rusiya Federasiyası ərazisindən Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub. Bildirilib ki, kampaniya avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb.  Belə təhdidlər iki ölkə üçün hansı təhlükəli ssenarinin başlanğıcıdır? Rusiya mediasında  Azərbaycana hücum edəcəyi effektini nə üçün yaradırlar?  Belə bir təhlükə baş verə bilərmi?
 
Moderator.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Putin hakimiyyətinin fəaliyyətini proqnozlaşdırmaq son dərəcə çətindir. Onun sözlərinə görə, Rusiya hazırda nə beynəlxalq hüququn, nə də ikitərəfli öhdəliklərin icrasının məsuliyyətini dərk edir və atdığı addımlar bu prinsiplərə uyğun gəlmir. 
 
Buna baxmayaraq, Ukrayna müharibəsində ciddi itkilərlə üzləşmiş Moskvanın ikinci bir cəbhə açması, politoloqun fikrincə, “intihara bərabər” addım olar:
 
“Müharibənin gedişindən istədiyi nəticəni əldə edə bilməyən Putin hakimiyyəti, xalqın gözündə etimad resurslarını tükəndirib. Buna görə Kreml vaxtaşırı təbliğat vasitəsilə xarici düşmən obrazı yaradaraq daxildəki narazılığı iqtidardan yayındırmağa çalışır.
Xüsusilə ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya HHM qüvvələri tərəfindən vurulmasından sonra iki ölkə arasındakı münasibətlər gərginləşib. Hazırkı situasiyada Rusiya rəsmilərinin belə bəyanatlar səsləndirməsi həm Azərbaycana qarşı psixoloji təzyiq vasitəsi, həm də ölkədaxili auditoriyaya ünvanlanmış mesajdır. Yəni, Moskva demək istəyir ki, Azərbaycan onun dediklərinə əməl etməsə, yeni cəbhə aça bilər. Lakin Ukrayna müharibəsində tükənmiş Rusiya üçün yeni hərbi münaqişə ocağı yaratmaq real görünmür. Verilən bəyanatlar isə həm daxili auditoriya üçün nəzərdə tutulub, həm də Azərbaycana qarşı təhdid və şantaj siyasətinin tərkib hissəsidir".
 
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər